Anafilaktik şok


Anafilaktik şok vəziyyətini aşağıdakı səbəblər törədə bilər



Yüklə 1,15 Mb.
səhifə2/5
tarix16.05.2023
ölçüsü1,15 Mb.
#114101
1   2   3   4   5
Anafilaktik şok

Anafilaktik şok vəziyyətini aşağıdakı səbəblər törədə bilər:

  • Dərman preparatları (antibiotiklər, vitaminlər, albumin, benzodiazepin preparatları, yerli anestetiklər, iltihab əleyhinə geyri-steroid preparatları).
  • Heteroloji (heyvan qanından alınmış) zərdablar, vaksinlər.
  • Zərqanadlı həşəratların zəhəri.
  • Qida allergenləri (toyuq yumurtası, süd, soya, balıq və dəniz məhsulları, araxis və s.).
  • Bitki tozcuqları allergenləri.
  • Lateks allergenlər (cərrahi əlcəklər, endotraxeal borular).
  • Soyuğa qarşı reaksiyaya meylli şəxslərdə soyuğun təsiri ilə bağlı amillər.
  • Qida allergenlərinin təsirindən sonra fiziki gərginlik.
  • Qeyri-adekvat aparılmış ASİT

Bəzən AŞ-nin səbəbini təyin etmək mümkün olmur, belə ki, bir çox hallarda idiopatik AŞ IgE asılı olmayan xarakterli olur.

Risk Amilləri

  • Anamnezdə allergik xəstəliklər.
  • Dərman preparatlarının uzun müddət, xüsusən də, təkrar kurslar ilə istifadə olunması, depo-preparatların istifadəsi, polipraqmaziya.
  • Penisillinə qarşı sensibilizasiya mənbəyi olan dermatomikozların mövcudluğu (epidermofitiya).
  • Dərman preparatlarının parenteral, xüsusən venadaxili üsulla yeridilməsi.
  • Allergenlə peşə ilə əlaqədar uzun müddətli təmas.

AŞ zamanı letal nəticənin risk amilləri:

  • Anamnezdə allergik xəstəliklər, xüsusən müalicəyə çətin tabe olan bronxial astma.
  • Epinefrinin (adrenalinin) gec tətbiq edilməsi.
  • AŞ törədən preparatın parenteral yolla daxil edilməsi.

AŞ-nin ağırlıq dərəcəsi hemodinamik pozuntuların qabarıqlığı ilə müəyyənləşir.

  • I dərəcə (yüngül): inkişaf müddəti bir neçə dəqiqədən 2 saata qədər olur. Sistolik AT 90 mm c.süt.-na qədər enir. Xəstənin huşu aydındır, qaşınma, övrə, baş ağrıları, baş gicəllənməsi, baş nahiyəsində istilik hissi, qulaqlarda küy, taxikardiya, artan zəiflik qeyd olunur. Bu vəziyyət şok əleyhinə terapiya ilə asanlıqla aradan qaldırılır.
  • II dərəcə (orta ağır): sistolik AT 90-70, diastolik – 40 mm.c.süt.-dan aşağıdır. Huşun itməsi dərhal baş vermir və ya qeyd olunmur. Taxikardiya, aritmiya, kəskin zəiflik qeyd edilir. Qırtlağın ödemi və bronxospazm hesabına asfiksiya, qusma, qeyri-ixtiyari sidik ifrazı və defekasiya baş verə bilər.
  • III dərəcə (ağır): huşun itməsi, kəskin tənəffüs və ürək-damar çatışmazlığı (təngnəfəslik, sianoz, stridoroz tənəffüs, sapvari nəbz, sistolik AT kəskin sürətdə 60 mm.c.süt-dan aşağı enir, diastolik AT təyin olunmaya bilər) ilə təzahür edir. Şok əleyhinə terapiya çox zaman az effektivdir.
  • IV dərəcə (çox ağır): ildırımvari şəkildə kollaps (solğunluq, sianoz, sapvari nəbz, AT-in sıfıra qədər kəskin şəkildə enməsi), komatoz vəziyyət (huşun itməsi, qeyri-ixtiyari sidik ifrazı və defekasiya, göz bəbəklərinin genişlənməsi və işığa reaksiya verməməsi), sonda ürək və tənəffüs fəaliyyətinin dayanması baş verir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin