Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 40 başa gəlmir. M.Məmmədovun yazdığı kimi, son dövrlərdə
ölkə əhalisinin əsasını qocaların təşkil etməsi, qəyyumçu-
ların sayının durmadan azalması, başqalarının hesabına do-
lananların sayının artması, İsveç sisteminin nöqsansız ol-
mamasını nümayiş etdirir. Demək olar ki, qadın xarakterli
sistemin saxlanılması cəmiyyətin üzvləri arasında mövcud
olan asimmetriya nə qədər cəlbedici olsa da, bir o qədər də
çətinliklərin və narahatçılıqların sayı artır (113: 147).
Ta qədim zamanlardan başlayaraq, kişi və qadınların
hüquq bərabərliyi cəmiyyətin və elmin diqqət mərkəzində
duran problemlərdən biri olmuşdur. Ən maraqlısı budur ki,
qadınların hüququnun pozulmasına qarşı həmişə qadınla-
rın özündən çox humanist düşüncəli kişilər çıxış etmiş, öz
etiraz səslərini ucaltmışlar. Lakin məsələ burasındadır ki,
qadınların hüququnun pozulması bilavasitə kişilərin fəa-
liyyəti ilə bağlıdır; yəni genderlər arasındakı ayrıseçkiliyin
əsasında kişi genderinə mənsub olanların bu və ya digər
seçkidə üzə çıxan neqativ əməlləri dayanır. Lakin bir çox
tədqiqatçılar qadın probleminin mövcudluğunu inkar edir,
sadəcə olaraq qadınların bir çoxunun öz ilkin vəzifələrinin
nədən ibarət olduğunu unutduqlarını yazırlar. K.Sarıyevə
görə “əslində qadın problemi yoxdur. O vaxt ki, qadınlar
öz yerlərini və dəyərlərini bilmirlər, onda özlərini kişilərə
oxşatmaq istəyirlər. Qadınlar bilməlidirlər ki, qadınlıq ilk
növbədə analıqdır. Əgər bunu başa düşsələr, feminizm
hərəkatı da olmayacaq” (146: 18).
Doğrudur, bəzən öz qadın ilkinliyindən uzaqlaşan az
qala nəinki hüquqi-mənəvi habelə bioloji amillərə görə ki-
şilərlə rəqabət aparmağa cəhd göstərən qadınlara təsadüf
edilir. Qadının öz qadınlığından imtina etməsi təkcə fər-