456) Epidural və spinal anesteziya zamanı müşahidə olunan mədə-bağırsaq traktının motorikasının və sekresiyasının güclənməsi nə ilə bağlıdır?
A) Hərəki sinirlərin blokadası
B) İntensiv şəklində infuziyaların aparılması
C) Ağrı innervasiyasının blokadası
D) Parasimpatik sinir sistemi aktivliyinin artması
E) Parasimpatik sinir sistemi tonusunun azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
457) Epidural və spinal anesteziyada baş verən hipotenziyanın müalicəsində hansı üsul etiopatogenetik baxımından daha çox əsaslandırılmışdır?
A) Dofaminin infuziyası
B) Fenilefrinin (mezatonun) yeridilməsi
C) Norepinefrinin (noradrenalinin) infuziyası
D) Atropinin yeridilməsi
E) Kolloid-kristalloid məhlulların infuziyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
458) Böyüklərdə sakral dəliki və beynin sərt qişası arasında olan məsafə bərabərdir?
A) 10 sm
B) 20 mm
C) 3 mm
D) 6 sm
E) 15 sm
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
459) Hipokoaqulyasiya olan xəstələrdə əks-göstəriş deyildir?
A) Kaudal epidural anesteziya
B) Torakal epidural anesteziya
C) Lyumbal epidural anesteziya
D) Spinal anesteziya
E) Spinal-epidural anesteziya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
460) EMLA kremin tərkibində olan anesteziyaedici maddələr aşağıdakılardır?
A) 2% lidokain , 0,5% prokain
B) 0,5% bupivakain, 2% lidokain
C) 0,5% bupivakain, 1% ropivakain
D) 10% lidokain
E) 5% lidokain, 5% prilokain
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |