Bölmə 9. Cərrahiyyənin ixtisaslaşdırılmış sahələrində anesteziya.
44) Laparoskopik əməliyyatların ağırlaşmalarına aid deyildir:
A) Dərialtı emfizema
B) Qaz emboliyası
C) Pnevmotoraks, pnevmomediastinum, pnevmoperikard
D) Qarın boşluğu, periton arxası sahə, yaxud da qarnın ön divarının damarlarının zədələnməsi nəticəsində qanaxma
E) Hiponatriyemik hiperhidratasiya sindromu
Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
45) “Böyrək” vəziyyətində aparılan açıq nefrektomiya əməliyyatları zamanı adətən gözlənilmir:
A) Pnevmotoraks
B) Venoz qayıtmanın azalması
C) İntubasion borunun yerinin dəyişməsi
D) Ağciyərlərin asimmetrik ventilyasiyası
E) Qaz emboliyası
Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
Dostları ilə paylaş: |