1150) Ağ ciyər arteriyasının trombemboliyası diaqnozunun qoyulmasında daha dəqiq metod hansıdır?
A) EKQ müayinəsi
B) Ağ ciyərlərin kompyuter tomoqrafik müayinəsi
C) Angiopulmonoqrafiya və ağ ciyərlərin perfuzion skanirə (stsintiqrafiya) olunması
D) Ağ ciyərlərin maqnit rezonans müayinəsi
E) Ağ ciyərlərin icmal rentgen müayinəsi
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
1151) Trombohemorragik sindrom termini ilə sinonimdir?
A) Hiperkoaqulyasiya
B) Fibrinoliz
C) Hiperfibrinemiya
D) Hipokoaqulyasiya
E) Disseminə olunmuş damardaxili laxtalanma
Ədəbiyyat: А.П. Зильбер; Клиническая физиология в анестезиологии и реаниматологии, Москва, «Медицина», 1984.
1152) Reanimasiya şöbəsinə 39 yaşlı pasient daxil olub. Vəziyyəti çox ağırdır. Sopor. Dərisi boz rəngdə, nəmdir. Turqoru azalıb. Nəbzi tezləşmiş, gərgindir. A/T=160/110 mm.cv.st. əzələ tonusu artıb. Hiperrefleksiya. Nəfəsindən ammonyak iyi gəlir. Diaqnoz nədir?
A) Alkoqol koma
B) Hipoqlikemik koma
C) Hiperqlikemik koma
D) Uremik koma
E) Beyin koması
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002. Bölmə 16. Anesteziologiyada və reanimatologiyada monitorinq 1153) Anesteziya zamanı monitorinqin standartına nə daxildir?
A) Pulsoksimetriya
B) Exokardioqrafiya
C) Spiroqrafiya
D) Göz reflekslərinin izlənməsi
E) Pnevmotaxoqrafiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
1154) Anesteziya zamanı monitorinqin standartına nə daxildir?
A) Kapnoqrafiya
B) Göz reflekslərinin izlənməsi
C) Exoensefaloqrafiya
D) Baş beynin kompyuter tomoqrafiyası
E) Pnevmotaxoqrafiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.