101) Bir-biri ilə bağlı olan hansı üç göstərici orqanizmin hemodinamik vəziyyətini müəyyən edir?
A) Mərkəzi venoz təzyiq, dövr edən qanın həcmi və ürəyin venoz qayıdışı
B) Divararası sorma funksiyası, qanın reoloji vəziyyəti və ürəyin vurğu həcmi
C) Arterial təzyiq, mərkəzi venoz təzyiq və ürək yığılmalarının sayı
D) Dövr edən qanın həcmi, qan dövranın dəqiqəlik həcmi və ümumi periferik damar müqaviməti
E) Ürək yığılmalarının sayı, ürəyə venoz qayıdış və ürəyin vurğu həcmi
Ədəbiyyat: Физиология человека. Т.2 Под редакцией Р. Шмидта и Г. Тевса. М.: «Мир». 1996.
102) Əməliyyatdan öncəsi xəstənin volemik statusunu necə müəyyən etmək olar?
A) Plevral mayenin artıq olması və s.
B) Diurezə nəzarət
C) Hamısı
D) Fizikal müayinə (dərinin turqoru, selikli qişaların vəziyyəti, ödemlər, assit)
E) Hemodinamik göstəricilərlə (nəbz, AT, tənəffüsün sayı, MVT)
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
103) İnhalyasion anestetiklərin hansının istifadəsi zamanı induksiya uzun çəkir?
A) Halotan
B) Metoksifluran
C) İzofluran
D) Sevofluran
E) Halotan və sevofluran
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
104) Planlı əməliyyatdan neçə saat əvvəl qida qəbulu dayandırılmalıdır?
A) 1-2 saat
B) 6-8 saat
C) 12 saat
D) 4-6 saat
E) 10 saat
Ədəbiyyat: Руководство по анестезиологии, под ред. А.Р. Эйткенхеда, Г. Смита Москва, «Медицина», 1999, том 1-2.
Bölmə 3. Ümumi anesteziya, onun orqanizmə olan təsirləri
105) Anestezioloji letallığın ən geniş yayılmış həqiqi səbəbi aşağıdakıdır:
A) Tənəffüs yollarının obstruksiyası
B) Aspirasiya
C) Səhvən dərman preparatlarının yeridilməsi
D) Narkozdan sonraki dövrdə müşahidənin lazımi səviyyədə olmaması
E) Dərman maddələrin doza artıqlığı
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |