Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 98 yası-homo faber “işləyən adam”. İnsan və heyvan arasında
yalnız kəmiyyət fərqi var, ruh passivdir, zəka texniki səciy-
yə daşıyır və s. 4-cü ideal tipdə deqradasiya önə çəkilir. 5-ci
ideal tipdə insan şəxsiyyət kimi nəzərdən keçirilir. Filosof
və psixoloqların böyük əksəriyyəti davranışların iki əsas ti-
pini göstərirlər: adaptiv və kreativ (230: 590).
Yaradıcılıq prosesində insan yeni reallıq yaradır və onun
yaratdığı başqaları tərəfindən istifadə olunur. A.S.Puşkin ya-
zırdı ki, “ilham satılmır, amma əlyazmaları satmaq olar”.
Yaradıcılıq bir növ irəlicədən proqnozlaşdırılmayan,
necə deyərlər, “qeyri-şüuri”, qəfil, idarə olunmayan proses-
dir. A.Hüqo yazır: “Mən özümü yox, allahın diktə etdiyi-
ni yazıram”. Avqustina deyir: “Mən özüm yox, fikirlərim
mənim haqqımda düşünür”. Yaradıcılıq atmosferi, yaradıcı
adamın ətraf-mühitlə əlaqəsi də müxtəlif cür olur. Hər bir
sənətkarın öz yazı manerası olur. R.Rollan işləyərkən şəra-
ba, Balzak, Bax, Şiller kofeyə, Edqar Allan Po, C.Lennon
və C.Morrison narkotikə üstünlük verir, Şiller ayaqlarını
soyuq suya qoyur. Russo günəşin altında dayanır, Milton və
Puşkin ağac taxtda uzanmağı sevirdi (230: 532-533).
Marksizm ictimai həyatın bütün sahələri kimi, feminizm,
daha doğrusu, qadınlarla bağlı olan bütün diskriminativ hal-
lara sinfi nöqteyi-nəzərdən yanaşmışdır. F.Engels “Ailənin,
xüsusi mülkiyyətin və dövlətin mənşəyi” adlı əsərində göstə-
rir ki, mülkiyyətin kişilərin əlində cəmləşməsi qadınların
əsarətinin əsasını təşkil edir. Lakin F.Engels onu da qeyd edir
ki, sinifli cəmiyyətdə mülkiyyət sahibi olmayan kişilər də qa-
dınlar kimi hüquqsuz olur və istismara məruz qalır (273).
Sonrakı mərhələlərdə qadınların “sosial statusunun”
müəyyənləşdirilməsi istiqamətində daha dərin axtarışlar