S = (ayaqların uzunluğu • 100 ) : gövdənin uzunluğu
Əgər alınan rəqəm 84,9 – a qədər olarsa bu braxiskeliya, 85 – 89,9 – a çatırsa mezoskeliya, 90 – dan yuxarıdırsa makroskeliya halı sayılır.
Bədənin mütənasibliyinin müəyyənləşdirilməsində əl və ayaqların uzunluğunun, habelə кürəyin enliliyinin bədənin uzunluğuna tənasübü mühüm yer tutur. Bu ölçülər əsasında bədən mütənasibliyinin üç tipi müəyyənləşdirilmişdir:
1. braximorf (enli gövdə, qısa əl - ayaq)
2. dolixomorf (nazik, uzun gövdə, uzun əl - ayaq)
3. mezomorf ( bu iki tip arasında orta göstərici)
Bədən mütənasibliyi yaşa, cinsə, coğrafi bölgəyə və məşğuliyyətə görə dəyişə bilər. Məsələn, kişilərdə kürək, qadınlarda isə çanaq hissə daha enli olur. Belə ki, antromorf göstərici, yəni kürəyin enliliyinin üç mislinin çanağın enliliyinə nisbəti, qadınlarlа müqаyisədə kişilərdə daha böyükdür. Ekvator boyunca yaşayan əhalinin əksəriyyəti nazik, uzun bədən quruluşuna malikdirlər. Kənd əhalisi ümumilikdə şəhərlilərdən öz bədənlərinin braximorfluluğu ilə seçilirlər.
BAŞ VƏ BƏDƏNIN DIGƏR NISBI GÖSTƏRICILƏRI
Gövdə göstəricisi = ( Gövdənin uzunluğu • 100 ) : Boyun uzunluğu
Əgər alınan rəqəm 50,9 – a qədərdirsə braximorfiya (qısa gövdə) , 51 – 52,9 arasındadırsa metrikormiya (orta gövdə), 53 – dən yuxarıdırsa makrokormiya (uzun gövdə)
Çanaq göstəricisi = (Çanağın enliliyi • 100) : Boyun uzunluğu
Əgər alınan rəqəm 15,9 – a qədərdirsə stenopieliya (dar çanaq), 16,0 – 17,9 arasındadırsa metriopeliya (orta ölçülü çanaq), 18 – dən yuxarıdırsa еuripeliya (enli çanaq)
Çanaq formasını müəyyənlişdirmək üçün aşağıdakı düsturdan istifadə olunur: (Çanağın enliliyi • 100): Kürəyin enliliyi
Əgər alınan rəqəm 69,9 – a qədərdirsə trapesşəkilli çanaq, 70,0 – 74,9 arasındadırsa оrta ölçülü çanaq, 75 – dən yuxarıdırsa düzbucaqlı çanaq
Dostları ilə paylaş: |