§3. Bazar və dövlət mexanizmlərinin uyğunlaşdırılması
İnsan resurslarından səmərəli istifadə edilməsi problemi çoxşaxəli
və mürəkkəbdir. Məsələ burasındadır ki, problem təkcə insan
resurslarından yaxşı istifadəni özündə cəmləşdirmir. Bura eyni zamanda
bir-
biri ilə sıx əlaqədə olan digər kompleks məsələlərin həlli də daxildir.
Daha doğrusu, bunun üçün digər məsələlərin də həlli tələb olunur.
Bunlardan ən önəmlisi bazar və dövlət mexanizmlərinin
uyğunlaşdırılması və qarşılıqlı əlaqələndirilməsi məsələsidir.
Hətta inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar
mexanizmi heç də həmişə və hər yerdə optimal nəticələr əldə etməyə
şərait yarada bilmir. Elə dünya miqyasında baş verən müxtəlif
böhranlar, planetə öldürücü zərbələr vura bilən qlobal problemlərin
tüğyan etməsi buna əyani sübutdur. ABŞ, Yaponiya, Kanada, Almaniya
və s. bu kimi dövlətlər çoxdan başa düşüblər ki, bir çox həyati
problemlərin həllini ancaq bazara “tapşırmaq” olmaz, dövlətin bu
məsələlərə ciddi şəkildə qarışması tələb olunur. Bu cür problemlər
çoxdur. İriləşdirilmiş şəkildə onlardan bir neçəsinin üzərində dayanaq.
Birincisi.
Müasir istehsalın inkişafı və optimal fəaliyyət
göstərməsi rəqabəti gücləndirir. Bununla yanaşı istehsalçılar və
istehlakçılar arasında sahibkarlarla fəhlələr arasında kooperasiya və
333
əməkdaşlıq əlaqələri yaranır. Dövlət mexanizmində bu əlaqələr zamanı
ortaya çıxan və yaxud da prosesin başlanması və etibarlı baş verməsi
üçün tələb olunan prisipial məsələlərin həll edilməsinə təsir göstərə
bilən rıçaqlar nəzərdə tutulmalıdır. Ən sadə halda hökumət bu
əlaqələrdə vasitəçi rolunda çıxış etməli olur.
İkincisi. Azad bazar iqtisadiyyatı ETT üçün münasib şərait
yaradır. Lakin ETT sosiali-iqtisadi səmərə verməklə yanaşı bir sıra
neqativ hallar da baş verir. Sosial bərabərsizliyin artması, işsizlik
normasının yüksəlməsi, əməyin gərginliyinin artması və s. belə
hallardandır. Bu vəziyyətdə dövlət məsələyə müdaxilə etməli olur.
İqtisadi səmərə ilə sosial ədalətsizliyi tarazlaşdırmaq da dövlətin üzərinə
düşür. Bundan başqa, gəlirlərin yenidən bölüşdürülməsi də dövlətin
funksi
yasıdır.
Üçüncüsü
. Elm, təhsil, sağlamlıq, ətraf mühitin qorunması kimi
ümumbəşəri dəyərlərin əhəmiyyəti son illərdə daha da artmışdır. Bu
dəyərlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlətin
proseslərə qarışması zərurətini ortaya çıxarır.
Dördüncüsü.
ETT hərtərəfli və həcmli şəkildə sürətlənir. Misli
görünməmiş miqyasda məhsuldar qüvvələrin mənimsənilməsi və
sonradan onlardan sosial iqtisadi inkişaf naminə səmərəli istifadə
edilməsi, qısamüddətli məqsədlərin uzun- müddətli məqsədlərlə
uyğunlaşdırılması kimi məsələləri azad bazar həll edə bilmir, dövlətin
bu məsələlərə müdaxiləsi labud lazım olur və bu cür müdaxilənin
obyektiv əsası vardır. Bu deyilənlər bir daha sübut edir ki, müasir sivil
dövlət bazar iqtisadiyyatının həll edə bilmədiyi problemləri həll
etməlidir. Əsas məsələ təsiretmə üsullarının seçilməsidir. Burada inkişaf
etmiş ölkələrin böyük təcrübəsi vardır. Keçən əsrin 60-cı illərində və
70-
ci ilin əvvəllərində dövlət mexanizmi əsasən sosial məsələlərin
həllinə yönəldilirdi və keçən illərə nisbətən inkişaf edən dövlətlərin
sosial sferaya yönəltdikləri vəsait rekord səviyyədə çoxaldı. İnsan
resursunun saxlanılmasına, inkişafına və səmərəli istifadə edilməsinə
yönələn güclü xidmət bloku dövlət təsərrüfat mexanizmində fəaliyyətə
334
başladı. Bu mexanizmin təsir etdiyi obyektlərin sırası belə idi:
pensiyalar, təhsil, səhiyyə, işsizliyə görə müavinət. Nəticədə inkişaf
etmiş ölkələrdə dövlətin sosial sferaya yönəltdiyi vəsaitin dəyəri ÜDM-
un 20%-
dən də çoxunu təşkil edir və gələcəkdə də təxminən bu
səviyyədə qalması gözlənilir. Beləliklə, Qərb ölkələri sahibkarlara
azadlıq, rəqabətə yaşıl yol verən sahibkarların orta təbəqəsini yarada
bilən bazar mexanizmi ilə müvəffəqiyyətlə uyğunlaşan və sosial
tələbatları ödəyə bilən dövlət mexanizmi yarada bilmişlər.
Lakin bu uyğunlaşma heç də düz və hamar yolla baş vermir.
Məsələn, 1980-cı ilin əvvəllərində bir neçə inkişaf etmiş ölkələrdə
konservatorların hakimiyyətə gəlməsi dövlət mexanizmini nisbətən
dəyişə bildi. Dəyişikliklərin əsas səbəbi kimi onlar keçən əsrin 70-ci
illərinin ortalarında iqtisadi böhranları və iqtisadi inkişafın qeyri-
dayanıqlı olmasını göstərirdilər. Konservativ hökumətlərin fikrincə
özlərindən əvvəl formalaşmış dövlət mexanizmi sosial orientiri əsas
götürərək nəticədə insan resurslarına hörmət edilməsinə nail olsa da,
sonda bürokratik dövlət institutlarının çoxaldılmasına, ölkədə
bürokratiyanın kök salmasına, bazarın rəqabət qabiliyyətliliyinin
zəifləməsinə, dövlətin iqtisadiyyata müdaxiləsinin güclənməsinə gətirib
çıxarmışdır. Buna görə də konservativ hökumətlər dövlət mexanizmi ilə
bazar iqtisadiyyatı mexanizminin uyğunlaşmasında bazar mexanizminin
güclənməsi tərəfə müəyyən dəyişikliklər etməli oldular. Nəticədə bir
neçə sosial proqramların həyata keçirilməsi dayandırıldı. Bütövlükdə bu
tədbirlər sosial xərclərin artım sürətini zəiflədə bilsələr də sosial
xərclərin azalmasına səbəb olmadı. Buna görə inkişaf etmiş ölkələrdə bu
gün də dövlət mexanizmi güclü sosial meylli olaraq qalır.
İnsan resurslarından istifadəni yaxşılaşdırmaq sahəsində
məşğulluq və işsizlik və onların səviyyələri mühüm rol oynayır. İnsan
resurslarına hörmətlə yanaşan, onların istifadəsindən əldə edilən
səmərənin səviyyəsini başa düşən dövlətlər məşğulluq səviyyəsini
yüksəltmək və buna müvafiq olaraq işsizliyi azaltmaq istiqamətində
idarəetmənin bütün pillələrində və müxtəlif dövrlər üçün tədbirlər
335
işləyib həyata keçirirlər. Problemin həllinə müsbət və mənfi təsir
göstərən amillərə xüsusi fikir verilir. İşsizlik və məşğulluğa mənfi təsir
göstərən əsas amillərə 2000-ci illərin birinci yarısında ÜDM sürətinin
nisbətən aşağı olması, Şərqi Avropa və inkişafda olan ölkələrdən
miqrasiya
proseslərinin
güclənməsi,
qadınların
aktivliyinin
yüksəldilməsi, ekoloji xərclərin çoxalması kimi amillər daxildir. Bu
prosesə əsasən müsbət təsir göstərən amillər isə demoqrafik vəziyyətin
dəyişməsi, iş vaxtının getdikcə qısalması meyli kimi amillər ola bilər.
Bütün bunları qeyd etməklə yanaşı onu da göstərmək lazımdır ki,
son nəticədə insan resurslarından istifadənin yaxşılaşması yenə də
dövlət mexanizmi modelinin seçilməsindən asılı olacaq. Dəyişilən
mühitə uyğun dövlət mexanizmi seçilməlidir. Məsələn elə götürək çox
sürətlə baş verən kompüterləşməni və geniş yayılan informasiya
texnologiyasını. Bu gün dövlət mexanizmi bu prosesi nəzərə alan
qollara malik olmalıdır. Ona görə ki, sənaye cəhətdən inkişaf etmiş
ölkələrin hamısında yeni yaradılan iş yerlərinin xarakteri ilə işçilərin
çox hissəsinin real ixtisas səviyyəsi arasında uyğunsuzluqlar meydana
gəlmişdir. Bu uyğunsuzluğun nisbətən qısa müddətdə aradan
qaldırılması isə dövlətin həyata keçirəcəyi təhsil, kadr hazırlanması və
yenidən hazırlanması və məşğulluq siyasətindən bilavasitə asılı olacaq.
Ümumiyyətlə götürdükdə insan resurslarından istifadə edilməsinə və
xüsusən də məşğulluq və işsizlik problemlərinin həllinə ETT-in mənfi
təsiri 2000-ci illərin birinci 5-7 ilində güclənə bilər. Məsələn,
robototexnikanın kütləvi şəkildə istehsala tətbiqi daha mükəmməl
kompüter ekspert sistemlərindən istifadə etməklə informatika
texnolog
iyasından hərtərəfli istifadə edilməsi bu gün ən yeni və
perspektivli sayılan istehsal sahələrində işləyənləri sıxışdırıb çıxara
bilər. Bundan başqa, dövlət mexanizmi iki cəhəti də həmişə nəzərə
almalı və bu istiqamətdə təkmilləşdirilməlidir. Birincisi nəzərə
alınmalıdır ki, qarşıdakı 5-6 ildə elmi-texniki və sosial-iqtisadi inkişaf
bir sıra resursların qıtlığı ilə qarşılaşmalı olacaq və deməli, dövlət
mexanizmində qıtlığı yarada biləcək məhdudiyyətləri aradan qaldırmağa
336
qadir təsərrüfat lingləri olmasa, inkişaf öz sürətini azalda bilər. Bundan
başqa, dövlət mexanizmi yaxın 10 ildə əmək bazarında baş verə biləcək
peşə və sahə struktur dəyişmələrini, maddi istehsalda işçilərə olan
tələbatın azalacağını, informatika sferasında isə əksinə çoxalacağını
nəzərə almalıdır.
İkincisi xidmət sahəsinə işçilər cəlb edilməsi öz intensivliyini
yavaş-yavaş zəiflədir. Keçən əsrin ortalarından bu günə qədər İnkişaf
etmiş ölkələrin ÜDM-da “xidmət”in xüsusi çəkisi 50%-i ötmüşdür.
Xidmət sahəsi məhdudiyyətsiz inkişaf edə bilməz. Buna görə də
gələcəkdə ETT və digər amillərin təsiri altında maddi istehsalda ixtisara
düşən işçiləri xidmət sahələrinə cəlb etmək prosesinin zəifləyəcəyi
gözlənilir. Dövlət mexanizmi bunu nəzərə almalıdır.
Son 10-
15 ildə bir çox ölkələr elmi-texniki və sosial-iqtisadi
inkişafın yeni strategiyasını hazırlamışlar və bunun vasitəsilə insan
resurslarından istifadə edilməsinə mane ola biləcək amillərin aktivliyini
zəiflətməyə çalışırlar. Bu sahədə dünya miqyasında əldə edilmiş müsbət
nəticə var. Yeni strategiyada insan və onun inkişafı haqqında qırmızı
xətlə keçən ideya, əsas məqsəd həyatın keyfiyyəti və onun
yüksəldilməsidir. Yaşamaq şəraitinin sağlamlaşdırılması, insanın inkişaf
və iş şəraitinin yaxşılaşdırılması, ətraf mühitin təkmilləşdirilməsi,
ekoloji c
əhətdən təmiz məhsulların sayının və həcminin çoxaldılması,
şəxsiyyətin özünün inkişafı və s. bu kimi digər məsələr, yeni
strategiyada ön planda durur. Bütün ölkələr bu və ya digər səviyyədə,
bu və ya digər yollarla iqtisadi inkişafa nail olmaq istəyirlər. İqtisadi
inkişaf isə öz növbəsində çoxlu vəsait tələb edir. Digər tərəfdən ölkələr
sosial məsələləri də yüksək səviyyədə həll etmək istəyirlər və bu yolla
insan resurslarından səmərəli istifadə etməyə çalışırlar. Bu da çoxlu
vəsait tələb edir. Deməli, ölkədə fəaliyyət göstərən dövlət mexanizmi
bazar qanunlarına maksimum əməl etmək şərtilə vəsaitləri iqtisadi və
sosial sferalar arasında optimal bölüşdürməyə qadir olmalıdır.
ETT və sosial-iqtisadi inkişafın yeni modellərində problemləri
həll etmək üçün dövlətlər (xüsusən də inkişaf etmiş sənaye nəhəngləri)
337
aşağıdakı mühüm istiqamətlər üzrə əməli tədbirləri həyata keçirməyi
qarşılarına məqsəd qoymuşlar. İlk növbədə texnologiyaların təkmilləş-
dirilməsi nəzərdə tutulur ki, bu da tullantısız istehsalların miqyasını
artırmağa, enerjiyə, materiala, yanacağa qənaət edən emal proseslərinin
meydana gəlməsinə, tullantıların utilizasiyasına praktikada imkan verən
yeni texnologiyaların yaradılmasına, alternativ enerji mənbələrinin
yaradılması və istifadə edilməsinə səbəb olmalıdır.
Yeni ETT və inkişaf strategiyasında sosial-iqtisadi tədbirlərin
məqsədi keyfiyyətli iqtisadi yüksəliş üçün, insan resurslarından
məhsuldar və tam istifadəsi üçün əməyin humanistləşdirilməsi, əmək
həyatı keyfiyyətinin yaxşılaşdırılması və iş vaxtının qısaldılması üçün
münasib şəraitin yaradılmasını nəzərdə tutur. ETT sürətləndikcə,
istehsalın texniki səviyyəsi yüksəldikcə səmərəli mühüt, səmərəli
istehsal-
təsərrüfat fəaliyyəti daha çox üzvi şəkildə sosial-psixoloji amil
və şərtlərdən asılı olur. Bunu nəzərə alaraq yeni strategiyada, bu vaxta
qədər əksər dövlətlərdə lazımi səviyyədə nəzərə alınmayan, şəxsi və
ictimai tələbatların quruluşunun dəyişdirilməsi, həddindən çox
istehsaldan imtina edilməsi və əhalinin mədəni və intellektual
t
ələbatlarının isə daha dərin ödənilməsi kimi çox mühüm aspektlər geniş
yer tutur. ETT və sosial-iqtisadi inkişafın yeni strategiyası ictimai-siyasi
tədbirlərin də həyata keçirilməsini nəzərdə tutur. Burada əsas məsələ
kimi iqtisadi və ETT siyasətində prioritetləri (üstün tutulan məqsədləri)
həyat keyfiyyətinin yaxşılaşdırılması tərəfinə (xeyrinə) dəyişdirmək
əsas götürülür. İnsan resurslarından istifadənin yeni modelləri əməyin
motivləşdirilməsinin yeni mexanizmlərinin meydana gəlməsini tələb
edir.
XII
FƏSİL. AZƏRBAYCAN DÜNYA TƏSƏRRÜFAT
SİSTEMİNDƏ
338
§1. İqtisadi inkişafın ümumi mənzərəsi
«Hər bir ölkənin, xalqın həm
yaşaması, həm də dövlətinin
mövcud olması üçün əsas şərt onun
iqtisadiyyatıdır.
Heç bir ölkə, ən böyük bir ölkə də
yalnız öz çərçivəsində iqtisadiyyatını
lazımi səviyyədə inkişaf etdirə bilməz».
H.Ə.ƏLİYEV
Keçmiş SSRİ dağıldıqdan sonra özünün dövlət müstəqilliyini
bərpa edən Azərbaycan Respublikası bazar iqtisadiyyatı yolu ilə getmək
və özünün milli iqtisadiyyatını formalaşdırmaq məsələsini qarşısına
qoymuşdur. Bunun üçün optimal xarici iqtisadi əlaqələr yaratmaq
və praktikada onlardan səmərəli istifadə etmək, respublika
iqtisadiyyatının dünya təsərrüfat sisteminə optimal şəkildə inteqrasi-
yasını təmin etmək tələb olunur. Müasir dövrdə ölkənin xarici ticarət
əlaqələrini təyin edərkən baş verən iqtisadi, sosial və siyasi proseslər
və eyni zamanda beynəlxalq əmək bölgüsünün yeni əsaslar üzərində
dərinləşməsi, qloballaşma prosesinin güclənməsi, elmi-texniki
tərəqqinin sürətlənməsi və s. bu kimi köklü keyfiyyət
dəyişikliklərinin nəzərə alınması olduqca vacibdir. Bundan başqa, bu
gün dünyada baş verən proseslər beynəlxalq iqtisadi inteqrasiyanı
ölkələrin iqtisadi inkişafının zəruri şərtinə çevirmişdir. Bu
inteqrasiyanın bir mühüm cəhəti də ondadır ki, dünyada iqtisadi
sərhədlər öz əhəmiyyətini itirməkdədir və bütün ölkələr üçün həm
məcburi həm də eyni olan və əməl olunanda hamısı üçün faydalı
olan standart qanunla
r fəaliyyət göstərməkdədir. Deməli, ölkə
iqtisadiyyatını optimal inkişaf etdirmək üçün hökmən tələb olunan şərt
339
-
xarici və daxili amillərin dialektik vəhdətliyinin təmin edilməsi
şərtidir.
Azərbaycan Respublikasının dünya iqtisadiyyatındakı müasir
y
erinə birmənalı qiymət vermək çətindir. Bir tərəfdən o zəngin təbii
sərvətlərə (xüsusən neft ), əmək resurslarına, münasib gücə malik
istehsal potensialına malikdir, əlverişli coğrafi mövqedə yerləşir, digər
tərəfdən 1990-cı illərin əvvəlində keçmiş SSRİ adlanan dövlətdə və
Azərbaycanın özündə baş verən sosial, iqtisadi və siyasi proseslər
təzəcə müstəqilliyini bərpa etmiş respublikamız üçün bir sıra obyektiv
və subyektiv əngəllər yaratmış və nəticədə onun dünya
iqtisadiyyatında tutduğu mövqe əvvəlkilərə nisbətən zəifləmişdi.
Lakin görülən tədbirlər nəticəsində vəziyyət nisbətən düzəlmiş və
inkişaf başlamışdır.
Azərbaycanda möhtərəm prezidentimiz Heydər Əliyev
cənablarının rəhbərliyi ilə uğurla aparılan iqtisadi islahatlar artıq öz
müsbət nəticəsini göstərir. Bu isə ilk növbədə ÜDM-un artması və
xalqın maddi rifahının yaxşılaşmasına səbəb olmuşdur.
1995-
ci ildən sonra iqtisadiyyatdakı geriliyin dayandırılması
Ümumi Daxili Məhsul haqqında (ÜDM) Azərbaycan Dövlət Statistika
komi
təsinin məlumatlarından da aydın görünür. (bax cədvəl 22).
Cədvəl 22
1990-2000-
ci illərdə Azərbaycan Respublikasının ÜDM-i və
onun dəyişməsi
340
İllər
Cəmi
Bir nəfərə düşən
ÜDM-un
ke
çən ilə
nis
bəti -%-
lə
(müqayisəli
qiy
mətlər-
lə)
milyard
manat
mln
ABŞ
dollar
manatla
ABŞ
dolları
ilə
1990
1,5
2443,2
207,6
346,3
88,3
1991
2,7
703,1
373,6
98,3
…
1992
24,1
1309
3318,6
180,4
…
1993
157,1
1326,9
21302,0
179,9
76,9
1994
1873
1629,3
250568,
4
217,9
80,3
1995
10669,0
2415,2
1410329
,3
319,3
88,2
1996
13663,2
3180,8
1787651
,6
416,2
101,3
1997
15741,4
3960,9
2045968
,1
513,2
105,8
1998
17203
4446,6
2207506
,7
570
110,0
1999
18875,4
4583,6
2400595
,2
583
107,4
2000
21939,2
5267,8
2972940
,2
664
109,5
Müqayisəli qiymətlərlə hesablandıqda da iqtisadiyyatdakı
geriliyin 1995-
ci ildə başa çatdığı təsdiq edilir (bax cədvəl 23). Lakin
göründüyü kimi, xalq təsərrüfatının bütün sahələrində istehsal ritmi
341
bərpa olunmamışdır. 2000-ci ildə əldə edilən Ümumi Daxili Məhsulun
(ÜDM) həcmi 1989-cu ildəki ÜDM-nun 56,5%-nı təşkil etmişdir. Emal
sənayesinin inkişafı da qənaətbəxş hesab edilə bilməz. Bir sıra
inkişaf parametrlərinə görə Azərbaycan Respublikası inkişaf
etməkdə olan ölkələr qrupuna daxil edilə bilər.
Cədvəl 23
Azərbaycan Respublikasında ÜDM-in müqayisəli
qiymətlərlə dinamikası (1990-2000-ci illər. 1989=100%)
ÜDM-
in real səviyyəsi
1990
88,3
1991
87,7
1992
67,9
1993
52,2
1994
40,8
1995
33,7
1996
34,1
1997
41,4
1998
47,8
1999
49,1
2000
56,5
Azərbaycan Respublikasının özünəməxsus sosial-iqtisa-di inkişaf
modeli vardır. Bunun başlıca səbəbi də odur ki, respublikamız uzun
illər boyu keçmiş SSRİ adlanan imperi-yanın tərkibində olub və
342
burada baş verən proseslərin təsiri altında fəaliyyət göstərib. Məlum
olduğu kimi keçən əsrin 30-cu illərinin başlanğıcından 80-ci ilin lap
axırlarına qədər SSRİ-də bürokratik idarəetmə sistemi hökm sürürdü və
sosial-
inkişaf modelinin əsasını təsərüffat fəaliyyətinin direktiv
planlaşdırılması təşkil edirdi. Bu cür sistemin neqativ cizgiləri və cə-
hətləri 1960-1980-cı illərdə nisbətən zəifləsə də dövlət iqtisadiyyatının
böhran vəziyyətini düzəldə bilmədi. Ona görə ki, respublikamızın da
daxil olduğu SSRİ iqtisadiyyatında böhran sistem şəkli almışdı. 1980-
ci illlərin axırında vəziyyəti xilas etmək üçün bazar sisteminə keçid
başlandı və SSRİ-nin dağılmasından sonra bu keçid Azərbaycan
Respublikası iqti-sadiyyatının tranformasiya etməsində həlledici amil
rolunu oynadı. Azərbaycanda bazar iqtisadiyyatına keçid də SSRİ
dağıldıqdan və müstəqilliyimiz bərpa edildikdən sonra –1992-ci ildən
başladı. 1992-1995-ci illərin əsasən radikal xarakter daşıyan islahatları
getdikcə bazar strukturlarının intensiv meydana gəlməsi ilə əvəz
olunmağa başlandı. Dəyişikliklər birinci növbədə dövlətin
iqtisadiyyatdakı rolunda baş verdi. Bu dəyişiklikləri dövlətin rolunun
azaldılması kimi səciyyələndirmək olmaz. Bazar iqtisadiyyatı modeli
ilə əsrlərlə fəaliyyət göstərən ölkələrdə də dövlətin rolu həmişə güclü
olub. Lakin bu gücün həyata keçirilməsi üsulları başqadır. Bazar
iqtisadiyyatı şəraitində dövlət öz gücünü əsasən iqtisadi və
tərbiyəedici üsullarla həyata keçirir. 1992-ci ildən başlayaraq keçid
döv
rü adlanan dövrdə də Azərbaycan bu yolla getməyə çalışmış və
müəyyən mənada ləngimələr baş versə də maliyyə sferasında
sabitləşmə əldə edilmiş, özəlləşdirmənin birinci mərhələsi başa
çatmış, ikinci pillə isə davam etdirilir, bazar strukturları yaradılıb,
dünya təsərrüfat sisteminə inteqrasiya prosesi normal gedir.
Tədqiqat göstərdi ki, bu dövrdə makroiqtisadi göstəricilər MDB
ölkələrinin hamısında aşağı düşmüşdür (əyanilik üçün 24 saylı
cədvəldə 1990-2000-ci illərdə ÜDM-nun indeksi yaxın (MDB) və bir
neçə uzaq xarici ölkər üzrə göstərilmişdir).
343
Cədvəl 24
Azərbaycanda və bir neçə xarici ölkələrdə Ümumi Daxili
Məhsulun indeksi (1990=100)
Ölkələr
Cəmi
----------------------------
------
İLLƏR
Adam başına
---------------------------------
-
İLLƏR
199
5
199
8
199
9
200
0
199
5
199
8
199
9
2000
Azərbayca
n
42
49,
2
52,8 58,
7
39
45
51,9 57,2
Rusiya
62
58
59
….
62
58
60,0 …
Ermənista
n
53
62
64
…
50
58
60,0 …
Belorusiya 65
80
83
…
64
80
85,0 …
Qazaxısta
n
61
62
63
…
52
66
70,0 …
Qırğızısta
n
61
61
63
…
49
57
57,0 …
Moldova
68
61
58
…
58
60
57,0
Tacikistan 58
52
53
…
55
47
49,0 …
344
Özbəkista
n
81
91
95
…
73
77
80,0 …
Ukrayna
48
41
45
….
48
42
42,0 …
Türkiyə
117
138 …
….
107
122 …
…
ABŞ
111
127 …
…
105
114
Fransa
105
113
103
109
Almaniya
108
115 …
….
105
111 …
…
Yaponiya
107
109 …
….
106
107 …
…
Hindistan
129
154
….
117
135
Çin
176
227 230
166
207 220
İtaliya
106
110 …..
105
110 …
Keçid dövründə sanballı əhəmiyyətə malik olan nəticələr əldə
edilmişdir. Bunlardan idarəetmənin planlı sistemindən imtina
edilməsini, müəssisələrin dövlət tərəfindən sərt şaquli struktur üzrə
idarə olunması sisteminin dağılmasını göstərmək olar. Bunun
əvəzində hazırda müəssisələr arasında üfiqi istehsal əlaqələri
meydana gəlmiş və onların dövlətlə münasibətləri əsasən iqtisadi
üsullarla tənzimlənir. Qiymətlərin liberallaşdırılması münasib bazar
şəraiti yaradıb. Xarici iqtisadi fəaliyyətin liberallaşdırılması sahəsin-
də də müəyyən iş həyata keçirilib. Bunun nəticəsində daxili və xarici
tica
rət qiymətləri arasındakı fərq tənzimləndirilmiş və daxili bazarda
mal qıtlığı aradan götürülmüşdür. İnformasiya sahəsində yaxşı nəticə-
lər əldə edilmişdir, maliyyə sabitliyi bərqərar olmuşdur.
Özəlləşdirmə həyata keçirilir. Lakin proses başa çatmasa da
ÜDM-da qeyri –
dövlət strukturunun payı artır (2000 ildə –64%).
Azərbaycan Respublikasında bazarların demək olar ki, bütün
növləri yaranmışdır. İndi respublikada əmtəə, xidmət, əmək, kapital,
kredit, hərəkət etməyən (daşınmaz) əmlak bazarları formalaşmış və
müəyyən səviyyədə fəaliyyət göstərirlər. Bank üzəridə dövlətin
monopoliyası zəifləmişdir. Dünyanın qabaqcıl ölkələrində fəaliyyət
345
göstərən bank və maliyyə sistemlərinə uyğun bank və maliyyə
sistemləri yaradılır.
Ümumiyyətlə götürdükdə Azərbaycan Respublikası Müstəqil
Dövlətlər Birliyi (MDB) ölkələrində olduğu kimi bazar
iqtisadiyyatına keçidin ilk pilləsindədir. Mütəxəssislərin, iqtisadçıların,
ekspertlərin bu sahədə müxtəlif fikirləri olsa da göstərmək lazımdır
ki, sosial bazar iqtisadiyyatına keçid dövrü nisbətən uzun çəkəcək.
Bu
nun obyektiv və subyektiv səbəbləri olsa da başlıca səbəb
respublika
nın uzun illər ərzində keçmiş SSRİ tərkibində olması və
idarəetmənin bütün pillələrində fəaliyyət göstərən yaşlı nəslin
psixologiyasında keçmiş idarəetmə sisteminin kök salmasıdır.
Hazırkı dövrdə Azərbaycanın iqtisadiyyatında dövlətin rolu
güclü olmaqda
davam edir. Müstəqilliyimizin 10 ili ərzində belə olub
və görünür qeyri-müəyyən vaxta qədər bu davam edəcək. Təcrübə
göstərir ki, respublikamızın özündən asılı olmadan düşdüyü sosial-
iqtisadi və siyasi mühitdə iqtisadiyyata güclü və məqsədyönlü təsir
göstərə bilən dövlətin olması zəruridir. Dövlət istehsalın məqsədyönlü
inkişafında, yeni iş yerlərinin yaradılmasında, sosial məsələlərin
həllində, investisiyanın aparıcı sahələrə yönəldilməsində aparıcı və
həlledici rol oynayır. Təcrübə də bunu sübut edir. Respublikamızda
Dövlət Büdcəsi kəsirinin 1994-cü ildəki 9,4%-dən 2000-ci ildəki 1%-ə
qədər azaldılmasını dövlətin iqtisadiyyatdakı rolunun nəticəsi kimi
hesab etmək olar. Nəticənin hansı yollarla əldə edilməsi məsələsi
ayrıca bir tədqiqat obyekti olduğuna görə kitabda nəzərdən keçirilmir.
Bu gün respublikanın xalq təsərrüfatı keçid dövrünün və eyni zamanda
bazar iqtisadiyyatının çoxukladlı pilləsindədir. Belə iqtisadi şəraitdə
əmtəə istehsalçıları arasındakı qarşılıqlı münasibət dəyər qanunu,
tələb, təklif, rəqabət üzərində – yəni yeni istehlak münasibətləri və
prinsipcə yeni idarəetmə şəraitinə uyğun qurulmalıdır. Bundan sonra
yaranacaq sosial iqtisadi və siyasi mühit köhnə üsuli-idarənin
dəyişməsini labüd tələb edə bilər. Belə olan halda iki istiqamətdə
təkmilləşmə aparılmalıdır: birincisi, dövlətin iqtisadiyyatdakı rolu op-
346
ti
mallaşdırılmalı və ikincisi, iqtisadi və sosial inkişafın yeni, daha
mütərəqqi olan sosial yönümlü yollarına üstünlük verilməlidir.
Ölkələrin iqtisadi inkişafına qiymət verərkən beynəlxalq
təşkilatlar bir sıra göstəricilərdən istifadə edirlər. Dünya miqyasında
iqtisadi inkişafa qiymət verərkən Beynəlxalq təşkilatlar ölkələrin
istehs
al etdikləri Ümumi Daxili Məhsulun əsas sahələr üzrə
strukturunu öyrənirlər. Bu zaman ÜDM üç mənbə-kənd təsərrüfatı,
sənaye, xidmət –üzrə təhlil edilir və müvafiq nəticələr çıxarırlar. Üç
mənbə ilə təhlilin əsasında sənayeləşmə və sənayeləşmədən sonra
gedən proseslərə qiymət verilməsi durur. İqtisadi ədəbiyyatlarda
postsənayeləşdirmə terminindən istfadə edilir. Sənayeləşmə prosesi
başa çatan ölkələrdə inkişafı xarakterizə etmək üçün istifadə edilən
bu terminin mahiyyəti ondadır ki, iqtisadiyyatda üçüncü bölmənin
(xidmətin) xüsusi çəkisi artır, ikinci bölmə (sənaye) sabitləşir, birinci
bölmənin (kənd təsərrüfatı) isə xüsusi çəkisi azalır. Dünya Bankının
məlumatlarına görə ÜDM-un bu mənbələr üzrə strukturu aşağıdakı
cədvəldə verilmişdir (bax cədvəl 25).
Məlumatlardan görünür ki, Azərbaycan Respublikasında sənaye-
ləşmə prosesi davam edir. ÜDM-nin strukturunda kənd təsərrüfatının
yüksək xüsusi çəkisi (22%) qalmaqdadır. Xidmətin xüsusi çəkisinin
Yaponiy
a dövlətində olduğu səviyyəyə çatması isə (60%)
respublikamızın iqtisadiyyatında postsənayeləşmə prosesinin getməsini
yox, emal sənayesinin istənilən səviyyədən aşağı formalaşmasının
nəticəsidir. Postsənayeləşdirmə prosesi gedən ölkələrin tipik
nümu
nələri, ABŞ, Yaponiya, Fransa kimi dövlətlərdir ki, onların ÜDM
tərkibində kənd təsərrüfatı cəmi 2-4% təşkil edir.
Cədvəl 25
Azərbaycan Respublikasında və bir neçə xarici
ölkələrdə ÜDM-nin quruluşu (%)
347
ölkələr
1980
1997
UDM
UDM
cəmi O cüml. mənbələr
üzrə
cə
mi
O cüml. mənbələr
üzrə
k/
tə-
sər-
rü-
fatı
sə
na
ye
xid
mət
K/
tə-
sərr
ü-
fatı
sə-
naye
xid-
mət
Azərbayca
n
mü
qayisə
üçün
100
X
X
X
10
0
22
18
60
ABŞ
100
3
33
64
10
0
3
32
65
Rusiya
100
9
54
37
10
0
7
39
54
Türkiyə
100
26
22
51
10
0
17
28
55
Fransa
100
4
34
62
10
0
2
26
71
Yaponiya
100
4
42
54
10
0
2
38
60
Ermənista
n
100
18
58
25
10
0
44
35
20
Gürcüstan 100
24
36
40
10
0
35
35
30
Dünya
üzərində
orta qiy-
mət
100
7
38
55
10
0
6,7
37
56,3
348
Postsənaye ölkələrinin xarakterik cəhətlərindən başlıcası kənd
təsərrüfatının xüsusi çəkisinin azalmasıdır. Dünya üzrə bu xüsusi
çəki 1980-cı ildə 7,7% təşkil etmişdir. 17 il ərzində kənd təsərrüfatının
ÜDM-
kı çəkisi azalmış və 6,7%-ə çatmışdır.
1999-
cu ilin məlumatları göstərir ki, Azərbaycanda ÜDM-nin qu-
rulu
şu nisbətən yaxşılaşır (26 saylı cədvəl).
Cədvəl 26
Azərbaycan Respublikasında ÜDM quruluşunun dəyişməsi
Sahələr
Sahənin xüsusi çəkisi
2000-ci il
2002-ci il
1
Ümumi Daxili Məhsul istehsalı,
o cümlədən sahələr üzrə
100
100
2
Sənaye
32
35
3
Kənd təsərrüfatı
18,1
17,5
4
Tikinti
4,4
5,0
5
Xidmət sahələri
45,3
42,5
6
Onlardan nəqliyyat və rabitə
14,5
15,3
7
Ticarət
6,1
6,8
8
Digər sahələr (tədarük, məlumat,
mənzil, kommunal təsərrüfatları,
səhiyyə, təhsil, elm, idarə,
müdafiə, aksizlər və s.)
24,9
20,4
Sənayenin xüsusi çəkisi 1997-ci ildəki 18 faizdən (bax cədvəl
25) 2000-
ci ildəki 32,0%-ə qədər yüksəlmişdir. Bu mütərəqqi haldır.
Lakin nəzərə almaq lazımdır ki, bu artım əsasən xam neftin
çıxarılması hesabına baş verib.
Ölkə iqtisadiyyatının inkişafında investisiyaların rolu bö- yükdür.
Müstəqillik əldə etmiş Azərbaycan Respublikası üçün isə investisiya
349
qoyuluşu daha çox əhəmiyyətə malikdir. Təhlil göstərdi ki,
iqtisadiyyata yönəldilən investisiya ilbəil artır. 1995-ci ildə iqtisadiyyata
yönəldilən investisiyanın həcmi 544,0 milyon ABŞ dolları məbləğində
olmuşdur. 2000-ci ildə məbləğ artıq 1 milyard 441,4 milyon dollar
təşkil etmişdir. İqtisadiyya- ta həm daxili və həm də xarici mənbələrdən
i
nvestisiyalar yönəldilmişdir. Xarici investisiyaların bütün mənbələr
üzrə investisiya qoyuluşundakı xüsusi çəkisi 1995-ci ildə 68,9%,1996-cı
ildə 66,6%,1997-ci ildə 77,1%,1998-ci ildə-76,1%,1999-cu ildə
69,4%,2000-
ci ildə isə 64,3% təşkil etmişidir(bax cədvəl 27).
Cədvəl 27
1995-2000-
ci illərdə Azərbaycan Respublikası iqtisadiyyatına
yönəldilən investisiyanın məbləği (mln. ABŞ dolları)
İllər
Bütün mənbələr
üzrə investisya
qoyuluşu
O cümlədən
Xarici
investisiya
Daxili investisya
məbləği x. çək.
%
məblə
ği
x. çək.
%
məblə
ği
xüs. çəkisi
%
1995 544,0
100
375,1
68,9
168,9
31,1
1996 932,5
100
621,0
66,6
311,5
33,4
1997 1694,5
100
1307,3 77,1
387,2
22,9
1998 1932,2
100
1472,0 76,2
480,2
23,8
1999 1571,0
100
1091,1 69,4
479,9
30,6
2000 1441,4
100
927,0
64,3
514,4
35,7
Müstəqillik illərində ölkədə yaranmış siyasi sabitlik ölkə
iqtisadiyyatına investisiya yönəltmək istəyən ölkələrin sayının
artmasına, coğrafiyasının nisbətən genişlənməsinə səbəb olmuşdur (bax
cədvəl 28). 2000-ci ildə ölkə iqtisadiyyatına investisiya yönəldən
ölkələr arasında Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, İran, Fransa,
Yaponiya kimi ölkələr olmuşdur. Xarici investisiyalar maliyyə-kredit
350
təşkilatları vasitəsilə əsasən neftçıxarma sənayesinə yönəldilmişdir.
Bun
dan başqa, investisiya birgə müəssisələrin və xarici firmaların
yaradılmasına da yönəldilmişdir.
1994-2000-
ci illər ərzində ölkə ərazisində fəaliyyət gös-tərən
müştərək və tam xarici investisiyalı müəssisələr tərəfindən Azərbaycan
iqtisadiyyatına 1237,2 milyon ABŞ dolları məbləğində vəsait
qoyulmuşdur ki, bunun da 411,9 milyon dolları sənayenin inkişafına
(neft sənayesindən başqa), 344,0 milyon dolları tikintiyə, 251,1 milyon
dolları ticarət və xidmət sahələrinə və 131,9 milyon dolları isə
nəqliyyat və rabitənin inkişafına yönəldilmişdir. Göründüyü kimi
sənayeyə yönələn kapitalın dəyəri, ümumi vəsaitin təxminən 33 %-ni
təşkil edir. Bu cür yanaşma sosial-iqtisadi inkişaf baxımından
qənaətbəxş hesab oluna bilər. Bundan sonra, xarici investisiyaları
sənayenin neftlə əlaqədar olmayan sahələrinə sərmayə qoymağa cəlb
etmək üçün stimullaşdırıcı tədbirlər görülmüş və 2002-ci ildən
başlayaraq emal sənayesinin üstün inkişafı dövlət tərəfindən nəzərdə
tutu
lmuşdur.
Cədvəl 28
Azərbaycan Respublikası iqtisadiyyatına yönəldilən
xarici investisiyalar (milyon ABŞ dolları)
1995 1996
1997
1998
1999
2000
Cəmi
investisiya
ondan:
375,
1
620,5 1307,
3
1472,
0
1091,
1
927,0
Maliyyə
(kredit
neft sənayesinə)
139,
8
416,2 780,1
891,8
544,5
546,1
Birgə müəssisələr
və xarici firmalar
Ondan ölkələr üzrə:
14,9
102,8 330,9
460,2
210,4
118,0
Türkiyə
6,8
45,3
129,6
160,3
67,8
31,6
ABŞ
2,1
41,5
97,5
56,7
29,8
11,2
351
İran
0,9
1
2,6
40,7
9,2
2,9
Almaniya
1,2
4,2
16
2,1
6,2
1,7
Rusiya
0,7
2,3
5,5
10,3
-
-
Böyük Britaniya
0,7
0,2
47,2
47,4
48,8
6,8
Bolqarsıtan
0,1
-
-
-
-
-
BƏƏ
0,7
1,7
8,0
16,6
7,6
2,8
İsveçrə
1,2
3,9
9,5
-
-
-
Macarıstın
-
0,1
-
-
-
-
İspaniya
0,1
0,4
1,5-
-
-
-
İrlandiya
-
0,5
2,3
-
-
-
Hindistan
-
0,2
-
-
-
-
Fransa
-
-
-
-
25,4
39,3
Sinqapur
-
-
3,4
7,6
-
-
Yaponiya
-
-
-
-
-
16,4
Sair ölkələr
0,4
0,5
7,5
118,5
18,5
5,3
Hər bir ölkədə olduğu kimi Azərbaycan Respublikasında da
iqtisa
di inkişaf çoxlu kredit tələb edir. Müstəqillik əldə edildikdən
sonra iqtisadiyyata kredit qoyuluşu hər il həyata keçirilir (bax cədvəl
№ 29).
Cədvəl 29
Azərbaycan iqtisadiyyatına kapital qoyuluşu
və müddətə görə quruluşu (milyon manat)
1995
1996
1997
1998
1999
2000
İqtisadiyyata
kredit qoyulu-
şu
(cəmi)
(mln. man) o
cümlədən:
14489
96
18197
15
20419
67
21336
04
22155
00
23218
00
352
Qısamüddətli
kre
ditlər (mln.
man.)
12648
30
16758
04
19010
83
20876
61
48050
0
16720
00
Yekuna görə
faiz
lə (%)
87,3
92,1
93,1
97,8
97,5
72,0
Uzunmüddətli
kre-
ditlər
(mln. man.)
18416
6
14391
1
14090
4
45923
55000
64980
0
Yekuna görə
faizlə (%)
12,7
7,9
6,9
2,2
2,5
28,0
Təhlil göstərir ki, kredit qoyuluşunun ümumi həcmi ilbəil artır.
İqtisadiyyata təsir etməsi baxımından kreditin müddətinə görə
strukturunun böyuk əhəmiyyəti vardır. Azərbaycan Respublikası
iqtisadiyyatına qoyulan kreditlərin çox hissəsi qısamüddətli
kreditlərdir. 1995-2000-ci illərdə bu sahədə müəyyən irəliləyişlər
görünür. Uzunmüddətli kreditlərin xüsusi çəkisi 2 dəfədən çox
artmışdır. Lakin buna baxmayaraq 2000-ci ildə qısamüddətli kreditlərin
xüsusi çəkisi yüksək olaraq qalmış və 72% təşkil etmişdir.
İqtisadiyyatın optimal inkişaf etdirilməsi gələcəkdə uzunmüddətli
kredit qoy
uluşları həcminin artırılmasını tələb edir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən son-ra bazar
iqtisadiyyatına keçid istiqamətində işlər bir sıra istiqamətlərdə
aparılır. Əsas fikir verilən məsələlərdən biri mülkiyyətin formasının
dəyişdirilməsi olmuşdur. Bu sahədə görülən işlər öz nəticəsini
kəmiyyət cəhətdən vermişdir və Dövlət Statistika Komitəsinin verdiyi
məlumata görə Dövlət sektorunda işləyənlərin sayı ilbəil azalır və
əksinə, qeyri-dövlət bölməsində çalışanların sayı artır. 2000-ci ildə
iqtisadi fəal əhalinin işləyən hissəsinin cəmi 34,5 % dövlət
bölməsində çalışmışlar. Müvafiq olaraq iqtisadi fəal əhalinin işləyən
hissəsinin 65,5%-i qeyri-dövlət bölməsində işləmişlər. Müqayisə üçün
353
qeyd edək ki, 1990-cı ildə iqtisadi fəal əhalinin 70%-dən çoxu dövlət
sektorunda çalışırdı (bax cədvəl 30).
Cədvəl 30
İqtisadi fəal əhalinin işləyən hissəsinin bölmələr üzrə sayı və
strukturu
Ölçmə
vahidi
1990
1995
2000
İqtisadi fəal əhalinin
işləyən hissəsi
Min
nəfər %
3703,4
100
3613,0
100
3704,5
100
O cümlədən
-
-
-
-
Dövlət sektorunda
Min
nəfər
2618,9
2027,2
1278,2
Xüsusi çəkisi
%
70,7
56,1
34,5
Qeyri–
dövlət
sektorunda
Min
nəfər
1084,5
1585,8
2426,3
Xüsusi çəkisi
%
29,3
43,9
65,5
Dostları ilə paylaş: |