90) Aşağıda göstərilən dərman vasitələrindən hansının damargenişləndirici effekti onun a-adrenoblokadaedici təsiri ilə əlaqədardır?
A) Pentamin
B) Nitroprusid
C) Fentolamin
D) Benzoheksoniy
E) Arfonad
Ədəbiyyat: М.Д.Машковский. Лекарственные средства. М., «Новая волна». 2006.
91) Ürək-damar sisteminin hansı şöbəsindən koronar arteriyalar başlayır?
A) Sol - aortadan, sağ – ağ ciyər arteriyasından
B) Ağ ciyər arteriyadan
C) Qulaqcıqların boşluğundan
D) Aortadan
E) Mədəciklərin boşluğundan
Ədəbiyyat: Р.Д. Синельников. Атлас анатомии человека. Т.II. М., «Медицина». 1966.
92) Ürək yığılmasının hansı fazasında koronar qan dövranı baş verir?
A) Koronar qan ürək yığılmasının fazalarından asılı deyil
B) Aktiv diastola fazasında
C) İzotoniya fazasında
D) İzomeriya fazasında
E) Sistola fazasında
Ədəbiyyat: Физиология человека. Т.2 Под редакцией Р. Шмидта и Г. Тевса. М.: «Мир». 1996.
93) Damar sisteminin hansı hissəsi damar müqavimətinin formalaşmasında aparıcıdır?
A) Kapilyarlar
B) Arteriyalar
C) Arteriollar
D) Venalar
E) Aorta
Ədəbiyyat: А.П.Зильбер. Клиническая физиология в анестезиологии и реаниматологии. М., «Медицина». 1984.
94) Qan dövranının adekvat olduğunu hansı göstərici daha tam əks etdirir?
A) Həcmli qanaxımı
B) Mərkəzi venoz təzyiqi
C) Qanın arterial təzyiqi
D) Bu göstəricilərdən heç biri
E) Qan axımına müqavimət
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
95) Ürək-damar sisteminin hansı şöbəsində daha çox qan yerləşir?
A) Qaraciyərin damarlarında
B) Venalarda
C) Ağciyər və ürək damarlarında
D) Arteriyalarda
E) Kapilyarlarda
Ədəbiyyat: А.П.Зильбер. Клиническая физиология в анестезиологии и реаниматологии. М., «Медицина». 1984.
Dostları ilə paylaş: |