Anafilaktik şok


Əsas və əlavə diaqnostik meyarlar



Yüklə 1,15 Mb.
səhifə3/5
tarix16.05.2023
ölçüsü1,15 Mb.
#114101
1   2   3   4   5
Anafilaktik şok

Əsas və əlavə diaqnostik meyarlar

  • Huşun səviyyəsinin qiymətləndirilməsi (yuxululuq, huşun itməsi).
  • Dəri örtükləri və selikli qişaların vəziyyətinin qiymətləndirilməsi (solğun və bəzən sianotik, eritema, səpgi, ödem, rinit, konyunktivit simptomlarının aşkar edilməsi).
  • Udma və tənəffüsün qiymətləndirilməsi (udmanın çətinləşməsi, KTÇ əlamətləri)
  • Nəbzin xarakteri (sapvari, ritmin pozulması və s.) və arterial təzyiqin ( 30–50 mm c. süt. qədər aşağı enməsi) təyini.
  • Qusma, qeyri-ixtiyari defekasiya və/və ya sidik ifrazı, uşaqlıq yolundan qanlı ifrazat kimi simptomların təyini.

AŞ-un müalicəsi

  • Anafilaktik şok təxirəsalınmaz şəkildə qiymətləndirmə və müdaxilə tələb edən, həyat üçün təhlükəli vəziyyətdir. Ağırlıq dərəcəsindən asılı olmayaraq AŞ zamanı hospitalizasiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicə mütləq göstərişdir. Yardım zamanı bütün preparatların inyeksiyası ilk növbədə əzələ daxilinə (daha tez icra olunmasının mümkünlüyü baxımından) edilməlidir. Yalnız bundan sonra periferik və ya mərkəzi venaların kateterizasiyası və sonrakı dərmanların vena daxilinə vurulması məqsədəuyğundur.

Təxirəsalınmaz yardım:

  • Ayaq nahiyələrini azca qaldıraraq xəstəni uzanıqlı vəziyyətə gətirmək, dilin arxaya sallanması, asfiksiya və qusuntu kütlələri ilə aspirasiyanın qarşısını almaq məqsədi ilə başını yan tərəfə çevirmək, alt çənəni irəli çəkmək. Təmiz havanın daxil olmasını təmin etmək və ya imkan varsa, oksigen terapiyası aparmaq.
  • Tənəffüs pozulması olan xəstələrdə tənəffüsün asanlaşması məqsədi ilə oturaq vəziyyətə üstünlük verilə bilər.
  • Hamilə qadınlarda kaval kompressiyanın qarşısını almaq məqsədi ilə onların sol böyrü üstə uzadılması.

Allergenin orqanizmə daxil olmasının qarşısının alınması zəruridir:

  • Allergenin parenteral daxil olması zamanı allergen daxil olan yerdən (lokalizasiya imkan verirsə) yuxarı, 30 dəqiqədən çox olmayan müddətə, arteriyaları sıxmadan turna bağlamaq (hər 10 dəqiqədən bir turnanı zəiflətməklə);
  • İnyeksiya və ya sancma yerinin ətraflarına "xaçvari" şəkildə (baş, boyun, əl və pəncələr istisna olmaqla) 5,0 ml izotonik natrium-xlorid məhlulu ilə qarışdırılmış 0,1%-li 0,5 ml epinefrin (adrenalin) inyeksiya etmək (mümkün olduqda venadaxili – hipoperfuziya!);
  • Arı sancması zamanı neştəri bıçaq, dırnaq mişarı və ya dırnağın özü ilə dəri səthi üzərində sürüşən hərəkətlərlə çıxarmaq;
  • Allergen xüsusiyyətli dərmanlar burun yollarına və ya konyunktival kisəyə düşərsə, onları axar su ilə yumaq;
  • Allergenin peroral qəbulu zamanı xəstənin mədəsinin yuyulması məsləhət deyil.

Anafilaktik şok zamanı ilk yardım alqoritmi

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin