519) Traxeya üzərində əməliyyatlar və ağ ciyər qanaxmaları olan xəstələrdə əməliyyatlar aparılanda anesteziya zamanı ilk növbədə nəyə fikir verilməlidir?
A) Ağ ciyərlərin süni ventilyasiyasından (ASV-dan) əvvəl plevral boşluğun drenajı yaradılır
B) Anesteziya inhalyasion anestetiklərlə aparılmalıdır
C) Nəfəsvermənin sonunda müsbət təzyiq (NSMT) rejimində ağ ciyərlərin süni ventilyasiyası (ASV) aparılmalıdır
D) Ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı 100% oksigenlə ventilyasiya aparılmalıdır
E) İkimənfəzli boru vasitəsilə sağ və sol ağ ciyələrin müstəqil ventilyasiyası təmin edilməlidir
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
520) Pulmonektomiya əməliyyatından sonra qanitirmənin korreksiyası zamanı məsləhət olunan mülayim həmodilyusiya rejimi hematokritin hansı səviyyəsini nəzərdə tutur?
A) 35-40%
B) 25-30%
C) 30-35%
D) 45-50%
E) 20-25%
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
521) Aortokoronar şuntlama (AKŞ) əməliyyatı zamanı anesteziyanın aparılması üçün daha uyğun olan inhalyasion anestetik hansıdır?
A) Halotan
B) Azot oksidi
C) İzofluran
D) Dietilefir
E) Enfluran
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
522) Aortokoronar şuntlama (AKŞ) əməliyyatı zamanı anesteziyaya induksiya “kardioinduksiya” sxemi üzrə aparılması nəyi nəzərdə tutur?
A) Depolyarizasiyaedici relaksantlardan istifadə etməklə tez bir zaman miorelaksasiyaya nail olmasını
B) Azot oksidinin yüksək konsentrasiyalarından istifadə etməklə anesteziyaya induksiyanın aparmasını
C) Anesteziyaya induksiyanın yalnız inhalyasion anestetiklər vasitəsilə aparmasını
D) Anesteziyaya induksiya yalnız ketamin vasitəsilə aparmasını
E) Mərkəzi analgetiklər, benzodiazepinlər yaxud digər preparatların böyük dozalarından istifadə etməklə simpatoadrenal sistemin aktivləşməsinin qarşısının almasını
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |