625) Aşağıda sadalanan anestetiklərdən hansı tireotoksikozlu xəstəyə əks göstərişdir?
A) Viadril
B) NLA preparatları
C) N2O
D) Siklopropan
E) Ftorotan
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
626) Yanıqlar zamanı psevdoxolinesteraza fermentinin aktivliyi azalır. Hansı müalicəvi tədbirlər bu halda daha effektli ola bilər?
A) Kortikosteroid hormonlarının böyük dozalarda tətbiqi
B) Kontrikalın böyük dozalarda infuziyası
C) Kontrikalın orta dozalarda infuziyası
D) Təzə qanın köçürülməsi
E) Təzə dondurulmuş plazmanın köçürülməsi
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
627) Süni qan dövranı şəraitində aparılan əməliyyatlar zamanı xəstəyə 2-3 mq/kq dozada heparin vurulur. Süni qan dövranından sonra heparini neytrallaşdırmaq üçün hansı preparatdan istifadə olunur?
A) Təzə dondurulmuş plazma
B) Aminokapron turşusu
C) Protamin sulfat
D) Kalsium xlor
E) Kontrikal
Ədəbiyyat: Фредерик А. Хенсли-мл., Доналд Е. Мартин, Гленн П. Гревли; Практическая Кардиоанестезология, Москва, «МИА», 2008.
628) Kəskin bağırsaq keçməməzliyi diaqnozu ilə xəstə təcili qaydada əməliyyat stoluna götürülür.Ümumi anesteziyanın aparilmasinda hansı taktika düzgündür?
A) Xəstənın qida qəbulundan 4 saat keçibsə, mədə zondlanmır
B) Mədə zondla yuyulur və zond mədədə qalmaqla traxeya intubasiya edilir
C) Yalnız cərrahi əməliyyatın xarakteri tələb edərsə, mədəyə zond salınır
D) Mədə zondla yuyulduqdan sonra, zond çıxarılır və traxeyanın intubasiyasından sonra mədə yenidən zondlanır
E) Narkoz başlanır, traxeya intubasiya edilir və sonra mədə zondlanaraq yuyulur
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
Dostları ilə paylaş: |