Kalsiumun və parathormonun qan zərdabında səviyyəsi; əlin rentgenoqrafiyası.
Feoxromositoma
katexolaminlərin (adrenalin, noradrenalin, normetanefrin), həmçinin qanın plazmasında dopamin miqdarının yüksəlməsi (xəstə arxası üstə, qanın götürülməsindən əvvəl ən azı 20 dəqiqə ərzində sakit vəziyyətdə qalmalıdır), KT, MRT
İkincili AH-nin diferensial diaqnostikasında istifadə olunan müayinələr Müalicə Tədqiqatlara əsasən, AT-nin endirilməsi ölümlə nəticələnən və nəticələnməyən ÜD patologiyalarını azaldır (A).
Müalicəyə
- Tiazid diuretikləri
- Kalsium antaqonistləri
- Angiotenzin çevirici fermentin inhibitorları
- Angiotenzin reseptorlarının blokatorları
- Beta-blokatorlar ilə
başlanılması müsbət nəticələr verir (A)
Təyin olunmuş dərmanların növündən asılı olmayaraq ÜD patologiyalarının, yəni insultlar, Mİ və ürək çatışmazlığının azalmasında AT-nin endirilməsinin müstəsna əhəmiyyəti vardır (A).
Müalicənin məqsədləri
- ÜD patologiyasının başvermə riskini azaltmaq - risk amillərini müalicə etmək - AT-ni ən azı 140/90 mm c.s., xəstə tərəfindən yaxşı keçirildiyi təqdirdə isə daha aşağı rəqəmlərədək endirmək Antihipertenziv müalicə iki meyara əsaslanmalıdır
- SAT və DAT səviyyəsinə
- Ümumi ÜD xəstəliklərinin baş verməsi riskinin səviyyəsinə