7.5. Digər maliyyə alətləri
Lizinq: Faizsiz bank institutları əvvəlki yarım başlıqlarda
göstərilən maliyyə xidmətləri ilə yanaşı öz müştərilərinə digər
məhsullar da təqdim edirlər. Bu xidmətlər içərisində fərqlənən
məhsul növündən biri də icarə (leasing)–dir. Ənənəvi bankçılıqda da
lizinqdən geniş istifadə olunur.
Klassik iqtisadi yanaşmaya görə icarə - razılaşmanın
formasından, istifadə qaydasından, tərəflərin kimliyindən asılı
olmayaraq mülkiyyətin öz sahibinin sərəncamında qalması yolu ilə
mənfəətindən yararlanmaq metodudur. Müasir dövrdə icarə
müqavilələrinin formasından asılı olaraq onun mülkiyyətçisinin
dəyişməsi də baş verə bilir.
Lizinqin tarixi inkişafı. Tarixi faktlara əsasən ilk Lizinq
anlaşması 1846-cı ildə İngiltərədə musiqi alətləri satan bir firmanın
pianonu bu üsulla (yəni Lizinqlə) satmasıyla baş tutmuşdur. Daha
sonra İngilis Dəmir Yolları Şirkəti kömür və daş mədənlərində
istifadə etmək üçün vaqonları icarəyə götürərkən Lizinq maliyyə
alətindən istifadə etmişdir.
40
Orta Şərqdə isə Lizinq maliyyə alətindən ilk dəfə İslam İnkişaf
Bankı (İİB) tərəfindən 1977-ci ildə tətbiq edilmişdir. Bununla yanaşı
1984-cü ildə isə ilk dəfə Misirdə bu üsulun tətbiqinə başlanmışdır.
Qeyd edək ki, ABŞ-da lizinq xidmətindən 1950-ci illərdən
iqtisadiyyatın müxtəlif sahələrində avadanlıqlara olan ehtiyacın
qarşılanması məqsədilə geniş istifadə olunur.
16
Lizinqin faizsiz maliyyələşmədə tətbiqi. Lizinq qısa müddətdə
bütün faizsiz maliyyə sistemində tətbiq olunmağa başlanmışdır.
Bunun əsas səbəbi də Lizinqin faizsiz maliyyə sisteminin əsaslandığı
iqtisadi prinsiplərə uyğun gəlməsi idi. Həmçinin, bu alətin ardıcıl
olaraq İslam İnkişaf Bankı, İordaniya İslam Bankı və Türkiyə Özəl
Finans Qurumları tərəfindən tətbiqi bunun digər Yaxın Şərq
ölkələrində yayılmasına gətirib çıxarmışdır.
Lizinqin spesifik xüsusiyyətlərindən biri də onun kənd
təsərrüfatında geniş tətbiq imkanlarının olmasıdır. Burada əksər
Aqrar ölkələrdə kənd təsərrüfatı maşınlarının, avadanlıqlarının
Lizinq yolu ilə icarəyə götürülməsinin çoxlu sayda nümunələrini
göstərmək olar.
Faizsiz bankçılıqda da bundan geniş istifadə olunaraq burada iki
tərəf arasında Lizinq müqaviləsi bağlanır. Bank müqavilədə hər
hansı bir avadanlığa (daşınan və daşınmaz əmlaka) sahib qismində
çıxış edir, müqavilənin ikinci tərəfində isə ondan istifadə hüququnu
əldə edən dayanır.
Lizinq müqaviləsinin müddəti lizinqə verilən avadanlığın istismar
müddətinə görə müəyyən edilr. Demək olar ki, əksər hallarda bu
müqavilələr 5-15 illiyinə bağlanır. Lizinq xidmətindən kənd
təsərrüfatında, tibb sahəsində, tikinti sektorunda və s. bu kimi
16
Yrd. Doç. Dr. İsmayıl Özsoy / Özəl Finans Kurumları, İstanbul, 1997,
səh. 152
41
sahələrdə geniş istifadə olunur. Burada başlıca məqsəd sahibkarlıq
fəaliyyəti ilə məşğul olan şəxslərin və ya şirkətlərin müasir texnoloji
avadanlıqlardan istifadəsini asanlaşdırmaqdan ibarətdir.
Lizinq xidmətinə misal olaraq, beton zavodunun sahibi
pompalama avadanlığına ehtiyac duyur. Lakin, onun qiyməti 300
min. manat olduğu üçün onu əldə edə bilmir. Bu zaman lizinq
şirkətinə müraciət edir və onunla Pompalama maşını üçün müqavilə
bağlayır. Lizinq edən şirkət bu zaman həmin avadanlığın qiymətini,
istismar müddətini, müəssisənin gəlirini və s. göstəricələri nəzərə
alaraq uzun müddətliyinə lizinqə götürənə verir. Amma, bu zaman
lizinqə verilmiş avadanlıq Lizinq şirkətinin mülkiyyətində qalır.
Razılaşdırılmış müddət bitdikdən sonra avadanlıq yenidən Lizinq
şirkətinə qaytarılır.
Bu formada olan xidmət növü sərmayəsi az olan kiçik
müəssisələrə, fərdi sahibkarlara lizinq xidmətindən istifadə etməklə
öz biznesi üçün lazım olan avadanlığı asan əldə etmək imkanını
yaradır.
Lizinq-satınalma (Hire-purchase): Qeyd edək ki, bu tip
razılaşma lizinqə götürən şirkətin və şəxsin əldə etdiyi avadanlığı
tədricən öz mülkiyyətinə keçirməsi sövdələşməsidir. Lizinq-
satınalma xidmətində şirkət lizinqə verən müəssisə ilə avadanlığın
kirayə götürülməsi ilə yanaşı alınması haqqında da müqavilədə
razılaşmalar aparır. Nəticədə icarədar avadanlığın həm kirayəsini
həm də dəyərini aylar üzrə hissə-hissə lizinq şirkətinə ödəyərək bir
müddətdən sonra həmin avadanlığa tam şəkildə sahib olur. Onu da
qeyd edək ki, icarəçi götürdüyü avadanlığın pulunu hissə-hissə
ödədikcə buna nisbətən azalana doğru lizinqə görə kirayə haqqını da
ödəyir.
42
ƏDƏBİYYAT SİYAHISI
Azərbaycan dilində ədəbiyyat
1. Quran-i Kərimin tərcüməsi;
2. Atakişiyev Ruslan Bahyəddin oğlu “Bazar iqtisadiyyatına
keçid şəraitində kiçik və orta sahibkarlığın investisiya problemləri” /
dissertasiya işi, İqtisad Universiteti nəşriyyatı, Bakı – 2007;
3. Atakişiyev Ruslan Bahyəddin oğlu Faizsiz Bankçılığa Giriş //
monoqrafiya,
“Nurlar”
Nəşriyyatı,
Bakı
–
2011;
4. Bayramov Əvəz İslam oğlu İslamda sosial-iqtisadi
münasibətlər // monoqrafiya, İqtisad Universiteti nəşriyyatı, Bakı –
2000;
5. Meybullayev Məhəmmədhəsən Xanlar oğlu İslam
İqtisadiyyatı // monoqrafiya, Ünsiyyət nəşriyyatı, Bakı – 2001;
6. Radil Fətullayev, İbad İbadov, Fərid Abbaslı Mühasibatlığa
Dair Məsələlər Toplusu // “Nurlar” Nəşriyyat Poliqrafiya Mərkəzi,
Bakı – 2015;
7. Radil Fətullayev Beynəlxalq Mühasibatlığa Giriş // “Nurlar
Nəşriyyat Poliqrafiya Mərkəzi, Bakı – 2017;
8. Sadıqov Elnur Məmməd Oğlu Bank Əməliyyatları //
monoqrafiya, “Azərbaycan” Nəşriyyatı, Bakı-2010;
9. Əvəz Bayramov, Atakişiyev Ruslan Bahyəddin oğlu
“Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf perspektivləri”
mövzusunda keçirilən beynəlxalq simpoziumun Məqalələr Toplusu //
“İqtisad Universiteti” Nəşriyyatı, Bakı – 2012;
43
Türk dilində ədəbiyyat
1. Ahmet ez-Zerka M., Muhammed Abdülaziz en-Neccar A.,
İslam düşüncesinde ekonomi, banka və sigorta / çeviren: Hayreddin
Karaman, İZ Yayınçılık, İstanbul – 2003;
2. Cengiz Kallek İslam İktisat Düşüncesi Tarihi // Klasik
yayınları, İstanbul – 2004;
3. Cihangir Akın Faizsiz Bankacılık ve kalkınma // Kayıhan
yayınevi, İstanbul – 1986;
4. Prof.Dr. Ercan Bayazitli, Prof.Dr. Orhan Çelik, Prof.Dr.
Kadir Gürdal Genel Muhasebe // Desen Ofset A. Ş. , Ankara – 2015;
5. Hüseyin Tunç Katılım Bankacılığı felsefesi, teorisi ve
Türkiye uygulaması // “NESİL” neşriyyatı, Türkiye – 2010;
6. Huseyn Tunç Katılım Bankacılığı // Nesil yayınları, İstanbul
– 2010;
7. İsmayıl Özsoy Özel Finans Kurumları // İstanbul – 1997;
8. Mehmet Bulut İslam Ekonomisi ve Finansı Dergisi //
TevfikBey Mah. Halkalı Cad.No: 162/7, Türliye – 2015;
9. Mehmet Tevfik Evren Faiz Hukuku // İstanbul – 1987;
10. Prof. Dr. Nalan Akdoğan, Doç. Dr. Rafet Aktaş, Doç. Dr.
Ali Deran, Yrd. Doç. Dr. Deniz U. Erhan, Yrd. Doç. Dr. Vedat Acar
Sektörel Muhasebe // Özbaran Ofset Matbaacılık, Ankara, Temmuz,
2011;
11. Prof. Dr. Niyazi Berk Finansal Yönetim // Avcı Ofset
Matbaacılık, Türkmen kitabevi – 2015;
12. Prof. Dr. Servet Bayındır İslami Finans (Para ve Sermaye
Piyasaları) // Süleymaniye Vakfı Yayınları, 2015;
13. Servet Bayındır Faizsiz Bankacılık // Rağbet yayınları,
İstanbul – 2005;
14. Türkiye Katılım Bankacılığı Strateji Belgesi 2015 - 2025 //
Erkam Matbaası, İstanbul, Mart 2015;
15. Dr. Yahya Abdurrahman İslamda Bankacılık ve Finansman
// Elma Matbaası, İstanbul – 2015
44
Rus dilində ədəbiyyat
1. Кулиев Р.А. Регулирование инвестиционной деятельнос-
ти / учебное пособие, полиграфия СБС, Баку – 2008;
2. Лапуста М.Г., Поршнев А.Г., Старостин Ю.Л., Скамай
Л.Г. Предпринимательство / учебник, Москва, Инфра-М – 2001;
3. Мухаммад Булгари Развитие Исламских банков на фоне
мирового кризиса /Islam house – 2008.
İngilis dilində ədəbiyyat
1. Abdullah Saeed Islamic Banking and Interest // E.J. BRILL
LEIDEN, New York – 1996;
2. Ausaf Ahmad Instruments of Regulation and Control of
Islamic Banks by the Central Banks // Islamic Development Bank,
Jeddah – 2000;
3. Accountıng, Audıtıng and Governance Standards For Islamıc
Financıal Instıtutıons 1431 H – 2010 // Public Library registration;
4. Islamic Finance for Asia: Development, Prospects, and
Inclusive Growth // Asian Development Bank, Co-publication of the
Asian Development Bank and the Islamic Financial Services Board –
2015;
5. Sharı’a Standards For Islamic Financial Instıtuıons 1432 H –
2010 // Public Library resgistration;
6. Mabid Ali Al-Jarhi, Munawar Iqbal Islamic Banking: answers
to some frequently asked questions // Jeddah – 2001;
7. Mahmoud A. El-Gamal İslamic Finance Law, Economics,
and Practice // Cambridge University press, New York, NY – 2007;
8. Mohammad Nejatullah Siddiqi Riba, Bank Interest and the
Rationale of its Prohibition // Jeddah – 2004;
45
9. Jumad Thani 36 years in the Service of Development /
Islamic Development Bank, Jeddah – 2010;
10. Zamir İqbal and Abbas Mirakhor, “An introduction to
Islamic Finance” Theory and Practice, John & Sons (Asia) Ltd.
2007;
Elektron portallar
1. www.economy.gov.az
2. www.mfa.gov.az
3. www.imf.org
4. www.isdb.org
5. www.oic.org
6. www.irti.org
46
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi
Ünvan: Mirəli Seyidov küç., 41, mənzil 2
Telefonlar:
+99412 432 71 75
;
+99450 531 03 81
Sayt:
www.ser.az
Email:
office.iroib@gmail.com
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
“QHT Nəşriyyatı”nda çap edilmişdir.
Çapa imzalanmışdır: 20.09.2017
Tiraj: 100 Format: 64x90, 1/16, 48 səh.
"QHT NƏŞRİYYATI"
Bakı şəh., Bakıxanov qəs.,Telman küç.,6
E-mail: qhtnesriyyati@gmail.com
Tel.: (+99412) 429 87 85
Dostları ilə paylaş: |