570) TUR-sindromunun kliniki əmətlərinin yaranma səbəbi nə ilə bağlıdır?
A) Hipovolemiya
B) Metabolik alkaloz
C) Hücəyrədaxili dehidratasiya
D) Hücəyrədaxili hiperhidratasiya
E) Tənəffüs asidozu
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
571) Uroloji xəstələrdə əməliyyatlardan sonrakı dövrdə ağrılara qarşı hansı metodun istifadə edilməsi məqsədəuyğun sayılır?
A) Azot oksidinin inhalyasiyası
B) Uzunmüddətli epidural analgeziya
C) Qeyri-opioid analgetiklərin sistemli şəkildə yeridilməsi
D) Qeyri-inhalyasion anestetiklərin kiçik dozalarının yeridilməsi
E) Opioid analgetiklərin sistemli şəkildə yeridilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
572) Onkoloji xəstəliklərdə radikal əməliyyatlar zamanı endotraxeal metodla ümumi anesteziya və epidural anesteziyadan ibarət olan birləşdirilmiş anesteziya metodunun müsbət cəhətlərinə aid deyildir?
A) Cərrahi zonadan olan nosiseptiv afferentasiya iki səviyyədə blokada olunur
B) Ümumi anestetiklərə olan tələbat azalır
C) İnkişaf edən süni hipotenziya nəticəsində cərrahlar “quru” əməliyyat sahədə işləmək imkanı qazanırlar
D) Əməliyyat zamanı qanitirmənin həcminin azalması
E) Periferik damarların ümumi müqavimətinin yüksəlməsi ilə əlaqədar hipotenziyanın profilaktikasının təmin edilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
573) Aşağıda qeyd olunmuş tədbirlərdən hansı uroloji xəstəliklərlə əlaqədar əməliyyatlar aparılan pasiyentlərdə tromoboembolik fəsadların profilaktikası məqsədilə istifadə olunmur?
A) Aşağımolekullu heparinlərin profilaktik dozalarının yeridilməsi
B) Konservləşrmiş donor qanının yaxud eritrosit kütləsinin infuziyası
C) Aşağı ətrafları elastik bintlə sarımaq yaxud elastik corablar geydirmək
D) Əməliyyatdan sonrakı dövrdə xəstələrin erkən fiziki aktivləşdirməsi
E) İnfuzion terapiyanın tərkibində reoloji preparatlardan istifadə edilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |