ArenləRİn halogenli BİRLƏŞMƏLƏRİ



Yüklə 0,96 Mb.
səhifə3/4
tarix04.04.2023
ölçüsü0,96 Mb.
#93022
1   2   3   4
ARENLƏRİN HALOGENLİ BİRLƏŞMƏLƏRİ

NÜMAYƏNDƏLƏRİ


p-Toluolsulfoturşu – rəngsiz monokristalı 104°C-də əriyən, suda yaxşı həll olunan maddədir. O toluolu sulfolaşdırmaqla, p-toluolsulfoxloridi hidroliz etməklə alırlar:
CH3 CH3 CH3

SO2OH
CH3 CH3 P-

SO2OH
O, bir sıra üzvi həlledicilərdə həll olur və buna görə də bir sıra reaksiyalar üçün turş katalizator kimi geniş işlədilir.
Tərkibində uzun karbon zənciri (C6-C15) olan alkilbenzolları sulfolaşdıranda alınan alkilsulfoturşuların duzları yaxşı yuyucu maddələrdir və sulfanollar adlanır.

AROMATİK NİTROBİRLƏŞMƏLƏR


Aromatik nüvədə və ya yan zəncirdə nitroqrupu olan olan birləşmələrə aromatik nitrobirləşmələr deyilir. Nitrobirləşmələrin molekulunda bir və ya bir neçə nitroqrup ola bilər:
NO2 NO2 NO2


Nitrobenzol

Meta-dinitrobenzol

Sim. trinitrobenzol

3
CH2NO2NO2 CH2CH2NO2
Fenilnitrometan Nitroetilbenzol −Nitroetilbenzol
Nitrobirləşmələrdə azot atomu bilavasitə karbon atomu ilə əlaqəlidir. Bu onunla təsdiq olunur ki, nitrobenzol reduksiya olunduqda anilin, anilin oksidləşdikdə isə nitrobenzol əmələ gəlir:

Fiziki xassələr

Aromatik nitrobirləşmələr rəngsiz və ya açıq sarı rəngli, sudan bir qədər ağır, acı badam iyli zəhərli birləşmələrdir.
Nitroqrup aromatik nüvə ilə əlaqəli olduqda – Js və M effektləri ilə o aromatik nüvəyə güclü polyarlaşdırıcı təsir göstərir:

Odur ki, nitrobirləşmələr polyar həlledicilər kimi böyük
əhəmiyyət kəsb edir. Nitrobirləşmələr polyar olduğundan onlarda molekullararsı cazibə qüvvəsi böyükdür. Odur ki, nitrobirləşmələr uyğun molekul kütləli az polyar aromatik birləşmələrdən daha yüksək temperaturda qaynayır.
Yağ sırası nitrobirləşmələrində olduğu kimi aromatik nitrobirləşmələrdə də azot ilə hər iki oksigen atomları arasındakı əlaqələr uzunluqlarına və enerjilərinə görə tamamilə eynidir. Odur ki, nitroqrupun quruluşunu aşağıdakı formullarla göstərmək olar:

Alınma üsulları

Aromatik nitrobirləşmələr əsasən aromatik karbohidrogenlərin birbaşa nitrolaşması ilə alınır. Əvvəldə qeyd edildiyi kimi, nitrolaşdırıcı agent kimi qatı nitrat və sulfat turşularının qarışığından (nitrolaşdırıcı qarışıq) və ya qatı nitrat turşusundan istifadə oluna bilər. Qatı nitrat turşusu ilə reaksiya zəif gedir və nitrolaşma məhsulu az çıxımla alınır.

Fenilnitrometan benzilxloridin natrium nitritlə reaksiyası əsasında da alına bilər:

C6H5CH2Cl+NaNO2 -NaCl C6H5CH2NO2


Benzol nitrolaşdırıcı qarışıqla nitrolaşdıqda mümkün olan hər üç nitrobirləşmə: nitrobenzol, meta-dinitrobenzol və sim.trinitrobenzol əmələ gəlir:

Benzola nisbətən toluol mono-, di-, və trinitrotoluollara asan nitrolaşır:

Odur ki, nisbətən asan alınan trinitrotoluolun trinitrobenzoy turşusuna oksidləşməsi reaksiyasından alınması üsulu kimi istifadə oluna bilər:


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin