Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
41
di-individual səciyyə daşımır; bu ətrafda yaşayıb fəaliyyət
göstərən qadınların psixoloji-mənəvi durumuna da öz təsi-
rini göstərir. Qadınların bu istiqamətdə “mütləq bərabərlik”
ideyası özünə sosial bəraət qazandıra bilmir. Lakin qadınla-
rın müxtəlif iyerarxiya pillələrində sıxışdırılması, vəzifələrə
cəlb edilməməsi idarəetmə və icraetmə strukturlarından kə-
narlaşdırılması ideyası da heç zaman özünə bəraət qazana
bilməz. Elmi ədəbiyyatda isə belə bir təklif də səslənir ki,
müxtəlif sosial strukturlarda qadın fraksiyaları yaratmaqla
qadınlar şüurlu surətdə siyasiləşdirilməlidir (146: 18). Yal-
nız belə bir yolla qadınların karyera əldə edə biləcəyi fikri
vurğulanır.
Sosial və mənəvi davranışların başlıca xüsusiyyətləri
barədə danışarkən əmək mədəniyyəti, iş vaxtının səmərəli
təşkili və bu sahədə yüksək keyfiyyətli nəticələr əldə edil-
məsi amillərini də unutmaq olmaz.
Bu gün təsərrüfatın bütün sahələrində qadınlar kişilərlə
yanaşı fəaliyyət göstərirlər, lakin bu da faktdır ki, ən çox
iaşə və xidmət təsərrüfatı sahələrində qadın əməyindən is-
tifadə olunur, çünki güman edilir ki, məhz həmin sahələrdə
qadın əməyinin yüksək keyfiyyəti və estetik cəhətləri qaba-
rıq şəkildə təzahür edir.
Hal-hazırda təsərrüfat sahələrinin böyük bir qismi, za-
vod və fabriklərin əksəriyyəti işləmir. Ona görə qadınlar
işəmuzd, günəmuzd mövsümi işlərdə fəaliyyət göstərmə-
li olurlar. Çox zaman qadınların ehtiyacından sui-istifadə
edən idarə və müəssisə rəhbərləri onları müqaviləsiz ağır
işə cəlb etməyə çalışır, qadın əməyini istismar edirlər.
İctimai-siyasi həyatda baş verən dəyişikliklər istər-
istəməz insanların sosiomədəni həyatında da əks olunur.
Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
42
Dövlət özünün bütün vətəndaşları kimi qadınların da həyat
şəraitinin yaxşılaşması qayğısına qalır. Azərbaycan Res-
publikası Konstitusiyasında yazıldığı kimi: “Azərbaycan
dövləti xalqın hər bir vətəndaşın rifahının yüksəldilməsi,
onun sosial müdafiəsi və ləyaqətli həyat səviyyəsi qayğısı-
na qalır”. Mühüm beynəlxalq müqavilə və sənədlərə imza
atan Azərbaycan hökuməti öz vətəndaşı qarşısında məsu-
liyyət daşıyır. Lakin real həyatda bəzən ölkə vətəndaşları-
nın, xüsusilə qadınların hüququ pozulur. Bəzən bu hallara
nəzarət çətinləşir, çünki bu gün Azərbaycan qadınları tək-
cə öz ölkəsində deyil, ondan çox-çox kənarda da fəaliyyət
göstərir, işləyir, bizneslə məşğul olurlar.
Aparılan müşahidə və tədqiqat göstərir ki, Azərbaycan
qadınlarının hüquqları təkcə xarici ölkələrdə yox, eyni za-
manda ölkə daxilində də tez-tez pozulur. Mövcud müəs-
sisələrdə işləyən qadınlar diskriminasiyaya məruz qalır, on-
ların əmək hüququ pozulur, maaşları vaxtı-vaxtında verilmir.
Onların zorakılığa, təhqir və təhdidə məruz qaldığı vaxtlar
da az olmur. Əcnəbi qurumların əksəriyyəti isə çalışmaq
üçün gənc, enerjili qadınları işə dəvət edir, lakin çox tez-tez
onlarla müqaviləni əsassız yerə və ya vaxtından əvvəl pozur,
mövcud qanunların tələblərinə tabe olmaqdan boyun qaçı-
rırlar. Bu gün cəmiyyəti narahat edən problemlərdən biri də
haqqında söhbət açılan əcnəbi şirkətlərdə sənədləşmə və ün-
siyyətin yalnız xarici dillərdə aparılmasıdır.
Qadın əməyinin diskriminasiyaya məruz qalmasına
misal olaraq yerli müəssisələrdə “yazılmamış qanunların”
mövcudluğunu da misal göstərmək olar. Bildiyimiz kimi,
qadınlar doğumla əlaqədar olaraq müəyyən vaxtlarda analıq
məzuniyyətinə çıxmalıdırlar. Lakin onların uzunmüddətli
məzuniyyət götürməsi işlədiyi idarələrin rəhbərləri tərəfin-
|