AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


§ 2. XARİCİ İQTİSADİ FƏALİYYƏT



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
1   ...   22   23   24   25   26   27   28   29   30
§ 2. XARİCİ İQTİSADİ FƏALİYYƏT 

2.1. Xarici iqtisadi əlaqələrin (XİƏ) göstəriciləri 

 

 

 

354 



Azərbaycan  Respublikasının  dünya  ölkələri  ilə  əlaqələri  ilbəil 

genişlənir. 2000-ci ildə ümumi şəkildə, o 123 ölkə ilə iqtisadi əlaqələr 

yarada bilmiş və ticarət əməliyyatlarının məbləği manatla 2 milyard 923 

milyondan  çox  olmuşdur.  Bu  müddət  ərzində  1752226,7  min  ABŞ 

dolları dəyərində mal ixrac, 1170868,2 min ABŞ dolları dəyərində mal 

idxal  olunmuşdur.  İl  ərzində  ixrac-idxal  əməliyyatlarının  saldosu 

müsbət  olmuş  və  581358,5  (1752226,7-1170868,2)  min  ABŞ  dolları 

təşkil  etmişdir.  2000-ci  ildə  131635  ədəd  nəqliyyat  vasitələrindən 

istifadə  edilmiş  və  ümumi  şəkildə  11559,4  min  ton  yük  daşınmışdır. 

Bunlar


dan 8434,8 min tonu ixrac əməliyyatlarının 3124,6 min tonu isə 

idxal  əməliyyatlarının  payına  düşmüşdür.  İxracın  həyata  keçirilməsi 

46753 nəqliyyat vasitəsi, idxalın həyata keçirilməsi isə 84882 nəqliyyat 

vasitəsi tələb etmişdir (cədvəl 31). 

Elektrik  enerjisi  ilə  respublikada  qarşılıqlı  mübadilə  həyata 

keçirilir. 2000-

ci  il  ərzində  elektrik  enerjisinin  qarşılıqlı  köçürülməsi 

Rusiya  Federasiyası  və  Gürcüstan  Respublikası  ilə  baş  vermişdir.  Bu 

əlaqələr  də  müsbət  saldo  ilə  həyata  keçirilmişdir.  Bunlardan  başqa, 

2000-


ci  il  ərzində  respublikaya  29255,3  ton  humanitar  yük  daxil 

olmuşdur  ki,  onun  da  ABŞ  dolları  ilə  məbləği  49138,0  min  təşkil 

etmişdir. 

Xarici  iqtisadi  əlaqələrin  həyata  keçirilməsində  seçilən  nəqliyyat 

növü böyük rol oynayır.  

Azərbaycan  Respublikasında  xarici  iqtisadi  fəaliyyətdə  əsasən 

dəmir  və  avtomobil  yolları  nəqliyyatından  istifadə  edilir.  2000-ci  ildə 

XİF-i  həyata  keçirmək  üçün  müxtəlif  yükgötürmə  qabiliyyətli 64581 

ədəd  vaqondan  və  47703  ədəd  avtomobil  yolu  nəqliyyatından  istifadə 

edilmişdir. Xam neftin daşınmasında stasionar nəqletmə vasitəsindən – 

boru kəmərlərindən istifadə edilmişdir. 

 

Cədvəl 31 

 

2000-

ci ildə Azərbaycan Respublikasının XİF-nin əsas  


 

 

355 



göstəriciləri 

 

 

Ölçü vahidi 



Göstəricini

n məbləği 

Ticarət  əməliyyatları  aparılmış 

ölkələrin sayı 

ölkə 


123 

Ticarət əməliyyatlarının həcmi 

min ABŞ 

dol 


2923094,9 

O cümlədən: 

 

 

İxrac  



“--“ 

1752226,7 

İdxal  

“--“ 


1170868,2 

İxrac-idxal əməliyyatları üzrə saldo 

“--“ 

+581358,5 



İl  ərzində  istifadə  edilən  nəqliyyat 

vasitələrinin sayı 

ədəd 

131635 


O cümlədən: 

 

 



İxracda  

“--“ 


46753 

İdxalda  

“--“ 

84882 


İl ərzində daşınan yüklərin həcmi 

min ton 


11559,4 

O cümlədən: 

 

 

İxracda  



“--“ 

8434,8 


İdxalda  

“--“ 


3124,6 

Elektrik  enerjisinin  ötürülməsi  üzrə 

ticarətin həcmi 

min ABŞ 


dol 

37590,5 


O cümlədən: 

 

 



İxrac üzrə 

“--“ 


22211,8 

İdxal üzrə  

 

15378,7 


2000-

ci ildə Supsa boru kəməri ilə min ton, Şimal boru kəməri ilə 

499,5 min ton xam neft nəql edilmişdir. 

Əsasən  xam  neftin  hesabına  baş  versə  də  Azərbaycanın  xarici 

iqtisadi  əlaqələri  inkişaf  edir.  2000-ci  ildə  1999-cu  ilə  nisbətən  ixrac 

əməliyyatlarının  həcmi  848,66  milyon  ABŞ  dolları  miqdarında, idxal 



 

 

356 



əməliyyatlarının  həcmi  isə  160,26  milyon  ABŞ  dolları  miqdarında 

artmışdır.  Lakin  ümumiyyətlə  götürdükdə  xarici  iqtisadi  əlaqələrdə 

respublikanın  iqtisadi  təhlükəsizliyi  baxımından  çatışmazlıqlar 

mövcuddur.  Belə  çatışmazlıqlardan  biri  idxalın  strukturudur.  32  saylı 

cədvəlin materilları bunu bir daha sübut edir.  

 

Cədvəl 32 

 

2000-



ci ildə Azərbaycan Respublikasında idxalın strukturunda əsas 

yer tutan məhsulların miqdarı və dəyəri 

 

№ 

Məhsulun adı 

Ölçü 

vahidi 

Miqda

rı 

Dəyəri 

(milyon ABŞ 

dol) 

1. 


Ət  və  ət  məhsulları,  o 

cüml. humanitar 

yardım 

min 


ton 

ton 


28,1 

27,4 t 


18,29 

0,15 


2. 

Buğda  


O  cümlədən  hum. 

yardım 


min 

ton 


ton 

706,8 


695,0 

87,93 


0,055 

3. 


Un  

O  cümlədən  hum. 

yardım 

min 


ton 

ton 


22,95 

11,56 


5,06 

2,72 


4. 

Şəkər 


O  cümlədən  hum. 

yardım 


min 

ton 


ton 

75,83 


1,46 

17,51 


0,97 

5. 


Yağ  

kərə yağı 



bitki və heyvan mənş. 

yağ.  

O  cümlədən  hum. 



yardım 

“----“ 


“----“ 

“----“ 


 

“----“ 


25,99 

5,93 


20,06 

 

2,11 



17,56 

6,37 


11,20 

 

1,63 



 

 

357 



6. 

Çay  


min 

ton 


2,70 

6,51 


7. 

Spirt  


min 

litr 


2175,1

1,83 



8. 

Spirtli içkilər 

min 

ton 


9,23 

6,65 


9. 

Tütün məmulatı 

milyon  1132,2

2,65 



10. 

Müxtəlif 

minik 

avtomo


billəri 

ədəd 


9,64 

41,5 


11.  Toxum  

ton 


745,2 

1,46 


12. 

Gübrə  


min 

ton 


40,52 

3,85 


13. 

K/t maşın, ehtiyat his. 

 

1,53 


5,43 

14. 


Neft məhsulları 

min 


ton 

66,44 


16,76 

15.  Elektrik enerjisi 

milyon 

kvt/s 


1595,6

34,035 



 

Respublikaya  yaşayış  üçün  ən  zəruri  məhsulların  bir  hissəsi 

xaricdən  gətirilir  (bax  cədvəl  32).  Bu  məhsullara  ət  və  ət  məhsulları, 

buğda, un, şəkər, yağ, çay, spirt kimi respublikada istehsal oluna bilən 

əmtəələr çoxluq təşkil edir. Yaxın vaxtlarda bu məhsulların yarıdan çox 

azaltmaq  mümkündür  ki,  bunun  nəticəsində  də  yeni  iş  yerləri  yarada 

bilərik  və  iqtisadi  təhlükəsizliyimizi  artırmış  olarıq.  İxracda  isə  emal 

sənayesi  məhsulları  olduqca  azdır  (bax  cədvəl  32  və  cədvəl  33-ün 

məlumatlarına). 

 

Cədvəl 33 

 


 

 

358 



2000-

ci ildə Azərbaycan Respublikasında ixracın strukturunda əsas 

yer tutan məhsulların miqdarı və dəyəri 

 

№ 



Məhsulların adı 

Ölçü vahidi 

Miqdarı 

Dəyəri 


(milyon 

ABŞ dol) 

1. 

Neft (xam) 



milyon ton 

5,51 


985,45 

2. 


Neft 

emalı məhsulları 

---“--- 

2,11 


480,04 

3. 


Spirtli içkilər 

min ton 


14,95 

6,08 


4. 

Tütün  


---“--- 

10,05 


9,84 

5. 


Qara metallar 

---“--- 


152,82 

6,06 


6. 

Alüminium  

---“--- 

26,84 


16,70 

7. 


Çay  

---“--- 


1,23 

2,63 


8. 

Pambıq  mahlıcı  və 

tullantıları 

 

---“--- 



 

41,70 


 

36,48 


9. 

Elektrik enerjisinin 

qarşılıqlı ötürülməsi 

 

 



milyon kv/s 

 

 



1789,34 

 

 



22,21 

 

 

 

 

 

2.2. İxracın və idxalın əmtəə strukturu və XİƏ-in saziş növləri 

 

İxrac edilən məhsulların strukturunda xam neftin ixracı xüsusi yer 

tutur (bax cədvəl 34). 2000-ci ildə ixracın ümumi həcmində xam neftin 

xüsusi çəkisi 56,24%, neft məhsullarının xüsusi çəkisi isə 27,40% təşkil 

etmişdir.  Deməli,  baxılan  ildə  ixrac  əməliyyatlarından  alınan  vəsaitin 

83,64%-


i  xam  neft  və  neft  məhsullarının  satışından  əldə  edilmişdir. 

 

 

359 



Müqayisə  üçün  qeyd  edək  ki,  spirtli  və  spirtsiz  içkilərin  xüsusi  çəkisi 

0,45%, pambıq satışı 2,08%, çay isə cəmi 0,15% təşkil etmişdir. 



 

Cədvəl 34 

 

2000-

ci ildə Azərbaycan Respublikasında ixracın əmtəə 

strukturu 

 

Əmtəələrin adı 



Ümumi ixraca görə %-lə 

Xam neft  

56,24 

Neft məhsulları 



27,40 

Qara metallar və onlardan hazır-

lanan məmulatlar 

 

0,45 



Spirtli və spirtsiz içkilər 

0,35 


Kimya məhsulları 

2,06 


Pambıq  

2,08 


Tütün  

0,67 


Əlvan metallar  

1,37 


Çay  

0,15 


Digər əmtəələr 

9,22 


 

İdxalın strukturu cədvəl 35-də verilmişdir. Göründüyü kimi ərzaq 

məhsulları ilə xalq istehlakı malları ümumi idxalın 20%, qədərini təşkil 

edir.  Bundan  başqa,  respublikamız  çoxlu  miqdarda  maşın  və 

avadanlıqları  idxal  edir.  Bu  tipli  məhsulların  idxaldakı  xüsusi  çəkisi 

40%-


ə çatır. 

Cədvəl 35 

 

2000-

ci ildə Azərbaycan Respublikasında idxalın əmtəə strukturu 

Əmtəələrin adı 

Ümumi ixraca görə %-lə 

Ərzaq məhsulları 

17,77 


 

 

360 



Xalq istehlakı malları 

1,70 


Maşın  və  elektrik  aparatları  avadan-

lıqları və onların ehtiyat hissələri 

 

30,96 


Nəqliyyat  vasitələri  və  onların 

hissələri 

8,55 

Qara  metallar  və  onlardan  hazırlanan 



məmulatlar 

 

1,95 



Toxum  

0,12 


Gübrə  

0,33 


Digər əmtəələr 

28,53 


Dünya  iqtisadi  əlaqələrində  müxtəlif  saziş  növləri  mövcuddur. 

İdxal-ixrac  əməliyyatlarının  saziş  növlərinin  öyrənilməsi  göstərdi  ki, 

2000-

ci  ildə  xarici-iqtisadi  əməliyyatlarda  hesablaşmalar  milli  valyuta 



ilə (sazişin növü-1), sərbəst dönərli valyuta ilə (21), dövlət krediti üzrə 

(23),  qapalı  dövriyyəli  valyuta  ilə  (41),  barter  sazişi  ilə  (51)  həyata 

keçirilm

işdir (bax cədvəl 36). 



Cədvəl № 36 

 

2000-



ci ildə AR-da idxal-ixrac əməliyyatlarının saziş növləri 

və onların strukturu 

Sazişin 


nömrəsi 

Saziş növünün adı 

Strukturu (%) 

 

 



ixracda 

İdxalda 


01 

Milli valyuta ilə hesablaşma 

0,39 

0,02 


21 

 

Sərbəst dönərli valyuta 



46,56 

58,55 


23 

 

Dövlət krediti üzrə 



0,00 

4,68 


41 

 

Qapalı dövriyyəli valyuta 



0,29 

8,81 


51 

 

Barter sazişi 



0,70 

0,92 


78 

Kompensasiyalı öhdəliklər hesabına 

44,34 

0,00 


   

Digər saziş növləri 

7,72 

27,02 


 

 

 

361 



İxrac  əməliyyatlarında  kompensasiyalı  öhdəliklər  hesabına, 

sərbəst  dönərli  valyuta  ilə  hesablaşmalar  əsasında  malların 

gətirilməsinə, idxal əməliyyatlarında isə sərbəst dönərli valyutaya daha 

çox  üstünlük  verilmişdir.  Neft  məhsullarının  ixracında  sərbəst  dönərli 

valyutaya satış 457,45 milyon dollar (ümumi məhsulun 95,30%), barter 

5,9  milyon  dollar  (1,23%),  milli  valyuta  ilə  hesablaşma  3,57  milyon 

dollar (0,74%) və di-gərləri 13,05 milyon dollar (2,73%) təşkil etmişdir. 

XİƏ-də  barter  əməliyyatlarında  ixrac  əməliyyatlarının  həcmi 

idxaldan  1441,5  min  ABŞ  dolları  qədər  çox  olmuşdur.  MDB  ölkələri 

üzrə ixracda barter əməliyyatları 3961,8 min ABŞ dolları (ümumi ixraca 

nisbətən  0,23%),  idxalda  isə  9300,0  min  ABŞ  dolları  (ümumi  idxala 

nisbətən 0,79) təşkil etmişdir. MDB-dən başqa, uzaq xarici ölkələr üzrə 

ixracda 

barter əməliyyatları 8275,5 min dollar (ümumi ixraca nisbətən 

0,45%), idxalda isə 1495,8 min dollar (ümumi idxala nisbətən 0,13%) 

təşkil etmişdir. 



 

2.3. XİƏ-in coğrafiyası 

 

Azərbaycan  Respublikasının  XİƏ-nin  coğrafiyası  müxtəlifdir. 

Respublika özünün də daxil olduğu Müstəqil Dövlətlər Birliyi (MDB) 

ölkələri ilə və uzaq xarici ölkələrlə ticarət əməliyyatları həyata keçirir. 

2000-

ci  ildə  Azərbaycandan  (MDB-dən  kənar  ölkələrə)  1,5  milyard 



ABŞ dolları dəyərində əmtəə çıxarılmışdır. Eyni zamanda respublikaya 

bu  cür  ölkələrdən  792,15  milyon  ABŞ  dolları  qədər  mal  gətirilmişdir. 

MDB-

dən  kənar  xarici  ölkələrlə  ticarət  əlaqələrinin  saldosu  müsbət 



716,4  milyon  manat  təşkil  etmişdir.  Ticarət  əlaqələrində  xüsusi  çəkisi 

nisbətən  çox  olan  uzaq  xarici  ölkələrdən  İtaliyanı  (ümumi  ticarət 

əlaqələrində xüsusi çəkisi: ixracda – 43,52%, idxalda 2,39%), Türkiyə 

(5,99  və  10,58),  Fransa  (11,71  və  1,61),  İsveçrə  (2,61  və  4,64),  ABŞ 

(0,46  və  8,97),  Almaniya  (0,45  və  5,80),  İran  (0,44  və  5,04),  Böyük 

Britaniya  (1,06  və  5,03),  İsrail  (7,71  və  0,52)  göstərmək  olar  (bax 

cədvəl 37). 


 

 

362 



 

Cədvəl 37 

 

Azərbaycan Respublikasının ticarət əlaqələrində xüsusi çəkisi 

böyük olan ölkələr (2000-ci il) 

 

№ 

Ölkələr 

Ticarət əlaqələrində xüsusi çəkisi 

(%) 

ixracda %-

lə 

idxalda %-

lə 

1. 


İtaliya  

43,52 


2,39 

2. 


Rusiya  

5,63 


20,04 

3. 


Türkiyə  

5,99 


10,58 

4. 


Fransa  

11,71 


1,61 

5. 


İsveçrə  

2,61 


4,64 

6. 


ABŞ 

0,46 


8,97 

7. 


Almaniya  

0,45 


5,80 

8. 


İran  

0,44 


5,04 

9. 


Böyük 

Britaniya 

1,06 

5,03 


10. 

Qazaxıstan  

0,37 

4,91 


11. 

Gürcüstan 

4,53 

1,29 


12. 

İsrail  


7,71 

0,52 


 

MDB ölkələri ilə xarici ticarət əlaqələrinin həcmi 622,46 milyon 

ABŞ  dolları  məbləğində  olmuşdur.  Respublikanın  rezident  və  qeyri-

rezidentləri  MDB  ölkələrinə  243,75  milyon  dollar  məbləğində  məhsul 

göndərmişlər. Bu ölkələrdən respublikamıza gətirilən əmtəələrin ümumi 

dəyəri isə 378,71 milyon ABŞ dolları məbləğində olmuşdur. Göründüyü 

kimi MDB ölkələri ilə ticarət əlaqələrinin saldosu mənfi 134,96 milyon 

(378,71-


243,75) təşkil etmişdir. 

 

 

363 



Ticarət  əlaqələrində  xüsusi  çəkisi  nisbətən  çox  olan  MDB 

ölkələrinə  Rusiya  (ümumi  ticarət  əlaqələrində  xüsusi  çəkisi:  ixracda 

5,63% və idxalda 20,04%), Qazaxıstanı (0,37 və 4,91), Gürcüstanı (4,53 

və 1,29) misal göstərmək olar. 

Azərbaycan  Respublikasının  ərazisindən  tranzit  formada  yük 

daşınması  üçün  də  istifadə  edilir.  Respublikamızın  ərazisindən  bu 

məqsəd  üçün  istifadə  edən  əsas  ölkələrə  Rusiya  Federasiyası,  İran, 

Türkiyə,  Gürcüstan  və  s.  kimi  ölkələri  daxildir.  2000-ci  ildə  tranzit 

rejimində Azərbaycan Respublikası ərazisindən 4961,2 min tona qədər 

müxtəlif  xarakterli  yük  çıxarılmışdır.  Tranzit  yüklərin  əsas  hissəsi 

Gürcüstana  göndərilmişdir  (4426,6  min  ton).  Bundan  başqa,  tranzit 

rejimində  Özbəkistana  (100,3  min  ton),  Rusiya  Federasiyasına  (94,7 

min  ton),  Türkiyə  Respublikasına  (63,0  min  ton),  İran  İslam 

Respublikasına (34,3 min ton) və digər ölkələrə yüklər göndərilmişdir. 

Dövlət  Gömrük  Komitəsinin  (DGK)  statistika  və  təhsil  idarəsinin 

məlumatlarına  görə tranzit  yüklərin  göndərilmə  coğrafiyası cədvəl 38-

də  verilmişdir.  Göründüyü  kimi  yüklərin  80%-dən  çoxu  Gürcüstanın 

payına düşür. 



 

 

Cədvəl 38 

 

Tranzit rejimində AR ərazisindən çıxarılan yüklərin 

coğrafiyası (2000-ci il) 

 

 

№ 



 

Ölkələr 


Tranzit rejimində göndərilən 

yükün həcmi 

 

 

min tonla 



ümumi həcmə görə 

%-

lə 



Gürcüstan  

4426,6 

80,9 


Özbəkistan  

100,3 

2,02 


Türkmənistan  

138,8 

2,15 


 

 

364 



Rusiya Federasiyası 

94,7 

2,0 


Türkiyə Respublikası 

63,0 

1,27 


İsveçrə  

66,7 

1,28 


İran 


İslam 

Respublikası 

34,3 

0,76 


 

Respublikada  strateji  neft  məhsullarının  xarici  ölkələrə  satılması 

iki struktur – 

Dövlət  Neft  Şirkəti  və  “Azneftyağ”  İstehsalat  birliyi 

məşğul olmuşlar. İxrac edilmiş neft məhsullarının təxminən 1,02 milyon 

tonu  (48,19%)  Dövlət  Neft  Şirkətinin  Xarici  İqtisadi  Əlaqələr 

İdarəsinin,  1,06  milyon  tonu  isə  (50,24%)  “Azneftyağ”-ın  payına 

düşmüşdür.  Ümumiyyətlə  götürdükdə  2000-ci  ildə  xarici  iqtisadi 

əlaqələrdə  7466  hüquqi  və  fiziki  şəxs  məşğul  olmuşdur.  Bunlardan 

2789-


u dövlət və özəl müəssisə, 4677-i isə fiziki şəxslər olmuşdur. 

 

 



2. 4. Dünya təsərrüfat sisteminə inteqrasiya  

və onun gücləndirilməsi 

 

“Игтисади  сийасят  стратеэийасынын 

башлыъа 

истигамятляри 

сабитляшдирмя, 

ислащатлашдырма, 

игтисади  артымын  тямин  едилмяси, 

дцнйа тясяррцфат 

системиня игтисади интеграсийасынын 

эцълянмяси, 

халгын рифащынын йцксялдилмяси вя с. 

ибарятдир.” 

 

Щ.Я.ЯЛИЙЕВ 

 


 

 

365 



Azərbaycan  Respublikası  dünya  təsərrüfat  sisteminə  səmərəli 

inteqrasiya  ola  bilər.  Bunun  üçün  respublikanın  əlverişli  coğrafi 

mövqeyi,  inkişaf  etmiş  beynəlxalq  əhəmiyyətli  olan  hava,  su, 

dəmiryolu, avtomobil nəqliyyatı, neft və qaz kəmərləri vardır. Bundan 

başqa,  Azərbaycan  ənənəvi  olaraq mineral-xammal  ehtiyatları, 

məhsuldar  torpaq  sahələri,  əlverişli  təbii-iqlim  şəraiti,  kifayət  qədər 

münasib  işçi  qüvvəsinə  malikdir.  İnfrastrukturanın  vəziyyəti  də  pis 

deyil.  Azərbaycan  xarici  investorları  cəlb  edən  regiondur.  Son  illərdə 

yaranmış siyasi sabitlik isə xarici iqtisadi əlaqələrin genişlənməsi üçün 

daha yaxşı şərait yaratmışdır. 

Azərbaycan  Respublikasının  dünya  təsərrüfatı  sisteminə  səmərəli 

inteqrasiyası  üçün  ilk  növbədə  həm  sənayedə  və  həm  də  kənd 

təsərrüfatında ciddi struktur dəyişiklikləri həyata keçirmək lazımdır. Bu 

əslində  günün  ən  aktual  problemlərindəndir.  Görüləcək  işlər  iki 

mərhələdə aparıla bilər. Birinci mərhələ 2005-ci ilə qədər dövrü, ikincisi 

isə  2005-ci  ildən  sonrakı  dövrü  əhatə  etməlidir.  Məsələyə  bu  cür 

yanaşmağın əsasını AMOK-un respublikada fəaliyyəti və bu fəaliyyətin 

iqtisadiyyata  təsir  etməsi  nöqteyi-nəzərincə  təyin  olunmuş  pillələri 

təşkil  edir.  Məlum  olduğu  kimi  AMOK-un (indiki «BP exploration 

LTD»)  fəaliyyətinin  genişləndirilməsi  proqramı,  iqtisadiyyata  üçpilləli 

təsiri  nəzərdə  tutur.  Birinci  təsiretmə  pilləsi  1994-cü  ildən  2000-ci  ilə 

qədər dövrü əhatə edirdi ki, bu pillə artıq arxada qalıb. Bu pillədə əsas 

investisiya  xərclərinə  fikir  verilib  və  Azəri-Çıraq-Günəşli  yataqlarında 

neft əməliyyatları üzrə işlərə operativ rəhbərlik etmək üçün Azərbaycan 

Beynəlxalq  Əməliyyat  Şirkəti  yaradılıb.    Göstərilən  neft  yataqlarında 

əməliyyatların  həyata  keçirilməsinə  ümumi  şəkildə  1  milyard  300 

milyon  ABŞ  dolları  xərclənmişdir.  Bu  xərc  əsasən  quyuların 

qazılmasına, neft terminallarının tikintisinə və s. sərf edilmişdir. Birinci 

pillədə  çıxarılacaq  neftin  daşınması  üçün  bir  sıra  işlər  görülmüşdür. 

Çıraq yatağından ilkin neft şimal kəməri ilə Novorossiyski terminalına 

və oradan da dünya neft bazarına çatdırılmışdır. Bakı-Supsa neft kəməri 

tikilib istismara verilmişdir. Bu kəmərlərlə ildə 20 milyon ton neft ixrac 



 

 

366 



etmək  mümkündür.  Beləliklə,  birinci  pillədə  görülən  işlərin  həcmi  və 

miqyası  imkan  verir  ki,  ikinci  pillədə  nəzərdə  tutulan  işlər  də 

müvəfəqiyyətlə  həyata  keçirilsin.  İlkin  neftin  daşınması  ilə  yanaşı  bu 

pillədə  xarici  investorların  qoyduqları  kapitalın  ödənilməsi  prosesi  də 

başlamışdır. 

İkinci  pillə  2000-ci  ildən  başlamışdır.  Bu  pillədə  neft  ixracının 

yüksək sürətlə artması və ölkəyə çoxlu miqdarda mənfəət gəlməsi baş 

verir.  Əldə  edilən  təmiz  mənfəətin  70%-dən    çoxu,  vergilərin  və 

investisiya  borclarının  ödənilməsinə  sərf  edilməsi  və  yalnız  30%-ə 

qədərinin Azərbaycana verilməsi nəzərdə tutulmuşdur. Əlbəttə, neftdən 

əldə  edilən  mənfəətin  bu  nisbətdə  bölünməsi  Azərbaycanın 

iqtisa


diyyatını  tezliklə  yüksəltməyə  imkan  yarada  bilməzdi  və  keçən 

dövr bunu bir daha sübut etdi.  Bu hal 2005-

ci ilə qədər davam edəcək. 

Lakin nəzərə almaq lazımdır ki, 2000-ci ildən başlayaraq Azərbaycanın 

öhdəsində  qalan  mənfəətin  məbləği  2005-ci  ilə  yaxınlaşdıqca  ilbə-il 

artacaq  və  respublikanın  iqtisadiyyatını  inkişaf  etdirmək  üçün  yeni 

imkanlar yaranacaq. 

Üçüncü  pillə  2005-ci  ildən  başlanacaq.  AMOKO  fəaliyyətinin 

genişləndirilməsi proqramına görə bu pillədə neft satışından əldə edilən 

təmiz  mənfəətin  5/6-i  Azərbaycanın  sərəncamında  qalacaq.  Bu  o 

deməkdir  ki,  2005-ci  ildən  başlayaraq  Respublikanın  neft  dollarının 

həcmi bir neçə dəfə artacaqdır.  

İnkişafın üçpilləli olması göstərir ki, Azərbaycan Respublikasının 

iqtisadiyyatını  kompleks  inkişaf  etdirmək  istiqamətində  əməli  texniki, 

təşkilati  iqtisadi  tədbirlər  hazırlamaq  üçün  2-3  il  vaxt  vardır.  Görünür 

2005-


ci ildən sonrakı dövrdə əldə ediləcək nəticələrin xarakteri məhz bu 

dövrdə görüləcək işlərdən asılı olacaqdır. İlk növbədə çalışmaq lazımdır 

ki, dünya baz

arında  qeyri-neft  ixracının  rəqabətə  dözüm-  lülük 

qabiliyyəti  artırılsın.  Burada  sənayenin  qeyri-neft  sahələrinin  və  kənd 

təsərrüfatının  məqsədyönlü  inkişaf  etdirilməsindən  və  daxili  və  xarici 

bazarlarda  rəqabətə  tab  gətirə  bilən  məhsullar  istehsal  edilməsindən 

söhbət gedir. Bunun baş verməsi üçün istər 2005-ci ilə qədər olan dövr 



 

 

367 



və  istərsə  də  ondan  sonra  neft  dolları  ilə  bağlı  resurslar  səfərbər 

etdiləcək,  respublika  iqtisadiyyatının  inkişafı  üçün  münasib  maliyyə 

şəraiti yaradılacaq və sonda bütün bunların hamısı üçüncü pilləyə yaxşı 

hazırlaşmaq üçün istifadə ediləcəkdir. 

Onu da qeyd etmək lazımdır ki, bütün bu qeyd etdiklərimiz neftin 

çıxarılması və daşınması ilə əlaqədar olan siyasi məsələlərin normal həll 

edilməsi  halında  baş  verə  biləcək.  Bununla  yanaşı  nəzərə  almaq 

lazımdır  ki,  Xəzər  dənizinin  resurslarından  istifadənin  hüquqi  əsasına 

aid  olan  beynəlxalq  məsələ  hələlik  öz  həllini  tapmamışdır.  Neftin 

daşınması problemlərinin də həmişə ortaya çıxa biləcəyini nəzərə almaq 

lazımdır.  Əlbəttə,  bu  cür  siyasi  məsələlərin  həlli  ilk  növbədə  dünya 

təsərrüfat 

sistemində 

gedən 


proseslərdən 

və 


Azərbaycan 

Respublikasının  həyata  keçirəcəyi  daxili  və  xarici  siyasətin 

səmərəliliyindən  asılı  olacaqdır.  Bundan  başqa,  bir  məsələ  də  özünə 

ciddi  diqqət  tələb  edir.  Bu  neftdən  alınan  gəlirin  xərclənməsi  ilə 

əlaqədardır.  Fikrimizcə,  neftdən  gələn  gəlirin  ilbəil  artan  məbləğinin 

xərclənməsi  kriteriyası  “maksimum  iş  yerləri  yaratmaq”  olmalıdır.  İş 

yerləri sənayenin bütün sahələrində və respublikanın bütün kənd, rayon, 

qəsəbə və şəhərlərində yaradılmalıdır. 

Keçmiş SSRİ dövründə Azərbaycanın iqtisadiyyatı xarici ölkələrlə 

nisbətən güclü bağlı idi. Xüsusən neftçıxarma avadanlıqlarının istehsalı 

və  satışı  üzrə,  onlarla  xarici  ölkələrə  mancanaq  dəzgahlar,  qazma 

qurğuları,  neftçıxarma  avadanlıqları,  quyu  qazma  qurğuları  üçün 

müxtəlif  ehtiyat  hissələri  göndərilirdi.  Bu  məhsulların  istehsalı  ilə 

Azərbaycanda  iri  bir  sənaye  sahəsi  –  neft  maşınqayırması  məşğul  idi. 

Ümumittifaq  əmək  bölgüsünə  uyğun  yaradılmış  neft  avadanlıqları 

istehsal  edən  bu  sahənin  zavodları  SSRİ    dağıldıqdan  sonra  iflic 

vəziyyətinə  düşdülər.  Xarici  ölkələrin  maliyyəsi  əsasında  bağlanılmış 

məlum  neft  kontraktları  Azərbaycanda  neft  və  qaz  hasilatını  artırmağı 

nəzərdə  tutduğu  üçün  belə  bir  fikir  meydana  gəlmişdi  ki,  neft 

kont


raktları  neft  maşınqayırmasındakı  tənəzzülü  aradan  qaldıracaq. 

Lakin çox təəssüflər olsun ki, müxtəlif subyektiv və obyektiv səbəblər 



 

 

368 



üzündən  bu  baş  vermədi.  Neftçıxarma  sənayesinin  neft  maşınqayırma 

məhsullarına olan tələbatı da ixracın hesabına dolduruldu. Nəticədə öz 

daxili tələbatlarını və keçmiş ittifaq tələbatlarını ödədikdən son-ra belə, 

dünya bazarına neftçıxarma avadanlıqları və onlar üçün ehtiyat hissələri 

çıxaran  Azərbaycan  özü  bu  məhsulları  xarici  ölkələrdən  almaq 

məcburiyyətində  qaldı.  Respublikanın  dünya  təsərrüfat  sisteminə 

qoşulmasına  mənfi  təsir  göstərən  bu  cür  hallar  aradan  qaldırılır. 

Qoyulan  məsələnin  aktuallığı  ona  görə  qalmaqdadır  ki,  neft 

kontraktlarının ömrü uzundur və hələ çoxlu miqdarda və müxtəlif növdə 

neftçıxarma avadanlıqlarına yüksək tələbat həm daxili və həm də xarici 

bazarlarda qalmaqdadır.  

Son  illərdə  Respublika  hökumətinin  də  bu  sahədə  müs-  bət 

addımlarını  nəzərə  alsaq  2005-ci  ilə  qədər  və  ondan  son-  rakı  dövrdə 

neft  maşınqayırmasının  inkişafı  üçün  yaxşı  imkan-lar  yarandığı 

haqqında fikir söyləməyə əsas yaranır. Bunun nə-ticəsində Azərbaycan 

iqtisadiyyatının  dünya  təsərrüfat  siste-minə  məqsədyönlü  inteqrasiya 

olunması prosesi güclənəcək-dir. 

Keçmiş  SSRİ  məkanında  Azərbaycan  iqtisadiyyatının  dünya 

təsərrüfat  sisteminə  inteqrasiyası  xalq  təsərrüfatının  digər  sahələri 

vasitəsi  ilə  də  nisbətən möhkəm  idi  və  onları  yada  salmağın  və  xarici 

iqtisadi  əlaqələri  yenidən  inkişaf  etdirməyin  çox  mühüm  əhəmiyyəti 

vardır. Söhbət konkret olaraq sənayenin ağır sahələrinin və xüsusən də 

metall

urgiya  və  kimya  sənayelərinin  inkişafından  gedir.  Azərbaycan 



Respublikasının  metallurgiya  sənayesini  inkişaf  etdirmək  üçün  böyük 

potensial imkanları həmişə olub və indi də var. Bu imkanlar mütəxəssis 

və  iqtisadçılara  keçən  əsrin  30-cu  illərindən  məlum  idi.  Azərbaycanın 

məşhur mühəndisi Ç.İldırım (Azərbaycan Texniki Universitet indi onun 

adını  daşıyır)  məhz  o  illərdə  respublikada  əsasən  yerli  xammalla 

(Daşkəsən  filizi)  işləyə  bilən  çox  güclü  metallurgiya  kompleksi 

yaradılmasının  texniki-iqtisadi  əsaslandırılmasını  vermişdi.  Bu  imkan 

indi  də  qalmaq-dadır.  2001-ci  ildə  Bakıda  Yaponiya  iş  adamları  ilə 

birlikdə  istifadəyə  verilən  və  çox  keyfiyyətli  armatur  istehsal  edən 


 

 

369 



“Bakı polad kompaniyası” deyilənləri bir daha təsdiq edir. Bu  həm də 

Ümumdünya  Bankı  əməkdaşlarının  guya  ağır  sənaye  məhsullarının 

rəqabətə  tab  gətirə  bilməyəcəkləri  ehtimallarının    düzgün  olmadığını 

sübut edir. 

Azərbaycan  iqtisadiyyatının  dünya  təsərrüfat  sisteminə 

inteqrasiyasını  sənaye  və  kənd  təsərrüfatının  səmərəli  olan  bütün 

sahələrini inkişaf etdirməklə təşkil etmək olar. Bunun üçün ilk növbədə 

aqrar-


sənaye  komplekslərinin  optimal  tərkibini  yaratmaq,  kənd 

təsərrüfatı  xammalı  əsasında  müxtəlif      çoxişlənən  məhsullar  istehsal 

etmək lazımdır. 

İqtisadiyyatın  mühüm  sahəsi  olan  kənd  təsərrüfatının  özündə  də 

həm  istehsalı  və  həm  də  gəlirləri  artırmaq  imkanı  vardır.  Məsələ 

burasındadır  ki,  ümumilikdə  kənd  təsərrüfat  istehsalı  hələ  də  1990-cı 

illərin  səviyyəsinə  çatmamışdır.  Hər  hektardan  məhsul  istehsalı  xeyli 

aşağı düşmüş, bir çox məhsulların fiziki həcmi isə dəfələrlə azalmışdır. 

Pambıq və üzüm istehsalı bunlara əyani misaldır. Hamıya məlumdur ki, 

Azərbaycanda bir milyon tona yaxın pambıq istehsal edilən il də olub, 

2,0 milyon tondan da çox üzüm yığılan il də. 1990-cı ilə nisbətən indi 

kənd  təsərrüfatında  həm  məhsuldarlıq  və  həm  də  istehsalın  həcmi  bir 

neçə dəfə azalmışdır. Çox da mürəkkəb olmayan hesablamalar göstərir 

ki,  Azərbaycanda  iqtisadiyyatın  kənd  təsərrüfatı  bölməsində  istehsalın 

yüksəldilməsi  üçün  böyük  imkanlar  mövcuddur.  Bu  imkanları 

rea


llaşdırmaq üçün dövlət yaradıcı iş aparmalıdır ki, kənd təsərrüfatında 

müvafiq  iri,  orta  və  kiçik  təsərrüfatlar  məhsuldar,  gəlirli  və  mənfəətlə 

işləyə bilsinlər. İdarəetmə, stimullaşdırma və ən başlıcası isə marketinq 

fəaliyyəti gücləndirilməli, istehsal diversifikasiyalaşdırılmalıdır.   

Kənd  təsərrüfatında  yaranmış  daxili  imkanları  dövriyyəyə  cəlb 

etmək üçün paralel olaraq maliyyə sahəsinə diqqət artırılmalıdır. Təhlil 

göstərdi  ki,  dövlət  müstəqilliyi  əldə  etdikdən  sonra  istər  sənaye  və 

istərsə  də  kənd  təsərrüfatı  müəssisələrinin  inkişafında  maliyyə 

rıçaqlarından istifadə edilməsi istənilən nəticələrin əldə olunmasına tam 

səbəb olmur. Məsələn, bank kreditləri adətən qısa müddətlər üçün borc 



 

 

370 



şəklində,  yüksək  faiz  ödənişi  şəklində  verilir.  Bankların  özlərinin 

vəziyyəti də ürəkaçan deyil. Müştərilər öz öhdəliklərini vaxtında, tələb 

olunan  həcmdə  ödəyə  bilmədikləri  üçün  bir  çox  bankların  maliyyə 

vəziyyətləri gərgindir.  

Maliyyə  sistemi  istər  sənayedə  və  istərsə  də  kənd  təsərrüfatında 

istehsala iki t

ərəfdən  mənfi  təsir  göstərir.  Birincisi,    kiçik  və  orta 

sahibkarlığa  əməli  maliyyə  dəstəyi  verən  bank  sisteminin 

yaradılmaması, ikincisi, sahibkarlıq həvəsinə düşüb kredit əldə edən və 

əldə  olunan  vəsaitin  təyinatına  uyğun  xərcləməyən  subyektlərin 

meydana 

gəlməsi.  Subyektiv  amillər  üzrə  yaradılmış  kiçik  və  orta 

maliyyə  strukturların  əsaslandırılmamış  yüksək  faizlərlə  borc  verməsi 

müştərilərin isə əldə etdikləri vəsaiti bəzən hara gəldi,  yəni təyinatdan 

kənar xərcləməyi üstün tutmaları iqtisadiyyata mənfi təsir göstərir. Pul 

verilir,  pul  «xərclənir»  nəticədə  isə  istehsal  yerində  sayır,  bank  isə 

müflisləşir.  İstehsalı  dirçəltmək,  bank  işini  sağlamlaşdırmaq  üçün  hər 

iki  tərəfin  maraqlarını  uyğunlaşdırmaq  lazımdır.  Elə  bir  təsərrüfat 

mexanizmi  yaratmaq  lazımdır  ki,  bankların  fəaliyyəti  istehsalçıların 

fəaliyyətləri ilə və əksinə blokirovkalansın. Bank fəaliyyəti üzərində və 

istehsal  fəaliyyəti  üzərində  dövlət  nəzarəti  gücləndirilməlidir.  Üç 

istiqamətdə iş aparılmalıdır: 

1)  kiçik  və  orta  sahibkarlığın  inkişafına  yönəldiləcək  kapital 

vəsaiti yaratmaq; 

2) marketinq fəaliyyətini gücləndirmək; 

3) qiymət stimulu formalaşdırmaq. 

Dövlət  öz  işini  göstərilən  bu  üç  istiqamətdə  qurmağı  bacarır, 

nəticədə istehsalda əmək məhsuldarlığı yüksələr və eyni zamanda əməli 

özəlləşdirmə  üçün  şərait  yaranar.    Ən  başlıcası  isə  maraqların 

uyğunlaşdırılması  baş  verir.  İstehsal  iqtisadi  yüksəlişin  əsas  mənbəyi 

olduğuna  görə,  dövlət  və  onun  münasib  strukturları  öz  fəaliyyətlərini 

onun üzərində çalışırlar. Eyni zamanda istehsalı sevən, onun inkişafını 

təmin edən kollektivlər, sahibkarlar dövlət qayğı və köməyindən istifadə 

etmək sahəsində üstünlüklərə malik olmalıdırlar. 



 

 

371 



Beynəlxalq  iqtisadi  əlaqələrin  nəticəsi  sonda  öz  əksini  ticarətin 

genişlənməsində  tapır.  Lakin  bunun  üçün  ilkin  şərt  xarici  ölkələrlə 

müvafiq  saziş  və  müqavilələrin  bağlanmasıdır.  Bunu  nəzərə  alaraq 

müstəqillik  qazandıqdan  sonra  respublikamız  onlarla  xarici  ölkə  ilə 

ticarət-iqtisadi  əməkdaşlıq  haqqında  saziş  və  müqavilələr  bağlamışdır. 

Qədim  “İpək  yolu»  haqqında  razılaşmalar  da  Çin,  Özbəkistan, 

Türkmənistan,  Gürcüstan,  Rumıniya, Almaniya  ilə  bağlanmış 

dövlətlərarası  sazişlərin  bağlanması  nəticəsində  mümkün  olmuşdur. 

“İpək yolu”nun çox böyük beynəlxalq əhəmiyyəti var və o Azərbaycanı 

keçmişdə  olduğu  kimi  beynəlxalq Avropa-Qafqaz-Asiya transmilli 

nəqliyyat dəhlizinin mərkəzinə çevirəcəkdir. 

Xarici kompaniyaların köməyi ilə həyata keçirilən Traseka proq-

ramı  başa  çatdıqdan  sonra  “İpək  yolu”  üzrə  işlərin  reallaşması 

sürətlənəcək.  Bununla  yanaşı, BMT-nin  Baş  Assambleyasının  Ticarət 

və  İnkişaf  Konfransı  (İMSTD)  ilə  əlaqələr  inkişaf  etdirilir  və  bu 

təşkilatın geniş imkanlarından tranzit daşımalar sahəsində mövcud olan 

problemlərin həllində səmərəli istifadə olunması qarşıya qoyulmuşdur. 

Azərbaycan  Respublikası  Beynəlxalq  İctimai  Təşkilatlarla  əla-

qələrini möhkəmləndirir. Hazırda ölkəmizin Beynəlxalq Valyuta Fondu 

(BVF),  Ümumdünya  Ticarət  Təşkilatı  (UTT),  Dünya  Bakı  (DB), 

Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı  (AYİB),  İslam  İnkişaf  Bankı 

(İİB)  kimi  görkəmli  təşkilatlarla  sıx  əlaqələri  yaranıb  və  inkişaf 

etməkdədir.  Bundan  başqa,  respublikamız  bir  sıra  beynəlxalq  saziş  və 

müqavilələrə  qoşulub,  MDB,  İqtisadi  Əməkdaşlıq  Birliyi,  Qaradəniz 

sahili  ölkələr  birliyi  kimi  iqtisadi  birliklərə  daxil  olmuşdur. 

Azərbaycanın  da  daxil  olduğu  Xəzərsahili  dövlətlərin  birliyi, 

Ümumqafqaz evi, GUAM kimi yeni iqtisadi bir

liklər də yaradılmışdır. 

Ölkə  iqtisadiyyatında  baş  verən  liberallaşdırma  prosesləri  ilə  yanaşı 

göstərdiyimiz  beynəlxalq  sazişlər,  birliklər,  təşkilatlar  Azərbaycana 

xarici investisiya qoyulu

şuna  maraqları  artırır.  Hələlik  böyük  həcmli, 

xarici investi

siya əsasən neftçıxarma sənayesinin inkişafına yönəldilir. 



 

 

372 



Neftçıxarma sənayesinə və onunla bağlı digər sahələrə 30 milyard 

ABŞ dolları həcmində investisiya qoyulması haqqında dünyanın Böyük 

Britaniya,  ABŞ,  Fransa,  İtaliya,  İran,  Yaponiya,  Norveç,  Türkiyə, 

Səudiyyə  Ərəbistanı,  Rusiya  və  s.  kimi  aparıcı  dövlətlərinin  neft 

şirkətləri ilə kontranktlar bağlanmış və bu iş indi də davam etməkdədir. 

Məsələ  burasındadır  ki,  Xəzər  dənizinin  Azərbaycan  bölməsi, 

mütəxəssislərin  fikrinə  görə  dünyanın  ən  perspektivli  neft  və  qazla 

zəngin olan hövzələrindən biri sayılır və göstərilir ki, burada neft, qaz 

və  kondensatın  ümumi  ehtiyatı  8  milyard  ton  şərti  yanacaqdan  da 

çoxdur.  

1994-1997-

ci  illərdə  9  iri  beynəlxalq  neft  kontraktları  bağlan-

mışdır. Onlardan ən irisi “Əsrin kontraktı” adlanır. Bu kontrakt Azəri-

Çıraq  yataqlarının  və  Günəşli  yatağının  dərin  su  qatlarında  yerləşən 

hissəsinin  işlənməsi  üçün  yeddi  xarici  ölkələrin  neft  kompaniyalarını 

cəlb etməklə 1994-cü il sentyabrın  20-də bağlanmışdır. Ümumi şəkildə 

bu kontraktda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 

ilə  yanaşı  11  xarici  neft  kompaniyası  iştirak  edir.  “Məhsulun  pay 

bölgüsü” tipli bu 

kontrakta  görə  30  il  müddətinə  yataqlardan  500-600 

milyon  ton  neft  və  200  milyard  kubmetrdən  də  çox  qaz  çıxarılacağı 

proqnozlaşdırılır (keçən 7-8 il ərzində əldə edilən nəticələr   göstərir ki, 

proqnoz  rəqəmlər  əldə  ediləcək).  “Əsrin  kontraktı”  7,5  milyard  ABŞ 

dolla


rı  məbləğində  vəsait  tələb  edir.  Qoyulan  şərtlərə  görə  investisiya 

xərcləri ilk 8-10 il ərzində ödənilməlidir. Kontraktdan əldə edilən gəlirin 

məbləğinin  80  milyard  olacağı  gözlənilir  ki,  onun  da  50%-i res-

publikanın  sərəncamında  qalmalıdır.  Biz  1994-1997-ci illərdə 

bağlanmış 9 iri kontraktın biri haqqında geniş məlumat veririk. Hazırda 

isə bağlanmış beynəlxalq neft kontraktların sayı 20-ni ötmüşdür. 

Qeyd etdiyimiz kimi müqavilələr “pay bölgüsü” prinsipinə əsasən 

bağlanır və hər bir kompaniyanın payı ayrıca olaraq qabaqcadan təyin 

edilir.  Əyanilik  üçün  cədvəl  39-da 1994-1997-ci  illərdə  bağlanmış  bir 

neçə neft müqaviləsinin adı, iştirak edən ölkələrin siyahısı və “məhsulun 

pay bölgüsü”ündə faizlə payı göstərilmişdir.    


 

 

373 



 

Cədvəl 39 

 

Azərbaycan Respublikasının 1994-1997-ci illərdə bağlandığı bir 

neçə neft müqavilələrində xarici kompaniyalar  

və onların payı (%-lə) 

 

Müqavilənin adı və bağ-

lanma tarixi 

Ölkələr 


Kompaniy

alar 


Payları 

(%-


lə) 

 

 



 

Azəri,  Çıraq,  Günəşli 

(20.09.94) 

(“Əsrin 


müqavi

ləsi”) 


Norveç 

Səudiyyə 

Ərəbistanı 

ABŞ 


ABŞ 

ABŞ 


ABŞ 

Böyük 


Britaniya 

Böyük 


Britaniya 

Türkiyə 


Rusiya 

Yaponiya 

Statol 

 

Delta 



AMOCO 

Unocal 


Exxon 

Pennzoil 

BP 

Remco 


TPAO 

Lukoil 


Itochu 

8,56 


1,68 

 

17,01 



10,05 

8,0 


4,81 

17,13 


2,08 

6,75 


10,00 

3,92 


Qarabağ (11.10.96) 

İtaliya  

Rusiya  və 

İtaliya 


ABŞ 

Rusiya 


Agip 

Luk Agip 

Pennzoil 

Lukoil 


5,0 

45,0 


30,0 

12,5 


Lənkəran-Dəniz 

Talış-Dəniz 

(01.13.97) 

Fransa 


Fransa 

İran 


Almaniya 

Elf 


Acquitain

Total 



20,0 

10,0 


10,0 

10,0 


 

 

374 



Belçika 

OIEC 


Deminex 

Petrofina 

5,0 

Yalama, Samur,  



D-222 

(07.04.97) 

ABŞ 

Rusiya 


ARCO 

Lukoil 


27,6 

32,4 


Oğuz (08.01.97) 

ABŞ 


Mobil 

50,0 


Naxçıvan, D3 

(08.01.97) 

ABŞ 

Exxon 


50,0 

Abşeron (08.01.97) 

Fransa 

ABŞ 


Total 

Şevron 


20,0 

30,0 


 

 

 

 

 

 

2.5. 

İqtisadiyyatın açıqlılıq səviyyəsi 

 

“Азярбайъан дювлятинин стратежи 

 

йолу йалныз демократийа, сярбяст  

игтисадиййат вя сащибкарлыг йолудур” 

 

Щ.Я.ЯЛИЙЕВ 

 

Hər bir ölkənin iqtisadiyyatı açıq olmalıdır. İndi bu fikir hər yerdə 

səslənir  və  doğrudanda  belədir.  İqtisadiyyatı  optimal  inkişaf  etdirmək 

üçün  xarici  əlaqələri  genişləndirmək,  dünya  təsərrüfat  sisteminə 

bağlanmaq  lazımdır.  Lakin  bu  məsələnin  həllində  hər  bir  ölkə  öz 

maraqlarını nəzərə almalıdır. İlk növbədə, daxili bazarı genişləndirmək 

və  onu  vətən  məhsulları  ilə  doldurmaq  lazımdır.  Bunun  üçün  isə 

istehsalın  strukturu  daxili  tələbatın  strukturuna  maksimum  uyğun 



 

 

375 



gəlməlidir. Planlaşdırma və idarəetmədə bu məsələlərin nəzərə alınması 

üçün  istifadə  edilən  göstərici  “Xarici  ticarət  dövriyyəsinin  ÜDM-da 

xüsusi  çəkisi”  göstəricisidir.  Bu  göstərici  müəyyən  dövr  üçün  (adətən 

bir i


l) əldə edilmiş xarici ticarət dövriyyəsini (ixrac və idxalın cəmini) 

həmin  dövrdə  istehsal  edilən  ÜDM-a  bölməklə  təyin  edilir.  Onun 

normativ  qiymətini  inkişaf  etmiş  ölkələrin  əldə  etdikləri  nəticələri 

nəzərə almaqla tapmaq olar. Məsələn, dünyanın ABŞ və Yaponiya kimi 

iqtisadi  cəhətdən  qüvvətli  dövlətlərində  bu  göstərici  15-16  faiz  təşkil 

edir. Cədvəldə     40-da 1990-2000-ci illərdə Azərbaycan Respublika-

sında  xarici  ticarət  dövriyyəsi  ilə  Ümumi  Daxili  Məhsulun  həcmi 

arasında nisbət göstərilmişdir. 



 

 

 

 



 

 

Cədvəl 40 



 

1990-2000-

ci illərdə Azərbaycanda xarici ticarət dövriyyəsinin 

ÜDM-

da xüsusi çəkisi 

 

 



Ölçü 

vahidi 


1996 

1997 


1998  1999 

2000 


UDM 

mln 


ABŞ dol 

 

3180,8 



 

3960,9 


 

4446


,6 

 

4583



,6 

 

5267,8 



Xarici 

ticarət 


dövriyyəsi 

 

--“-- 



 

1981,3 


 

2183,4 


 

2601


,6 

 

2458



,6 

 

3397,3 



XTD-nin 

UDM-da 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

376 



xüsusi 

çəkisi 


62,0 


51,1 

59,2 


53,6 

64,7 


 

Göründüyü  kimi  Azərbaycan  Respublikasının  Dünya  bazarından 

asılılığı çox yüksəkdir və 2000-ci ildə bu asılılıq 64,7% təşkil etmişdir. 

Bu  göstəricidən  başqa  dünya  iqtisadiyyatında  hər  bir  ölkə 

iqtisadiyyatının  açıqlılıq  səviyyəsinə  də  qiymət  verilir.  İqtisadiyyatın 

açıqlılığını  xarakterizə  edən  göstəricilərə  “UDM-da  ixracın  kvotası” 

(İxracın  UDM-a  nisbəti,  faizlə);  “Ayrı-ayrı  məhsul  və  xidmət  növləri 

istehsalında  ixracın  kvotası”  (məsələn:  neftin  ümumi  hasilatında  ixrac 

olunan  neftin  xüsusi  əçkisi);  “İstehlakda  idxalın  xüsusi  çəkisi” 

(məsələn: ölkədə il ərzində istehlak olunan buğdanın ümumi həcmində 

idxal  olunan  buğdanın  xüsusi  çəkisi)  göstəriciləri  kimi  göstəricilər  də 

aid edilir.  

Azərbaycan  Respublikasının  ixrac  kvotası  cədvəl  41-də 

verilmişdir.  Göründüyü  kimi  ölkəmizdə  ixrac  kvotası  çox  yüksəkdir. 

Lakin 1996-

cı  ilə  nisbətən  2000-ci  ildə  kvota  12,6  faiz  punktu  aşağı 

düşmüş və 2000-ci ildə  29,5% təşkil etmişdir.  Müqayisə üçün  göstərə 

bilərik ki, Rusiyada bu göstərici 10-15% təşkil edir. 

 

 

 



 

Cədvəl 41 

 

1996-2000-

ci illərdə Azərbaycan Respublikasında ixrac 

kvotasının dəyişməsi 

 

 

Ölçü 



vahidi 

1996 


1997 

1998 


1999 

2000 


UDM 

mln 


ABŞ dol 

 

3180,8 



 

3960,9 


 

4446,6 


 

4583,6 


 

5267,8 


 

 

377 



İxracın 

məbləği 


 

--“-- 


 

1337,6 


 

1375,2 


 

1723,9 


 

1433,4 


 

1539,0 


İxracın 

kvotası 


 

 



42,1 

 

34,7 



 

38,8 


 

33,7 


 

29,5 


 

 


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin