106) Ümumi anesteziyanın tərifi harada göstərilmişdir?
A) Dönmə qabiliyyətə malik olan huşun itirməsi, analgeziya, amneziya və müəyyən miorelaksasiya ilə xarakterizə olunan süni şəkildə törədilən fizioloji vəziyyət
B) Analgeziya, amneziya, miorelaksasiya ilə xarakterizə olunan ağciyərlərin süni ventilyasiyası tətbiq edilən xəstələrdə müşahidə olunan vəziyyət
C) İnhalyasion anestetiklərin istifadəsi nəticəsində əmələ gələn huşun itirməsi, analgeziya, amneziya və miorelaksasiya ilə xarakterizə olunan fizioloji vəziyyət
D) Narkoz, əzələ relaksasiyası, oksigenasiya və ağciyərlərin süni ventilyasiyası aparılan xəstələrdə müşahidə olunan vəziyyət
E) Qeyri-inhalyasion anestetiklərin istifadəsi nəticəsində əmələ gələn huşun itirməsi, analgeziya, amneziya və miorelaksasiya ilə xarakterizə olunan fizioloji vəziyyət
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
107) Hansı ümumi anestetikin istifadəsi zamanı ümumi anesteziyanın mərhələləri daha aydın şəklində təzahür olunur?
A) İzofluranın
B) Ketaminin
C) Natrium tiopentalın
D) Dietilefirin
E) Halotanın
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
108) Qvedelin təsnifatına uyğun olaraq ümumi anesteziyanın neçə mərhələsi mövcuddur?
A) 5
B) 4
C) 7
D) 6
E) 3
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
109) Qvedelin təsnifatına uyğun olaraq ümumi anesteziyanın mərhələləri və onların inkişafının ardıcıllığı harada düzgün göstərilmişdir?
A) Husun karlaşması, analgeziya, anesteziya, ayılma
B) Oyanma, analgeziya, anesteziya, depressiya, ayılma
C) Analgeziya, oyanma, anesteziya, ayılma
D) Oyanma, analgeziya, anesteziya, ayılma
E) Oyanma, analgeziya, anesteziya, depressiya
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
Dostları ilə paylaş: |