Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə59/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   55   56   57   58   59   60   61   62   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
67
XX əsrin əvvəllərində bir sıra demokratik ruhlu qəzet, 
jurnal və məcmuələrin nəşri azad fikrin intişar tapmasına 
təkan oldu. Xüsusilə “Molla Nəsrəddin” jurnalının mey-
dana gəlməsi Azərbaycan ictimai fikir tarixində yeni mər-
hələ kimi qiymətləndirilə bilər. Jurnalın naşiri və baş re-
daktoru C.Məmmədquluzadə, onun müəllifləri Ömər Faiq, 
Ə.Haqverdiyev. Q.Şərifzadə, M.S.Ordubadi, Ə.Qəmküsar 
və başqaları qadın azadlığı ilə bağlı kəskin yazılarla çıxış 
edirdilər. Jurnal M.Ə.Sabir kimi nəhəng bir simanın - sati-
rik poeziyanın flaqmanının meydana gəlməsində müstəsna 
rol oynamışdır. Sabir öz əsərlərində dövrünün digər naqis 
cəhətləri ilə yanaşı, qadın hüquqlarının pozulmasına qarşı 
da öz etiraz səsini ucaltmış, nadanlığı, cahilliyi, savadsızlı-
ğı tünd satirik boyalarla ifşa etmişdir. 
Azərbaycanda Sovet hakimiyyəti dövründə qadınlarla 
kişilərin hüquq bərabərliyi rəsmən təsbit edilsə də, reallıqda 
gender ayrı-seçkiliyi uzun müddət mövcud olmuşdur. Məhz 
buna görə də böyük dramaturq C.Cabbarlı özünün “Sevil”, 
“Almaz”, “Füruzə” və s. əsərlərində qadın azadlığı proble-
minə toxunmuşdur. Azərbaycanın dahi şairi S.Vurğun isə 
öz şeir və poemalarında (“Bəsti”, “Aygün” və s.) qadınla-
rın uzun illər, əsrlər boyu istismara məruz qaldığını kəskin 
tənqid atəşinə tutmuş, onların cəmiyyətdə kişilərlə çiyin-çi-
yinə çalışdığını ilhamla tərənnüm etmişdir. 
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayən-
dələri S.Rəhimov, S.Rüstəm, M.Hüseyn, R.Rza, M.İbrahi-
mov, Ə.Məmmədxanlı, İ.Əfəndiyev, İ.Şıxlı, İ.Hüseynov, 
habelə onlardan sonra yaradıcılıq fəaliyyətinə başlayan 
S.Əhmədov. Ə.Cəfərzadə, Ə.Əylisli, İ.Məlikzadə, Anar, El-
çin və digər görkəmli mütəfəkkirlərin əsərlərində qadın və 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin