Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
12
• nəzərdə tutulmuş yaş həddindən aşağı olanların
cin si əlaqəyə girmələri ilə bağlı cavabdehliyin
müəy yən edilməsi;
• homoseksual münasibət məsələləri üzrə qanun nor-
malarının gender baxımından tarazlaşdırılması;
• cinsi təngəgətirməyə görə məsuliyyətin artırılma-
sı” (110: 79).
XX əsrin sonlarında Azərbaycan torpaqlarının 20 fai-
zi Rusiyanın hərbi dəstəyi ilə Ermənistan tərəfindən işğal
olunmuşdur. Bir milyondan artıq Azərbaycan vətəndaşı
qaçqın vəziyyətində yaşayır. Müxtəlif yaşayış məntəqələ-
rində çadır və vaqonlarda, yataqxana və mehmanxanalar-
da yaşayan ailələrin ağır yükünü çox vaxt qadınlar çəkməli
olurlar. Yeni yaşayış tərzi insanların həyat və məişətinə, rəf-
tar və davranışına da təsir göstərir. Azərbaycan ailələrində
ənənəvi olaraq, necə deyərlər, “hərənin öz yeri” olmuşdur.
Ata-oğul, gəlin-qayınana, qardaş-bacı və s. münasibətləri
əsrlər boyu formalaşmış, yeni keyfiyyətlərlə zənginləşmiş-
dir, amma qaçqın taleyi yaşayan ailələrdə bu “subordinasi-
ya” son illərdə kəskin şəkildə pozulmuşdur; belə ki, kiçik,
dar “mənzildə” yaşayan ailələrdə bir sıra kəskin problemlər
üzə çıxmışdır. Yeni həyat tərzi istər-istəməz yeni rəftar və
yeni davranış tələb edir. Nəticədə, qadın-kişi münasibətləri
tamamilə yeni bir müstəviyə keçir; bu əlbəttə, təqdiredici
hal deyildir.
Keçid dövrünün mühüm əlamətlərindən biri də kişilərin
iş axtarmaq üçün başqa ölkələrə getməsidir. Bir çox ailələr-
də gənc və orta yaşlı kişilər öz ailələrini saxlamaq məqsədilə
əsasən yaxın ölkələrə – Rusiyaya, Türkiyəyə, İrana üz tu-
turlar. Postsovet məkanında, başqa respublikalarda olduğu
Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
13
kimi son zamanlar Avropa ölkələrinə miqrasiya edənlər
arasında azərbaycanlılara da təsadüf olunur. Müşahidə və
faktlara istinad edərək deyə bilərik ki, xaricə gedən soy-
daşlarımızın əksəriyyəti ailəlidir, az bir qismi isə subaylar-
dır. Ən acınacaqlısı isə odur ki, xaricə gedən Azərbaycan
vətəndaşlarının bir çoxu müəyyən zaman keçəndən sonra
bir daha geriyə - öz vətəninə qayıtmır. Bu istər-istəməz de-
moqrafik inkişafa və eləcə də, ailə-məişət prinsiplərinə öz
təsirini göstərir. Ənənəvi Azərbaycan ailəsinə xas olan bö-
yüyə hörmət hissi, ənənələrə bağlılıq prinsipi yuxarıda qeyd
etdiyimiz problemlərə rəğmən, tədricən arxa plana keçir.
Xalqın mentalitetinə zidd olan yeni “adətlərin” hə-
yat vəsiqəsi almasında, habelə ailə münasibətlərində yeni
kommunikasiyaların rolu mühümdür. Göstərilən xarici ki-
nofilmlər ailə üzvlərinin, o cümlədən qadın və qızların əx-
laqına bu və ya digər aspektdə təsir göstərir. Nəticədə, əgər
bir tərəfdən yeni davranış normaları “ixrac” olunursa, digər
tərəfdən adekvat mənəvi prinsiplər “idxal” olunur.
Keçid dövrünü yaşayan qadınlar öz həyat və məişət-
lərində sovet dövrünün davranış normalarını əsaslı şəkildə
qoruyub saxlayırlar. Bu isə təsadüfi deyildir. Məlumdur ki,
70 ildən artıq hökm sürən sovet ideoloji aparatı insanların
bütün həyatına nüfuz edə bilmişdir. Ötən əsrlərdə, yüzil-
lik və minilliklər boyu mövcud olan patriarxal ənənələrin
aradan götürülməsində həmin ideologiyanın müəyyən rolu
inkaredilməzdir. Bir çox bölgələrdə azərbaycanlı qadınlar
öz çadralarını atmış, kişilərlə bərabər hüquq əldə etmiş, təh-
sil almış, rəhbər vəzifələrdə çalışmışdılar. Doğrudur, sovet
məkanında qadınların bütün sahələrdə həyatı heç də ideal
olmamışdır. Onların bir çoxu vətəndaş və vətən müharibə-
|