765) Anafilaktik şokun müalicəsində istifadə edilmir?
A) Prednizolon
B) Atenolol
C) Eufillin
D) Suprastin
E) Adrenalin
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
766) Güclü vazokonstriktorlardan biri noradrenalindir. Vena daxili yeritmək üçün onun məhlulunu hansı konsentrasiyada istifadə etmək məsləhətdir?
A) 0,001- 0,002 %
B) 0,1- 0,2 %
C) 1- 2 %
D) 0,0001- 0,0002 %
E) 0,01- 0,02 %
Ədəbiyyat: М.Д.Машковский. Лекарственные средства. М., «Новая волна». 2006.
767) Anafilaktik şok zamanı ilkin istifadə üçün seçim preparatı nə olmalıdır?
A) Narkotik analgetiklər
B) Adrenalin
C) Prednizalon
D) Dimedrol
E) Kalsium-xlor
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
Bölmə 13. Homeostaz və onun əsas pozğunluqları
768) Narkoz zamanı tənəffüs asidozu inkişaf edərsə, anestezioloqun taktikası nədən ibarət olmalıdır?
A) Natrium hidrokarbonat məhlulu köçürməli
B) Narkotik qarışığın köçürülməsini azaltmalı
C) İnfuziyanın həcmini artırmalı
D) Tənəffüsü hiperventilyasiya rejimində aparmalı
E) Vena daxilinə tənəffüs analeptikləri vurmalı
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
769) Metabolik asidozu kompensasiya etmək uçun aşağıdakı hansı maddələr böyrəklərdən eksresiya olunmur?
A) Natrium ionları
B) Sidik turşusu
C) Amoniumla birləşmiş turşular
D) Sərbəst turşular
E) Bikorbanotlar
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
770) Metabolik asidoz zamanı qanda göstərilən hansı əlamətlər müşahidə edilir?
A) Aşağı pH və yüksək PaCo2
B) Aşağı pH və aşağı PaCo2
C) Yüksək pH və yüksək PaCo2
D) Yüksək pH və aşağı PaCo2
E) Yuxarıda göstərilənlərin heç biri
Ədəbiyyat: Л.В.Усенко. Анестезиология и реаниматология: практические занятия. 1983. Киев «Виша школа»
Dostları ilə paylaş: |