ArenləRİn halogenli BİRLƏŞMƏLƏRİ



Yüklə 0,96 Mb.
səhifə2/4
tarix04.04.2023
ölçüsü0,96 Mb.
#93022
1   2   3   4
ARENLƏRİN HALOGENLİ BİRLƏŞMƏLƏRİ

C14-lə nişanlanmış xlorbenzolun ammonyakla qarşılıqlı təsirindən uyğun anilinlərin alınması ilə bu mexanizm bir daha təsdiq olunmuşdur:

Müəyyənləşdirilmişdir ki, hallogenlər mislə qarşılıqlı təsirdə olduqda diarillər əmələ gəlir:

2C6H5J ⎯⎯→Cu C6H5–C6H5


Misin, Cu2O və ikivalentli mis duzlarının katalitik təsiri ilə sərt şəraitdə aşağıdakı növ əvəzlənmə reaksiyalarıda gedir:

Xlorbenzol çox sərt şəraitdə (300ºC-də və 300 atm təzyiqdə) qələvi məhlulu ilə hidroliz olunur. Sonralar müəyyənləşdirimişdir ki, xlorbenzolun su buxarı ilə qarışığı ~500ºC-də ikivalentli mis duzları ilə aktivləşdirilmiş silikogen üzərindən buraxıldıqda atmosfer təzyiqində o asanlıqla fenola hidroliz olunur. Bu, fenolun sənaye miqyasında alınma üsullarından biridir (Raşiq üsulu).
Eyni karbon atomu ilə iki və daha çox halogen əlaqəli olduqda halogenli birləşmə sabitləşir və nukleofil həmləyə qarşı sabitliyi artır. Lakin müvafiq şəraitdə benzilidenxlorid və benzitrixlorid praktiki əhəmiyyətli birləşmələrə (benzoy aldehidi, benzoy turşusu və onun xloranhidridi) hidroliz olunur:

Su bir qədər artıq götürüldükdə:

Nesmeyanov və Freydlin tərəfindən çoxvalentli yodlu birləşmələr aşağıdakı reaksiyalar üzrə alınmışdır:

Tətbiqi.
Son zamanlar çoxvalentli yodlu arenlər sintetik üzvi kimyada daha geniş tətbiq sahəsi tapır; fenilyodiddixlorid xlorlaşdırıcı agent kimi, fenilyodozadikarboksilatlar (diasetat, bistriflüorasetat) oksidləşdiricilər kimi, diarilyodiumun duzları ilə diarillərin sintezində ilkin birləşmələr kimi istifadə olunur.

AROMATİK SULFO BİRLƏŞMƏLƏR


Aromatik sulfoturşu dedikdə aromatik nüvə və ya yan zəncir karbon atomu ilə əlaqəli sulfoqrupu olan birləşmələr nəzərdə tutulur:

Aromatik sulfoturşu molekulunda bir və ya bir neçə sulfoqrup ola bilər.
Sulfoturşularda fenil sulfoqrupun kükürd atomu ilə birləşir. Bu onunla təsdiq olunur ki, benzolsulfoturşu reduksiya olunduqda tiofenol, tiofenol oksidləşdikdə isə ilkin sulfoturşu əmələ gəlir:

Sulfoturşular suda həll olan bərk birləşmələrdir. Onlar sulfat turşusu kimi güclü turşudur. Maraqlıdır ki, benzolsulfoturşunun qələvitorpaq metal duzları suda həll olduğu halda, onun qələvimetal duzları suda həll olmur. Sulfoturşuların bu xassəsindən başqa qarışıqlardan onların ayrılmasında istifadə olunur.
Alınma üsulları

Sulfoturşular aromatik birləşmənin bilavasitə sulfolaşması üsuli ilə aparılır:
SO3H

Difenilsulfon
Gözlənildiyi kimi benzolodan fərqli olaraq toluol 96%-li deyil, 82-92%-li sulfat turşusu ilə sulfolaşır:

Orto-vəziyyətdə yaranan fəza çətinliyinə görə üçlü butilbenzolla sulfolaşma ancaq para-vəziyyətdə gedir:

Halogenbenzollar daha sərt şəraitdə (5-8%-li oleumla qızdırıldıqda) sulfolaşır və reaksiya məhsulu kimi yenə də demək olar ki, ancaq parasulfotörəmələr əmələ gəlir:
X X

SO3H
X=F, Cl, Br, J 96-100%
Kimyəvi xassələri

Aromatik sulfoturşular bir neçə istiqamətdə: sulfoqrup üzrə, sulfoqrupun ayrılması və aromatik nüvədə elektrofil əvəzlənmə ilə reaksiyaya daxil ola bilər.
Sulfoqrup üzrə gedən reaksiyaları aşağıdakı ümumi sxemlə göstərmək olar:

Reaksiya məhsulu kimi əmələ gələn benzolsulfoxloriddən və sulfoturşunun efirlərindən bir çox sintezlərdə geniş istifadə olunur.
Tətbiqi.
Arilsulfoturşular səthi-aktiv maddələr kimi, boyaq, dərman maddələri və s. almaq üçün işlədilir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin