506) Okulo-kardial, okulo-qastral və okulo-respirator reflekslər nə vaxt yaranır?
A) Göz əzələlərinin traksiyası zamanı
B) Depolyarizasiyaedici miorelaksantlardan istifadə etdikdə
C) Gözdaxili mayenin filtrasiyası pozulduqda
D) Gözdaxili təzyiq yüksələndə
E) Hipoksiya zamanı
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
507) Ağ ciyərlərin süni ventilyasiyasını (ASV-nı) yüksək tezlikli inyeksion metodla aparanda insuffilyasiya üçün kateterin ucu harada yerləşdirilməlidir?
A) Qırtlaq qapağının yanında
B) Sağ bronxda
C) Səs bağlarından 2 sm distal
D) Səs bağlarından 2 sm proksimal
E) Traxeya bifurkasiyasına 5 sm məsafə qalanda yaxud ona daha yaxın
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
508) Tonzillektomiyaya hazırlanan kiçik yaş qrupuna aid uşaqlarda palatada anesteziyanın induksiyası üçün əzələdaxili atropin, droperidol yaxud diazepamla birlikdə yeridilən ketaminin dozası nə qədər olmalıdır?
A) 14,0-15,0 mq/kq
B) 9,0-10,0 mq/kq
C) 1-1,5 mq/kq
D) 2,5-3,0 mq/kq
E) 5,5-6,0 mq/kq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
509) Okulo-qastral refleks hansı klinik əlamətlərlə müşayiət olunur?
A) Taxikardiya
B) Epiqalstral nahiyədə ağrılar
C) Bradikardiya
D) Hipertenziya
E) Hicqırma, qusma
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
510) Okulo-respirator refleks hansı klinik əlamətlərlə müşayiət olunur:
A) Bronxospazm
B) Hipotoniya
C) Taxikardiya
D) Larinqospazm
E) Təngnəfəslik
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
Dostları ilə paylaş: |