Aromatik nitrobirləşmələrin kimyəvi xassələri molekulda aromatik nüvənin, nitroqrupun olması və onların qarşılıqlı təsiri ilə müəyyən olunur.
Aromatik nitrobirləşmələrin ən mühüm xassəsi onların aminlərə reduksiya olunmasıdır. Bu reaksiya nitrobenzolun ammonium sulfidlə anilinə reduksiyası əsasında 1842-ci ildə Zinin tərəfindən kəşf olunmuşdur.
Hazırda sənayedə anilin nitrobenzolun reduksiyasından alınır.
C6H5NO2+3H2 Ni C6H5NH2+2H2O 4C6H5NO2 +9Fe+4H2O⎯⎯→4C6H5NH2 +3Fe3O4 Nitroqrupun güclü elektronakseptor təsiri ilə nitrobenzolun orto- və para- vəziyyətlərindəki hidrogen atomları nukleofil əvəzlənir:
Tətbiqi. Komplekslərin əmələ gəlməsində aromatik karbohidrogenlər elektronun donoru kimi, nitrobirləşmələr isə elektronun akseptoru kimi iştirak edir. Kompleks birləşmələr adətən müəyyən ərimə temperaturuna malik rəngli birləşmələrdir. Belə kompleksin alınmasından bəzi hallarda donor rolunu oynayan aromatik karbohidrogenlərin təyinində istifadə olunur.