Amea molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu


Bitki tədqiqatlarında yeni yanaşmalar



Yüklə 263,93 Kb.
səhifə4/6
tarix01.12.2023
ölçüsü263,93 Kb.
#170844
1   2   3   4   5   6
Biologiyanın müasir problemləri yeni

49.Bitki tədqiqatlarında yeni yanaşmalar. “Yaşıl inqilab” dövrü qlobal qida təhlükəsizliyinin artırılmasında ekstraordinar epoxa kimi dəyərləndirilir. Bu period kənd təsərrüfatının intensifikasiyası hesabına dünyada qida məhsullarının, xüsusən də buğda, düyü, qarğıdalı kimi dənli bitkilərin istehsalının güclü artımı ilə xarakterizə olunur. İntensifikasiya kənd təsərrüfatı tədqiqatlarına investisiyaların artımı, sintetik gübrələrin və pestisidlərin kütləvi istifadəsi və bu proseslərin mexanizasiyası, yüksək məhsuldar sortların genetik yaxşılaşdırılması kimi proseslərin bir-biri ilə uzlaşdırılması hesabına əldə olunmuşdu. Amma artıq bu inqilabın əlavə təsirləri üzə çıxmağa başlamışdır. Ətraf mühitə göstərilən zərərli təsirlər hesabına bütövlükdə ekosistemlərin keyfiyyəti aşağı düşmüşdür (Aguilar-Rivera et al., 2019). Buna görə hal-hazırda qarşıda duran əsas məsələ - elmtutumlu innovativ texnologiyaları kənd təsərrüfatında tətbiq etməklə, stabil, keyfiyyətli qida məhsullarının əldə edilməsi üçün agroekosistemlərin bütövlüyünü saxlamaqla kənd təsərrüfatında dayanıqlı inkişafa nail olmaqdır. “İkinci Yaşıl İnqilab” kənd təsərrüfatına fərqli prizmadan yanaşan yeni nəsil alimlərin ideyalarından asılı olacaqdır
50.Bitki tədqiqatlarında genom-redaktə texnologiyaları. . Genomun redaktəsi – gen mühəndisliyinin ən son uğurlarından biridir. Bu texnologiya xüsusi “molekulyar qayçıların”, elmi dildə desək spesifik dizayn edilmiş endonukleazaların iştirakı ilə genomda müəyyən sahələrin əvəz edilməsi, daxil edilməsi, yaxud kəsilərək götürülməsinə əsaslanır. Bu metodda 4 tip nukleazalardan istifadə edilir: meqanukleazalar, sink barmaqları olan nukleazalar, TALEN nukleazaları və CRİSPR-Cas sistemi.
51.Bitki tədqiqatlarında CRISPR-Cas9 texnologiyasının tətbiqi CRISPR-Cas9 DNT molekulunun müxtəlif sahələrində delesiyalar və ya əlavələr edən yeni texnogiyadır. CRISPR-Cas9 sistemi, DNT-də mutasiya yaradan 2 molekuldan təşkil olunmuşdur: bunlardan biri Cas9 adlı ferment - genomun müəyyən hissələrindən DNT zəncirini kəsir, bir sözlə bu molekul “qayçı” funksiyasını daşıyır. İkincisi gid RNT (İng. guide RNA – gRNA) - kiçik (~20 n.c.) RNT zəncirindən təşkil olunmuşdur. RNT zənciri DNT molekulu ilə əlaqəyə girir və Cas9-un genomun uyğun hissəsinə oturmasına rəhbərlik edir və beləliklə, Cas9 fermenti müvafiq nukleotidləri kəsir. Bu mərhələdə hüceyrədə DNT-nin zədələnməsinə qarşı reparasiya mexanizmi işə salınır. Mütəxəsisslər, DNT molekulunun reparasiya mexanizmindən istifadə edərək hüceyrənin 1-dən artıq genində dəyişiklik yarada bilirlər. Hazırda bu sistem bir sıra heyvan və bitki orqanizmlərdə tətbiq edilməkdədir (Prabin & Mousami, 2020). CRISPR-Cas9 sistemi hazırda gen redaktə edilmədə ən sürətli, ucuz və etibarlı sistem kimi tanınır. Bu metodun rekombinativ DNT texnologiyasından əsas fərqi ondadır ki, canlı orqanizmə yad gen daxil edilmir, orqanizmin öz geni dəyişdirilir, yaxud bərpa olunur. Bu zaman yaranan məhsul GMO hesab olunmur!

Yüklə 263,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin