7. Faizsiz maliyyə məhsulları
7.1. Faizsiz Bankçılığa dair əlavə məlumatlar. Hal-hazırda
Faizsiz Bankçılıq (interest-free banking) kimi tanınan maliyyə
institutları tarix boyu mövcud olan ənənəvi banklardan fərqlənirlər.
Bu fərqliliyin əsas cəhətini qısaca olaraq Faizsiz Bankların istənilən
maliyyə xidmətlərində faiz kimi meydana çıxa biləcək əməliyyatların
aparılmaması kimi xarakterizə etmək olar. Amma onu da qeyd edək
ki, Faizsiz Bankçılığın təməli sayılan nəzəri məsələlərdə “faiz” və
“gəlir”-ə yanaşma müasir ənənəvi bank sisteminin meydana
gəlməsinin vətəni sayılan Qərbin iqtisadi fikir nümayəndələrinin
baxışlarından köklü şəkildə fərqlənir. Bu baxımdan da mövcud
Faizsiz Bankların fəaliyyət prinsipləri özünəməxsus konseptual
əsaslara malikdir.
27
7.2. Mudarəbə
Mudarəbə
8
- bir tərəfdən sərmayənin (maliyyə vəsaitinin) digər
tərəfdən isə əməyin (innovasiya, ixtira, xüsusi layihələr, işgüzarlıq
bacarığı) iştirak etdiyi ortaqlıq növüdür. Bu razılaşmaya əsasən əmək
sahibi olan şəxs sərmayəçi tərəfindən ona verilən maliyyə vəsaitini
işlətmək və idarə etmək hüququna malik olur. Təbii ki, belə bir
ortaqlıq razılaşmasında sərmayədar pulu ilə iştirak etdiyi üçün onun
şirkətdəki payı qoyduğu vəsaitin həcmi ilə ölçüldüyü halda,
mudaribin (yəni, əməyi ilə çıxış edən şəxs) şirkətdəki payı onun bu
işə çəkdiyi əməyin dəyəri ilə qiymətləndirilir. Bu səbəbdən də hər iki
tərəf mudarəbə üzrə işgüzar fəaliyyətə başlamazdan əvvəl öz
aralarında əldə ediləcək gəlir üzrə faiz dərəcələri ilə pay
müəyyənləşdirirlər. Məsələn, sərmayəçi 60%, mudarib 40% və ya
sərmayəçi 50%, mudarib 50% kimi şəklində razılaşa bilərlər. Bütün
bu bölgülər işin quruluşundan, həcmindən və digər göstəricilərdən
asılıdır. Əlbəttə ki, razılıqla əldə olunmuş faiz dərəcələri xeyirlə
yanaşı ziyana ortaqlığı da özündə əks etdirir.
9
Qeyd edək ki, mudarəbə üzrə aparılan bank fəaliyyət növü
özlüyündə iki hissəyə ayrılır. Özəl mudarəbə və müştərək (şərikli)
mudarəbə.
Özəl mudarəbə dedikdə burada sərmayəçi əmək sahibi ilə əmək-
daşlığa başlayarkən onun qarşısında bir sıra şərtlər qoyur. Məsələn,
bu fəaliyyət növünə görə sərmayəçi mudaribdən pulu yalnız bu
bölgədə, bu sahədə, bu biznes növündə işlətmək barəsində şərtlər
qoya bilər. Belə ki, mudarəbədə əmək sahibi hər hansı bir layihə
(biznes plan) hazırlayaraq sərmayədarın yanına gəlir. Onunla razıla-
8
Prof. Dr.Abdulaziz Bayındır/Ticaret ve Faiz, İstanbul – 2007, səh.261
9
Meybullayev Məhəmmədhəsən Xanlar oğlu İslam İqtisadiyyatı //
monoqrafiya, Ünsiyyət nəşriyyatı, Bakı – 2001, səh. 188-200;
28
şır və sərmayəçinin ona təqdim etdiyi maliyyə vəsaitini əldə edərək
həmin pulun idarə edilməsində tam səlahiyyət əldə edir.
Amma özəl mudarəbə də mudarəbə fəaliyyətinin bir forması
olmasına baxmayaraq burada sərmayədar layihələrin hazırlanmasın-
da mudaribə təsir etmək və istiqamətlər vermək kimi imkanlara ma-
lik olur.
Mudarəbə əqdləri ümümi olaraq aşağıdakı şərtlər olduğu halda
düzgün sayılır:
1. Sərmayənin pul şəklində və nəğd olması;
2. Əqd bağlanan vaxtı sərmayənin məbləği razılaşdırılmalı və
onun mudaribə təqdim edilməsinin dəqiq vaxtının təsbit olunması;
3. Əldə ediləcək qazancın hər iki tərəf arasında bölgüsünü
göstərən açıq-aydın bir meyarın müəyyənləşdirilməsi (məsələn, üçdə
bir, ikidə bir, 40% və s.);
4. Hər ik tərəfin gəlir həddinin əvvəlcədən müəyyənləşdirilməsi;
5. Əmək sahibinə veriləcək payın mütləq əldə edilmiş gəlirdən
olması.
10
Mudarəbə əqdlərində bir qayda olaraq iki tərəf iştirak edir. Bu
tərəflər hüquqi formalarından, təşkilati quruluşundan, ictimai mövqe-
yindən asılı olmayaraq (hüquqi şəxs, fiziki şəxs, əmanətçi, bank və
s.) Rabbul-mal və Mudarib olaraq iki subyektə ayrılırlar.
Burada rabbul-mal sərmayə sahibinə yəni investora (sərmayəçi-
yə) deyilir. Mudarib isə təşəbbüskar, əmək sahibi quruma, şəxsə
verilən addır.
Bizim hal-hazırda mövzumuz faizsiz bankçılığa həsr edildiyi
üçün burada mudarib kimi əsas olaraq Faizsiz Banklar nəzərdə tutu-
lur.
10
Yrd. Doç. Dr. İsmayıl Özsöy/Özəl Finans Kurumları, İstanbul, 1997, səh
133
29
Bu səbəbdən də burada özəl mudarəbədə rabbul-mal qismində
çıxış edənlər əsasən Faizsiz Banklarda özəl mudarəbə prinsipləri üzrə
sərmayə hesabı açan istənilən şəxs nəzərdə tutulur. Qeyd edək ki,
özəl mudarəbə prinsipləri üzrə banka sərmayə qoyan pul sahibi
bankın yalnız müəyyən bir layihəsinə ortaq olur. Onun vəsaiti bankın
digər layihələrinə və fəaliyyət sahələrinə cəlb edilmir. Belə olduğu
halda sərmayəçinin gəlirləri də yalnız bankla razılaşdırılmış mövcud
layihə çərçivəsində müəyyənləşdirilir.
Özəl mudarəbə yolu ilə həyata keçirilən fəaliyyəti aşağıdakı
praktiki misalda daha aydın izah etməyə çalışaq.
Məsələn, A şirkətinin sahibi faizsiz bankçılıq fəaliyyətini həyata
keçirən B bankında özəl mudarəbə üzrə sərmayə qoymaq istəyir. Bu
halda o, banka gələrək onunla danışıqlar aparır və bildirir ki, onun
verdiyi 100.000 manat maliyyə vəsaiti Yevlax rayonunda, tomat
istehsalı sahəsinə qoyulsun. Həmçinin, əldə ediləcək gəlirin 40%-ni
banka verəcəyi, 60%-ni isə özünə götürəcəyi ilə bağlı razılaşırlar.
Bank da həmin vəsaiti işlədir. Nəticədə bir ilin maliyyə hesabatlarına
görə 1000 manat mənfəət əldə edilməsi müəyyənləşdirilir. Bu halda
A sərmayədar 1000 manatın 60%-i olan 600 manat pulu, bank isə
1000 manatın 40%-i olan 400 manat pulu götürür.
Digər bir hala görə tomat şirkəti zərərlə işləyərək maliyyə ilinin
sonunda 1000 manat ziyan edildiyi müəyyənləşdirilir. Belə olduğu
halda sərmayədar pulunun bir hissəsini itirir, bank isə bu iş üçün sərf
etdiyi əməyi itirir.Yəni, bu halda bank heç bir maliyyə məsuliyyəti
daşımır. Çünki layihə və istiqamət sərmayəçi tərəfindən müəyyənləş-
dirildiyi üçün burada mudarəbə qismində çıxış edən bank artıq “özəl
işçi” vəziyyətinə düşür. Bu məsələnin İslam fiqhində daha geniş iza-
hı olduğu üçün burada bu məsələni qısaca izah etməklə kifayətlən-
dik.
Bu mövzunu ümumiləşdirsək qısaca olaraq özəl mudarəbədə
xeyir və zərərin bölgüsünü aşağıdakı kimi sistemləşdirə bilərik:
30
a) Xeyir olduğu halda (yəni, işdən mənfəət əldə edildikdə):
Bank ilə sərmayə sahibi arasında əvvəlcədən müəyyən edilmiş faiz
və digər göstəricilər nisbətində bölgü aparılır;
b) Xeyir və zərər birbirinə bərabər olduğu halda: Sərmayə öz
sahiblərinə olduğu kimi geri qaytarılır. Gəlir olmadığı üçün də bank
da bir şey əldə etmir;
c) Zərər olduğu halda: Layihənin həyata keçirilməsi nəticəsində
dəymiş bütün maddi ziyan sərmayə sahibi tərəfindən ödənilir və
bank buna qarışmır. Bank sadəcə olaraq özünün işçiləri ilə çəkdiyi
əməyə görə ziyan çəkmiş olur.
Müştərək mudarəbə - faizsiz bank sektorunun geniş istifadə
etdiyi maliyyə alətlərindən biridir. Bankın bu növ fəaliyyət prinsiplə-
rinə əsasən faizsiz qurum əmanətçilərdən və sərmayəçilərdən
maliyyə vəsaitlərini toplayaraq iş adamlarına, təşəbbüskarlara təqdim
edərək həmin vəsaitlərin səmərəli şəkildə istifadəsini təşkil edir.
Göründüyü kimi bank ona vəsait qoyan əmanət sahibləri və
sərmayəçilər qarşısında mudarib kimi çıxış edir. Vəsaitin işlənməsi,
idarə edilməsi və gəlirli sahələrə yatırılması məsələlərində sərmayə
sahibləri qarşısında öhdəlik götürür. Amma, burada özəl
mudarəbədən fərqli olaraq bank əmanətçilərdən toplanmış maliyyə
vəsaitlərini özü deyil, mudarib sifətində çıxış edən üçüncü bir
iştirakçıya təqdim edir. Yəni, bank həmin vəsaitləri sahibkarlara,
biznes təşəbbüsündə olan şəxslərə təqdim edir. Belə olduğu halda
bank sərmayədarlarla sahibkarlar arasında vasitəçiyə çevrilir. Lakin,
bu heç də bankın səlahiyyətlərinin və məsuliyyətinin azalması demək
deyildir. Əslində başqasının vəsaitini işlədən bank bir tərəfdən
sərmayə sahibləri ilə müqavilə bağlayan zaman mudarib qismində
çıxış etdiyi halda digər tərəfdən sahibkarlarla toplanmış vəsaitlərin
istifadəsi üzrə müqavilə bağlayanda rabbul-mal (sərmayə sahibi)
qismində çıxış edir. Bunu aşağıda göstərilən sxem 1-də daha aydın
təsvir etmək olar:
31
Sxem 1. Mudariblər üzrə pul hərəkəti.
1. Rabbul-mal (əmanət sahibləri və ya sərmayədarlar) sahibləri
öz vəsaitlərini faizsiz banklara təqdim edirlər.
2. Birinci mudarib: burada bank sərmayəçilər qarşısında muda-
rib qismində çıxış edərək onların maliyyə vəsaitlərini toplayır. Eyni
zamanda bank əldə etdiyi sərmayəni üçüncü bir tərəf olan sahibkarla-
ra və biznes təşəbbüsündə olan şəxslərə təqdim edir.
3. İkinci mudarib: burada sahibkar ikinci mudarib qismində
çıxış edərək bankdan təqdim edilmiş layihəyə uyğun olaraq müəyyən
məbləğdə vəsaiti alır. Qeyd edək ki, bank ilə iş adamı arasında
mudarəbə aktı layihənin həcminə və xüsusiyyətinə uyğun olaraq
əvvəlcədən razılaşdırılmış pay hissəsi bölgüsü (faizlə və ya hissə
bölgüsü) əsasında həyata keçirilir.
Qeyd edək ki, bank maliyyə vəsaiti əldə etmək üçün sahibkarlar-
dan, təşəbbüskarlardan daxil olmuş çoxlu sayda layihələri dərindən
qiymətləndirir. Bunun üçün bankın səriştəli mütəxəssisləri layihələ-
rin rentabelliyini, reallığa uyğunluğunu, xərclərin qənaətliyini, tərtib
edilmiş biznes planların qoyulmuş tələblərə uyğunluğunu və
müraciət edən şəxslərin etibarlılıq dərəcəsini peşəkarcasına yoxlayır-
lar. Ciddi seçim prosesinə söykənən prosedurlardan keçən layihələr
maliyyələşdirilmək üçün bankın rəhbər orqanlarına təqdim edilir.
Maliyyə ayrılmış layihələrinin icrası prosesində isə bankın əməkdaş-
ları işin gedişatını izləyərək mütəmadi olaraq lazımi məsləhətləri və
texniki yardımları göstərir və baş verə biləcək hər hansı bir çətinlik-
lərin ardan qaldırılmasında sahibkarla yaxından əməkdaşlıq edirlər.
Birinci
mudarib
Bank həm də
rabbul mal
İkinci mudarib
(borc alan)
Sərmyə
sahibi
rabbul-mal
32
Bu baxımdan bank ilk baxışdan sadəcə olaraq sərmayə sahibini vəsa-
itini sahibkara təqdim etməklə vasitəçi kimi görünsə də, əslində işin
ağırlığını və məsuliyyətini daşımaqla əldə edilən xeyirə ortaq olmaq
hüququnu və haqqını tam olaraq qazanmış olur.
Müştərək mudarəbənin aparılması ilə bağlı sadə bir misal gətirək.
A bankı 10 nəfər şəxsin hərəsindən 100 manat olmaqla əmanət
toplayır. Bu da ümumilikdə 1000 manat pul edir. Bank bu əmanətləri
toplayan zaman sonda əldə ediləcək gəlirdən pul sahiblərinə 50%,
banka 50 % verilməklə əvvvəlcədən razılaşma həyata keçirir. Sonra
ona müraciət edən 5 firma və təşəbbüskarın layihələrini qiymətləndi-
rir. Nəticədə qərara gəlir ki, 2 layihənin, hərəsinə 500 manat olmaqla
pul versin. Həmin işadamlarının hər biri ilə razılaşmaya əsasən
görülən işin sonunda gəlir olduğu halda bank 60%, mudarib (iş
adamı) isə 40%-ə sahib olacaqdır. İlin sonunda hesablamalara görə
hər müqavilə üzrə 100 manat gəlir (vergi, əmək haqqı və
s.çıxılmaqla) əldə edilmişdir. Sonda bank hər layihə üzrə müqavilə
prinsiplərinə uyğun olaraq (100 manatın 60%-i=60 manat) 60 manat
olmaqla ümumilikdə iki sahibkardan birlikdə 120 manat pul alır.
Sonra əldə edilmiş 120 manat gəliri sərmayəçilərlə əvvəlcədən
razilaşdırılmış 50%-50% prinsipinə uyğun olaraq bölüşür. Yəni, 120
manat vəsaitin 60 manatı banka, 60 manatı isə sərmayəçilərə təqdim
edilir. Sərmayəçilərin sayının da 10 nəfər olduğunu və onların da
ümumi qoyulan məbləğdə eyni paya malik olduqlarını da nəzərə
alsaq, onda 60 manat pulu da 10 nəfər arasında bölərək, hər
əmanətçiyə 6 manat pul vermiş oluruq.
Bu misalımız ümumi xarakter daşıyır. Çünki, real həyatda
sərmayə-bank-sahibkar arasında razılaşmalar və gəlirlərin bölgü-
sündə hesablamalar daha mürəkkəb ola bilər.
Faizsiz bankçılıqda mudarəbə əməliyyatları daha dərin və mürək-
kəb iş sisteminə malikdırlər. Lakin, bu kitabda həmin məsələlərin
33
tam izahı qarşıya məqsəd qoyulmadığı üçün müəyyən təsəvvürlərin
yaranması ilə kifayətlənirik.
7.3. Muşarakə
Yuxarıda biz mudarəbə haqqında qismən də olsa, məlumat
verdik. Burada isə Faizsiz bankçılıqda daha çox istifadə olunan
muşarakə barəsində söhbət açacağıq.
Muşarəkə mahiyyət etibarilə birgə, yəni ortaqlıq prinsiplərinə
əsaslanan şirkətin qurulması, biznes fəaliyyətinin həyata keçirilməsi
və hər hansı bir kommersiya layihəsinin həyata keçirilməsini ehtiva
edir. Qeyd edək ki, faizsiz bankların mudarəbə yolu ilə həyata
keçirdikləri maliyyə əməliyyatlarında əgər bir tərəf pul sahibi, digər
tərəf isə biznes layihəsi olan təşəbbüskar, sahibkar iştirak edirdisə,
müşarakədə isə konkret bir layihənin həyata keçirilməsi məqsədilə
hər iki tərəf də öz maliyyə vəsaiti ilə iştirak edir.
11
Belə olduğu təqdirdə Banka maliyyə vəsaiti almağa gələn
müştəri öz layihə təklifini hazırlamaqla yanaşı özünün maliyyə im-
kanlarını da nəzərə alır. Müşarakə üzrə həyata keçirilən əməliyyatlar-
da müştəri (sahibkar, biznes təşəbbüsündə olan şəxs) layihəni banka
təqdim edir və danışıqlar əsasında iqtisadi fəaliyyətin mükafatı kimi
sonda əldə ediləcək gəlirdə öz hissələrini müəyyənləşdirirlər. Qeyd
edək ki, bu sövdələşmədə müştəri işin həyata keçirilməsi üzrə
hüquqi, təşkilatı məsələlərin də həllini öz üzərinə götürür. Bu
səbəbdən də çox zaman müştəri müştərək biznesdən əldə edilmiş
gəlirdən daha çox pay əldə etmək imkanı qazanır. Bununla yanaşı
əgər, müştəri biznes layihəsində öz biliyi və bacarığı ilə işçi kimi də
çalışırsa, bu zaman onun (bu çox adam da ola bilər) əmək haqqısı da
11
Meybullayev Məhəmmədhəsən Xanlar oğlu İslam İqtisadiyyatı//
monoqrafiya. Ünsiyyət nəşriyyatı
34
müəssisənin xərclərinə salınır. Məhz bütün xərclər ödənildikdən
sonra əldə olunan mənfəət şərik tərəflər arasında müqavilə üzrə
razılaşdırılmış paylara uyğun olaraq bölünür.
Bununla yanaşı həyata keçirilən iqtisadi fəaliyyətin uğursuzluqla
nəticələnməsi halında ziyanın həcmi müəyyənləşdirilir və hesablan-
mış məbləğ muşarəkə əməliyyatında iştirak edən tərəflər arasında öz
hissələrinə uyğun olaraq bölünür.
Bunu misalda belə izah etmək olar. A firması Göyçay rayonunda
beynəlxalq standartlara cavab verən yeni bir zavod tikmək istəyir.
Zavodun da dəyəri 10 mln. manatdır. Həmin obyektin tikintisi üçün
layihələr Faizsiz Banka təqdim olunur. Bankın mütəxəssisləri
layihəni qiymətləndirir və nəticədə muşarəkə prinsipləri əsasında bu
layihəyə 4 mln. manat maliyyə vəsaiti yatırılması qərara alınır.
Bankla A firması arasında müqavilə bağlanır. Bu müqaviləyə əsasən
də müştəri şirkət öz tərəfindən layihəyə 6 mln. manat pul qoyur və
bütün təşkilati, hüquqi məsələrin həllini öz üzərinə götürür. Buna
gərə də müştəri muşarəkə üzrə gəlirdə 70% hissəyə malik olur. Bank
isə 4 mln. manat pulun verilməsini öhdəsinə götürməklə yanaşı, iş
prosesində mütəmadi olaraq müasir təcrübəyə əsaslanan idarəetmə
təlimatlarını şirkətə təqdim edir. Bu səbəbdən də Bank gəlirdə 30%
hissə ilə razılığa gəlir. Birgə fəaliyyət nəticəsində 100 000 manat
mənfəət (vergilər, işçilərin əmək haqqısı və s. çıxılmaqla) əldə
olunur. Nəticədə, Bank özünün layihədəki 30% payına görə
(100 000*0,30%) 30 000 manat, A firması isə (100 000*0,70%)
70 000 manat pul qazanır. Əgər, ziyan olsa idi onda dəymiş zərər
hesablanaraq yenə də müqavilədə razılaşdırılmış şərtə uyğun olaraq
70%-30% tərəflər arasında bölünəcəkdir.
Qeyd edək ki, muşarəkə sistemi tətbiq olunduğu müddət ərzində
qurulmuş zavod hər iki tərəfinin mülkiyyəti sayılır və bir tərəfin
razılığı olmadan həmin əmlakın satılmasına, hüquqi formasının
dəyişdirilməsinə icazə verilmir.
35
Muşarəkə sənaye, tikinti, ticarət və son zamanlar artıq
iqtisadiyyatın demək olar əksər sahələrində tətbiq olunur.
Bu tip maliyyə metodu Bankı bir çox layihələrdən müxtəlif hissə
payına uyğun olaraq mütəmadi pul gəlirləri ilə təmin edilməsində
çox böyük əhəmiyyətə malikdir. Lakin, bəzi hallarda bu müştərini
qane etmir və layihəni banka təqdim edən tərəf gec-tez mülkiyyətə
tam sahiblik hüququ əldə etmək istəyir. Bu səbəbdən də faizsiz
bankçılıq prinsipləri üzrə fəaliyyət göstərən bir sıra qurumlarda yeni
maliyyə aləti irəli sürülmüşdür ki, buna da Muşarəkəyi-mutenasika
deyilir.
Muşarəkəyi-mutenasika (diminishing musharaka) Azərbaycan
dilinə təcümə edildikdə azalan şəriklik (ortaqlıq) mənasını verir.
Adından da göründüyü kimi Bank bəzi müştərilər ilə muşarəkə
prinsipləri üzrə əməliyyatlar həyata keçirən zaman bunun hansı tip
muşarəkə olacağını da əvvəlcədən müəyyənləşdirir. Bu razılaşmaya
əsasən Bank layihə üzrə ona aid olan payının hissə-hissə
ödənilməsini müştəridən tələb edir. İlbəil Bankın gəlirdəki hissələri
ödənilməklə yanaşı azalan pay üzrə faiz ortaqlığına uyğun gələn
borc məbləği də ödənilir. Sonda müştəri əmlaka tam sahiblik hüququ
qazanır.
Bir misal olaraq bu əməliyyatı aşağıdakı kimi izah etmək olar.
Yuxarıda muşarəkəni açıqlayan zaman gətirdiyimiz misala uyğun
olaraq onun sonuna kimi qeyd edilən bütün əməliyyatlar burada da
olduğu kimi həyat keçirilir. Amma, bir gün A firmasının rəhbərliyi
Banka gələrək şirə zavodunun tamamilə onların mülkiyyətinə
keçməsi istəklərini bildirir. Bunun nəticəsində Bank da layihədə payı
olan 4 mln. manatı dörd ilə bölərək hər il ona 1 mln. manat məbləğin
ödənilməsini A firmasına təklif edir. Nəticədə razılıq əldə olurnur.
Əldə edilən mənfəətdə banka 30 000 manat ilə yanaşı (yuxarıda
göstərilən 30%) 1 mln. manat da pul ödənilir. Növbəti ildə isə artıq A
firması Banka pay ortaqlığı olaraq 30 000 manat ödəmir. Çünki, A
36
firmasının banka ödədiyi 1 mln.manat vəsait birgə layihədə bankın
payının 4 mln.-dan 3 mln.-a (4 mln. – 1 mln.), firmanın payının isə 6
mln.-dan 7 mln.-a (6 mln.+1 mln.) yüksəlməsinə gətirib çıxarmışdır.
Bu səbəbdən ilbəil azalan hissə payı ilə bank 4 ildən sonra layihədən
təmiz çıxır və A firması zavodun yeganə mülkiyyətçisi olmaq
hüququnu qazanır. Məsələnin daha aydın izahı üçün qeyd olunan
misala uyğun olaraq aşağıdakı cədvəl 7.1. tərtib olunmuşdur (bax.
cədvəl1).
Cədvəl 7.1. Muşarəkəyi-mutenasikanın izahı üçün tərtib
edilmiş cədvəl
12
Faizsiz Bank
A firması
Bankın
payı %-lə
Layihə
dən
İllik
gəlir
Banka
firmadan
qaytarıla
n məbləğ
Qalıq
A
firması
nın
payı
Layihədən
gələn illik
gəlir
Firmada
borcun
ödənilməsi
nə görə
artan
məbləğ
Qoyulan
məbləğ
4mln.
manat
30%
30 000
manat
-
4mln.
manat
Qoyulan
məbləğ
– 6 mln.
manat
70%
70 000
manat
-
2001
22,5%
22.500
1 mln.
manat
3 mln.
manat
2001
77.5%
77.500
7 mln.
manat
2002
15%
15.000
1 mln.
manat
2 mln.
manat
2002
85%
85.000
8 mln.
manat
2003
7,5%
7.5000
1 mln.
manat
1 mln.
manat
2003
92,5%
92.500
9 mln.
manat
2004
-
-
1 mln.
manat
-
2004
100%
100.000
10 mln.
manat
12
Müəllif tərəfindən tərtib olunmuş cədvəl
37
Ümumiyyətlə, faizsiz bankçılığın maliyyə alətlərindən biri olan
muşarakə sərmayələrin toplanması və əməkdaşlıq çərçivəsində birgə
layihələrin icra olunması baxımından böyük əhəmiyyətə malikdir.
7.4. Murabaha
Faizsiz Bankçılıq üzrə əməliyyatlarda tez-tez rast gəlinən bu
forma özünün bir sıra spesifik xüsusiyyətlərinə görə digər maliyyə
xidmətlərindən fərqlənir.
Murabaha – Pulun birbaşa və ya müəyyən bir vaxt ərzində hissə-
hissə ödənilməsindən asılı olmayaq müştəriyə məhsulun qiyməti və
üzərinə əlavə edilən qazanc barəsində ətraflı məlumat verildikdən
sonra baş tutan bir sövdələşmə metodudur.
13
Murabaha hər hansı bir bahalı avadanlığın alınmasına imkanı
olmayanların
işlərinin
asanlaşdırılması
baxımından
böyük
əhəmiyyətə malikdir. Belə ki, bu metoda görə müştəri ona lazım olan
əmtəə barəsində banka sifariş verir. Bank da müştərinin müraciətini
araşdıraraq həmin məhsulun qiyməti, bankın əmtəənin üzərinə əlavə
olunmuş gəliri və borcun hissə-hissə ödənilməsi şərtləri barəsində
məlumat verir. Bütün bunlardan sonra əgər, müştəri bankın şərtləri
ilə razılaşarsa onda hər iki tərəf arasında murabaha üzrə müqavilə
bağlanılır. Bank da müştəridən aldığı sifariş məlumatları əsasında
məhsulu xaricdən gətirərək müştəriyə təhvil verir. Alıcı da bankla
razılaşdığı formada hissə-hissə pulunu ödəyir.
Bunu praktiki bir misalla daha aydın şəkildə izah etməyə çalışaq.
Məsələn, Əhməd adında diş həkimi öz şəxsi mini-klinikasını müasir
avadanlıqla təmin etmək istəyir. Bunun üçün ona 5000 AZN pul
lazımdır. Lakin, onun bu qədər vəsaiti olmadığı üçün Faizsiz Banka
13
Prof. Dr. Abdulaziz Bayındır/Ticaret ve Faiz, İstanbul – 2007, səh. 263
38
müraciət edir. Bank da ondan həmin avadanlığın texniki göstəriciləri
haqqında məlumatı aldıqdan sonra onun alınması, gətirilməsi
xərclərini müəyyənləşdirir. Nəhayət bankın nümayəndəsi müştəri ilə
görüşərək avadanlığın qiymətinin 5000 AZN olduğunu və bankın da
500 AZN qazancının onun üzərinə əlavə edilməklə ümumiyyətlə,
alıcının 10 ay ərzində 5500 AZN ödəyəcəyini bildirir. Əhməd də
bankın bu təklifini qəbul edərək onunla murabaha müqaviləsini
bağlayır. Məhsul alınaraq Əhmədə təqdim olunur. O, da öz
növbəsində hər ay 550 AZN olmaqla 10 ay ərzində banka olan
borcunu tam ödəyir.
Əmtəələrin alınıb-satılmasında geniş tətbiq olunan bir sövdələşmə
forması olan Murabahadan söhbət açmışkən malların təchizi
sahəsində Faizsiz Bankların göstərdikləri digər xidmətləri də qısaca
olaraq burada sadalamaq yerinə düşərdi.
Bunlardan bir neçəsini aşağıda qeyd edək:
Salam – pulun əvvəlcədən ödənilməsi malın isə razılaşdırılmış
müəyyən vaxt zərfindən sonra müştəriyə təhvil verilməsini özündə
ehtiva edən bir alqı-satqı formasıdır.
14
Bu alqı-satqı əməliyyatı olsa da Faizsiz Banklar tərəfindən həyata
keçirilir. Çünki, Faizsiz Banklar müştərilərinə təkcə maliyyə vəsaiti
verməklə məşğul olmayıb ticarət fəaliyyətini də həyata keçirirlər.
Belə növ sövdələşməyə əsasən müştəri Bankın vasitəçiliyi ilə
gələcəkdə istehsal olunacaq məhsulun pulunu əvvəlcədən ödəyərək
onu tam şəkildə behləmiş olur.
15
İstehsalçı da əvvəlcədən müəyyən
14
Prof. Dr. Abdulaziz Bayındır/Ticaret ve Faiz, İstanbul – 2007, səh. 265
15
Qeyd: Beh – bir məhsulun və ya xidmətin əldə edilməsi üçün əvvəlcədən
müştəriyə məxsusluğunu bildirən razılaşma formasıdır. Beh verən tərəf Beh
olaraq təchizatçıya ümumi malın dəyərinin kiçik bir hissəni ödəyir. Lakin,
bizim salamda göstərdiyimiz behlənmiş məhsul dedikdə məhsulun bütün
pulunun ödənilməsini nəzərdə tutur.
39
qədər maliyyə vəsaiti əldə etmiş olur ki, bunun da nəticəsində onun
işi asanlaşır.
Salam üzrə həyata keçirilən sövdələşmələrdə məhsulun
keyfiyyəti, istehsal tarixi, müştəriyə çatdırılması və təqdim olunması
vaxtı, yeri, şəraiti, miqdarı, qiyməti barəsində müfəssəl məlumat əks
olunur. Bütün bu məlumatlar hər iki tərəf arasında razılaşdırıldıqdan
sonra sələm üzrə sövdələşmə hüquqi qüvvəyə malik olur.
Bu kimi əməliyyatlar satıcının məhsulu təmin etməsi ilə bağlı
çəkilən xərclərə maliyyə vəsaitlərini əldə etməsi, müştərinin isə
alacağı
məhsulu
əvvəlcədən
behləməsi
baxımından
çox
əhəmiyyətlidir.
Dostları ilə paylaş: |