Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
AMPİSİLLİN inyeksiya məhlulu hazırlamaq üçün toz
AMPICILLIN
Beynəlxalq patentləşdirilməmiş adı: Ampicillin
Tərkibi
Təsiredici maddə: 1 flakonun içərisində 1q ampisillin (natrium duzu şəklində) vardır.
Farmakoterapevtik qrupu
Antimikrob dərman vasitəsi. Yarımsintetik penisillin.
ATC code: J01CA01
Farmakoloji xüsusiyyətləri
Geniş təsir spektrinə malik olan yanmsintetik penisillindir. Bakteriyaların hüceyrə
divarınm
sintezini tormozlayaraq bakterisid təsir göstərir.
-
aerob qrammüsbət bakteriyalar: Staphylococcus spp. (penisillinaza yaradan ştamlardan
başqa),
Streptococcus spp., Enterococcus spp., Listeria monocytogenes;
-
aerob qrammənfı bakteriyalar:
Neisseria gonorrhoeae, Neisseria meningitidıs,
Escherichia coli, Shigella spp., Salmonella spp., Bordetella pertussis, Haemophilus
influenzae-nin bəzi ştammlanna qarşı aktivdir.
Ampisillin penisillinazamn təsiri altında parçalanır.
İstifadəsinə göstərişlər
-
infeksiyalann ağır şəkildə keçməsi (sepsis, endokardit, pnevmoniya, doğuşdan sonrakı
infeksiya və s.), xüsusilə yenidoğulmuşlarda və vaxtından əvvəl doğulmuş uşaqlarda
(dölyanı mayenin yoluxması, yeni doğulmuş uşağın tənəffus pozğunluğu zamanı
tənəffusün bərpası üçün, aspirasion pnevmoniyanın əmələ gəlmə təhlükəsi və s.);
-
ağciyər, tənəfflis yollarının infeksiyaları;
-
zökəm, xolangit, xolesistit;
-
böyrək, o cümlədən pielit; dəri infeksiyaları;
-
yoluxmuş yamq və yaralar;
-
əməliyyatdan sonrakı infeksion ağırlaşmalann profilaktikası;
-
uşaqlarda infeksiyalann profılaktikası və müalicəsi; süzənək (benzilpenisillinə qarşı
rezistentlik olduqda)
Əks göstərişlər
-
infeksion mononukleoz,
-
limfoleykoz,
-
ampisillinə və digər penisillinlərə qarşı ytiksək həssaslıq,
-
qaraciyər funksiyalannm pozğunluğu,
-
anamnezdə mədə-bağırsaq traktımn xəstəlikləri (xüsusilə antibiotiklərin qəbulu ilə
əlaqədar olan kolit),
1 aylığa qədər uşaqlar.
Xüsusi göstərişlər
Böyrək funksiyasının pozğunluğu (C1 kreatinindən asılı olaraq doza rejiminə düzəliş
edilir), bronxial astma, ot qızdırması və digər allergik xəstəliklər zamanı
(desensibilizasiya edən vasitələrlə eyni zamanda təyin olunması tövsiyyə edilir)
ehtiyatlı olmaq lazımdır. Müalicə böyrək və qaraciyər funksiyalarma, periferik qanın
mənzərəsinə nəzarət altmda keçirilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Ampisillinin digər bakterisid antibiotiklərlə (o cümlədən aminoqlikozidlər,
sefalosporinlər, sikloserin, vankomisin, rifampisinlə) birlikdə istifadəsi zamanı
sinergizm; bakteriostatik antibiotiklərlə (o cümlədən makrolidlər, xloramfenikol,
linkozamidlər, tetrasiklinlər, sulfanilamidlərlə) - antaqonizm özünü göstərir.
Ampisillin bağırsaq mikroflorasım yatıraraq anti-koaqulyantlann təsirini gücləndirir,
vitamin K sintezini və protrombin indeksini azaldır.
Ampisillin metabolizm proseslərində PABT əmələ gələn dərman vasitələrinin təsirini
azaldır.
Probenesid, diuretiklər, allopurinol, fenilbutazon, QSİƏP ampisillinin kanalcıq
sekresiyasım
azaldır, nəticədə onun qan plazmasında qatılığının çojjalması müşahidə olıına bilər
Antasidlər, qlükozamin, işlədici dərman vasitələri, £iminoqlikozidlər ampisillinin
absorbsiyasım
ləngidir və azaldır, askorbin turşusu isə çoxaldır.
Ampisillin daxilə qəbul üçün olan kontraseptivlərin effektivliyini azaldır.
Digər dərman vasitələri ilə bir şprisdə qarışdırmaq olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə istifadəsi həkim təyinatı əsasmda mümkündür. Ampisillin ana
südünə az nüfuz edir. Laktasiya dövründə istifadə edilməsi üçün zərurət yaranarsa ana
südü ilə qidalandırma dayandınlmalıdır.
Istifadə qaydası və dozası
Doza müalicənin ağırlığmdan, infeksiyanın lokallaşmasından və törədicinin
həssaslığından asılı olaraq fərdi təyin olunur.
Böyüklər üçün əzələdaxili və venadaxili inyeksiya üçün birdəfəlik doza hər 4-5 saatdan
bir 250- 500 mq təşkil edir. Uşaqlar üçün birdəfəlik doza bədən kütləsinin hər kq-na
25-50 mq təşkil edir. Müalicənin davamı infeksiyanın lokallaşması və xəstəliyin
gedişinin xüsusiyyətlərindən asılıdır. Venadaxili və əzələdaxili inyeksiya üçün
maksimal gündəlik doza 14 q təşkil edir.
Əlavə təsirləri
Ürək-damar və qan sistemi (qanyaranma, hemostaz): leykopeniya, neytropeniya,
anemıya. Mədə-bağırsaq traktı: ürəkbulanma, qusma, diareya, disbakterioz, dadın
dəyişməsi, psevdomembranoz enterokolit.
Allergik reaksiyalar: dəri səpgisi, övrə, Kvinke ödemi, rinit, konyunktivit, qızdırma,
nadir hallarda - anafilaktik şok.
Digər: artralgiya, eozinofiliya, superinfeksiya, əzələ daxilinə inyeksiya yerindəki ağrı,
flebit və periflebit (vena daxilinə yeridilməsi zamam).
Doza həddinin aşılması
Preparatm doza həddinin aşılması barədə heç bir məlumat yoxdur.
Buraxılış forması
İnyeksiya məhlulunu hazırlamaq üçün toz flakonda №1, №50, içlik vərəqə ilə birlikdə
karton qutuda.
Saxlanma şəraiti
25°C-dən yuxan olmayan temperaturda, uşaqların əli çatmayan, quru yerdə
saxlanılmalıdır.
Yararlılıq müddəti
3il
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
"TROGE Medical GmbH", Almaniya.
"Reyong Pharmaceutical Co.,Ltd", Çin