Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 39 ehtiyac var. Konstitusiyamızda qəbul edilən demokratiya və
bazar iqtisadiyyatı prinsipləri xalqın milli və konfessional
dəyərləri, onun psixologiyası və tarixi inkişafı ilə çox zəif
əlaqədədir. Gələcəkdə bu kimi dəyərlər birgə necə mövcud
olacaq? Keçid dövründə qadın və kişinin rolları necədir?
Bu suallardan çıxış edərək göstərmək olar ki, Respublikada
dövlət səviyyəsində qəbul edilmiş və düşünülmüş proqrama
əsaslanan müəyyən gender siyasətinə ehtiyac vardır (2: 15).
Qadınların fəallığının və fəaliyyətinin son illərdə art-
masına diqqət yetirən tədqiqatçılar bunun səbəblərini də
araşdırmağa cəhd göstərirlər. Artıq qeyd etdiyimiz kimi, ən
başlıca səbəb olaraq son illərdə demokratikləşmə prosesi-
nin dərinləşməsini vurğulamaq məntiqli hesab olunur. La-
kin bir çox gender tədqiqatçıları genderlərarası sosiomədəni
genderlerarası keyfiyyət və təşəbbüskarlığın fərqli mövcud-
luğunda digər amillərin rolunu da göstərirlər məsələn, biz-
nes mədəniyyətinin görkəmli tədqiqatçısı F.Kofsted İsveç
dövlətində yaşayıb fəaliyyət göstərən qadınların timsalında
apardığı tədqiqatdan belə bir qənaətə gəlmişdir ki, həmin
ərazidə yaşayan qadınların hədsiz fəallığı hər yerdə özü-
nü göstərir. Isveç dövləti əslində qadın xarakterlidir, çünki
bütün kişi xarakterli mədəniyyətlərdə uğur qazanmaq, pul,
mükafat, məqsədyönlülük, əşya və mülkiyyətə sahib olmaq
hissləri prioritetdirsə, qadın xarakterli mədəniyyətlərdə
şəxslərarası münasibət, həyat keyfiyyəti, ətrafa xeyirxah
münasibət, qayğıkeşlik və mərhəmətlilik hissləri daha çox
üstünlük təşkil edir. Bir sözlə, qadın xarakterli mədəniyyət
cəmiyyətin üzvlərinin qayğısına qalan sosial sistemdir. Bu-
nunla belə, dünyada ən yaxşı sayılan sosial təminat siste-
minin qorunub saxlanılması isveçlilər üçün asan və ucuz