1132) Disseminə olunmuş damardaxili laxtalanma sindromunun müalicəsində təzə dondurulmuş plazmanın tətbiqi əsasən bu məqsəd daşıyır?
A) Qan təzyiqini tənzimləmək
B) Su –duz mübadiləsi pozğunluqlarının korreksiyası
C) Anemiyanın qarşısını almaq
D) Antitrombin 111 defisitinin tənzimlənməsi
E) İnfeksiyanın inkışaf etməsinin qarşısını almaq
Ədəbiyyat: В.Г. Лычев ; Диагностика и лечение диссеминированного внутрисосудистого свертывания крови, изд. НГМА, 1998.
1133) Disseminəolunmuş damardaxili laxtalanma sindromu ilə sinonim deyil?
A) Reinfuziya sindromu
B) Kəskin defibrinasiya sindromu
C) Sərfolunma koaqulyapatiyası
D) Yayılmış damardaxili laxtalanma
E) Trombohemorragik sindrom
Ədəbiyyat: А.П. Зильбер; Клиническая физиология в анестезиологии и реаниматологии, Москва, «Медицина», 1984.
1134) Ağciyər arteriyasında normada təzyiq belədir?
A) -2 + 3 mm c.st.
B) 60 – 120 mm su st.
C) 25 / 8 mm c.st.
D) 50 / 20 mm c. st.
E) 80 -120 mm c.st.
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
1135) Trombosilərin adheziyası nədir ?
A) Trombositlərin büzüşməsidir
B) Trombositlərin parçalanması
C) Trombositlərin bir-birinə bitişməsi
D) Trombositlərin damar divarına yapışması
E) Trombositlərin damar daxilindən kənara çıxması
Ədəbiyyat: З.С. Баркаган, А.П.Момот; Диагностика и контролируемая терапия нарушений гемостаза, Москва, изд. «Ньюдиамед», 2001.
1136) Disseminə olunmuş damardaxili laxtalanmanın patogenezində əsas mexanizm aşağıdakından ibarətdir?
A) 4-cü və 2-ci faktorlar birlikdə olarsa
B) Ürəyin xronik işemik xəstəliyi və onun nəticəsində qan dövranında olan durğunluq.
C) Qanın laxtalanma potensialının intensiv və ya uzunmüddətli aktivləşməsi nəticəsində antitrombin 111-ün defisiti
D) Protrombin indeksinin 90 % -dən yuxarı olması
E) Su –duz mübadiləsinin hər hansı bir səbəbdən baş vermiş pozğunluqları
Ədəbiyyat: З.С. Баркаган; Геморрагические заболевания и синдромы, Москва, «Медицина», 1988.
Dostları ilə paylaş: |