Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə30/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   26   27   28   29   30   31   32   33   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
36
Sosial və mənəvi davranışların mahiyyətindən, habelə 
onların formalaşması yollarından danışarkən bu sahədə 
mühüm rol oynayan ictimai varlıq, əmək bölgüsü, ictimai 
şüur kimi amillərin təhlili ilə kifayətlənmək olmaz. Axı 
davranışların formalaşmasında mikromühitin rolu da əhə-
miyyətlidir. Açıq demək lazımdır ki, bəzən mühitlə mikro-
mühit arasında disbalans yaranır. Belə ki, bir çox ailələrdə 
sosial mühitin əlaqə münasibətlərinin təsiri nisbətən zəif, 
fərdi mühitin deyil, mikromühitin təsiri daha güclü təzahür 
edir. Məlumdur ki, insan heç bir dünyagörüşə, vərdiş və 
davranışlara malik olmadan dünyaya gəlir. 
M.Cəlilov və M.Məmmədovun qeyd etdiyi kimi, bü-
tün mənəvi keyfiyyətləri və əməli vərdişləri insan həyatda, 
sosial mühitdə tərbiyə və təcrübə yolu ilə əldə edir. Uşa-
ğın dünyagörüşü onun böyüdüyü “mikromühit”in, xüsusilə 
ailənin, daha sonralar isə məktəb və tərbiyənin təsiri ilə 
lap körpə vaxtlarından formalaşmağa başlayır. Onun şüuru 
maddi gerçəklikdən asılı olaraq, bu gerçəkliyin inikası kimi 
formalaşır. Uşaq şüurunun onun davranış və vərdişlərinin 
formalaşmasında “mikromühit”in müəyyən qismini təşkil 
edən dini “sosial” mühitin də əsaslı təsiri olur (44: 9).
Deyilənlərə rəğmən vurğulamaq lazımdır ki, Azərbay-
can mühitində qadınların davranışının formalaşması əsasən 
mikromühitlə bağlı olur. Belə ki, qızlar göz açdıqları ata oca-
ğında tərbiyə alır, evdarlıq işlərini öyrənir, ailənin dərd-sə-
rinə bələd olur. Sonrakı illərdə onun makromühitlə əlaqəsi 
möhkəmlənməyə başlayır. Bəzi hallarda, ailədə-mikromü-
hitdə qadının mövqeyinin möhkəm olması, onun bütün 
təşəbbüsləri ələ alması ilə sonuclanır. Qərb-Şərq əxlaqının 
təbiətindən söhbət açan tədqiqatçı R.Mirzəzadənin qeyd et-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin