Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə37/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   33   34   35   36   37   38   39   40   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
44
(çadraya) dəvət edir, kişiləri “çoxarvadlılığa” (hətta, “dörd-
arvadlılığa”) sövq edən fikirlərə bəraət qazandırmağa təş-
viq edirlər. Qadını təhsildən, mədəniyyətdən uzaqlaşmağa 
çalışan çağıran sloqanlar da eşidilməkdədir. Lakin bu cür 
cahil çağırışlar ictimaiyyətin əksər nümayəndələri tərəfin-
dən haqlı olaraq qınaq və tənqid hədəfinə çevrilir.
Son illərdə Azərbaycanda qadın hüququ və azadlığı 
ilə bağlı daxili qanunvericilikdə bir sıra mühüm dəyişik-
liklər edilmiş, beynəlxalq sənədlərə imza atılmışdır. Bu 
gün ölkədə kişi-qadın ayrıseçkiliyinə hüquqi cəhətdən son 
qoyulmuş, hər iki cinsin bərabərliyi Konstitusiya ilə təsbit 
edilmişdir. Əhalinin 51 %-ni (25: 47) təşkil edən qadın-
lar (onların sayı 2003-cü ilin statistik məlumatına görə 
4.179.500 nəfər olmuşdur) cəmiyyətin həyatında bir çox 
sahə və istiqamətlərdə kişilərlə çiyin-çiyinə çalışırlar. La-
kin obyektivlik naminə demək lazımdır ki, ölkə həyatında 
bəzi məqamlarda qadın passivliyi, absenteizm əlamətləri, 
laqeydlik halları kəskin şəkildə müşahidə olunur. Elə bunun 
nəticəsidir ki, qadınlar seçki prosesində kişilərlə müqayisə-
də zəif iştirak edirlər. Heç də təsadüfi deyildir ki, məhz bu 
sadalanan cəhətlərə görə icraedici və qanunverici orqan-
larda qadınların sayı az olur. Millət vəkilləri və bələdiyyə 
nümunayəndələri arasında qadınların azlığı da diqqəti çə-
kir. Lakin həqiqət naminə demək lazımdır ki, son illərdə 
mövcud vəziyyət yaxşılığa doğru dəyişmiş, qadınların icti-
mai-siyasi həyatda rolu müəy yən dərəcədə artmışdır. 
Ölkə prezidentinin qadınların ictimai-siyasi həyatda 
fəaliyyətinin artırılmasına yönələn, habelə Konstitusiyanın 
verdiyi hüquqları müdafiə edən qanun, fərman və sərən-
camları mühüm əhəmiyyət daşıyır. Onların ən mühümləri 
aşağıdakılardır:



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin