Amea molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu


Bitki tədqiqatlarında yeni nəsil sekvens texnologiyalar



Yüklə 263,93 Kb.
səhifə5/6
tarix01.12.2023
ölçüsü263,93 Kb.
#170844
1   2   3   4   5   6
Biologiyanın müasir problemləri yeni

52.Bitki tədqiqatlarında yeni nəsil sekvens texnologiyalar Hal-hazırda effektiv genetik tədqiqatların aparılmasını genomun oxunması mərhələsi olmadan təsəvvür etmək mümkün deyildir. Genom ardıcıllıqları gen və gen şəbəkələrin identifikasiyası kimi fundamental məsələlərin həllində əvəzedilməzdir. Bitki və heyvan orqanizmlərində təsərrüfat əhəmiyyətli əlamətləri kodlaşdıran gen lokuslarının, mühüm metabolik yolların, siqnal ötürmə şəbəkələrin tədqiqində genomların sekvensi açar rolunu oynayır. Yeni molekulyar bridinq proqramları da məhz dəyərli genlərlə ilişikli marker məlumatlarını əks etdirən genom xəritələrinə əsaslanaraq aparılır. Hal-hazırda artıq 300 bitkinin genomu tam və ya qismən oxunularaq NCBİ-da yerləşdirilmişdir. Yeni nəsil sekvens texnologiyaları əvvəlki metodlarla müqayisədə qısa zaman intervalında nisbətən daha aşağı xərclə genomda nukleotid ardıcıllıqlarını təyin etməyə imkan verir. Yeni texnologiya ekzom sekvensini də - zülal kodlaşdıran sahələrin sekvensini də həyata keçirməyə imkan verir. Əgər RNT-sekvensi yalnız ekpressiya olunan genlər haqqında məlumat verirsə, ekzom-sekvensi isə ekspressiya olunmayan allel genlər haqqında belə zəngin məlumat təqdim edir
53.Bitki tədqiqatlarında rəqəmsal transformasiyalar - süni intellektin tətbiqi. Süni intellekt texnologiyalarının tətbiqi insan fəaliyyətinin bütün sferalarına daxil olmuşdur. Son dövrlərdə artıq bu texnologiyalar kənd təsərrüfatında da tətbiq olunmağa başlanılmışdır. Bu baxımdan qarşıda duran problemlərdən ən əsası abiotik və biotik stress amillərinin inkişaf dinamikasının qabaqcadan proqnozlaşdırılmasıdır. Bu yanaşmada artıq maşınöyrənmə üsulları tətbiq edilməyə başlanılmışdır. Zərərvericilərin hansı ərazilərdə yayılacağını, iqlim faktorlarının onların intensivliyinə təsirini qabaqcadan proqnozlaşdırmaqla epifitotiyaların qarşısını almaq olar. Süni itlellekt texnologiyalarına əsaslanan sputnik müşahidə sistemləri, yaxud bitkinin vəziyyətini qiymətləndirərək vaxtında gübrələrlə, boy stimulyatorları ilə, zərərvericilrərə qarşı kimyəvi maddələrlə işlənməsini özü idarə edən “ağıllı texnika” - nın tətbiqi gələcəkdə məhsuldarlığın artırılmasına çox böyük təkan verəcəkdir

Yüklə 263,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin