Arterial hipertenziya Ə.Əliyev adına Azdhti Kardiologiya kafedrası



Yüklə 61,48 Kb.
səhifə16/18
tarix19.12.2023
ölçüsü61,48 Kb.
#184728
1   ...   10   11   12   13   14   15   16   17   18
Arterial-hipertenziya

Metobolik sindrom


-ÜD xəstəliklərinin baş vermə riski, həmçinin ŞD əmələ gəlməsi riski nəzərəçarpacaq dərəcədə yüksək olur.
-orqanların subklinik zədələnmələri aşkar edilməlidir
-AT həm ambulator, həm də ev şəraitində ölçülməlidir.
- həyat tərzi tez bir zamanda dəyişdirilməlidir.
-RAS blokatorları uzun müddət təyin edilməlidir. bu preparata KA və aşağı dozada TD əlavə oluna bilər.
-AT səviyyəsi normal həddə çatdırılmalıdır.
-Metabolik sindromu olan şəxslərdə dislipidemiya və ŞD varsa, onlara statinlər və antidiabetik dərmanlar təyin edilməlidir

HİPERTONİK KRİZLƏR


Hazırda hipertonik krizlərin iki növü ayırd edilir:
- ağırlaşmış kriz (hypertensive emergency)
- ağırlaşmamış kriz (hypertensive urgency)

AĞIRLAŞMIŞ KRİZ


Sistolik və diastolik AT qəflətən yüksəlməsi və hədəf orqanların kəskin zədələnməsi ilə müşayiət olunur:
Hipertonik ensefalopatiya (baş ağrıları, huşun itməsi və\və ya ocaqlı nevroloji simptomlar, görmə siniri diskinin ödemi)
Subaraxnoidal qansızma və ya başqa beyin-damar zədələnmələri ilə müşayiət olunan AH (güclü baş ağrısı, qusma, ürəkbulanma, huşun itməsi boyun əzələlərinin riqidliyi, ocaqlı nevroloji əlamətlər)

Miokard infarktı, qeyri-sabit stenokardiya (ürək nahiyəsində “sıxıcı” və “təzyiqedici” xarakterli ağrı tutmaları və EKQ-də xarakterik dəyişikliklər)
Sol mədəcik çatışmazlığı və ağ ciyər ödemi (taxikardiya, sakitlikdə təngnəfəslik, ağ ciyərlərdə yaş xırıltılar)
Aortanın laylanan anevrizmi (döş qəfəsində, kürəkarası və epiqastral nahiyələrdə kəskin meydana çıxan, boyuna, kürəyə, ətraflara irradiasiya edən intensiv ağrılar)
Kəskin böyrək çatışmazlığı, (oliqouriya və\və ya hematuriya və qanda kreatinin səviyyəsinin artması)
Retinopatiya (görmə sinirinin hemorragiyası, ekssudasiyası və görmə siniri məməciyinin ödemi)
Bütün bu hallarda AT təxirəsalınmaz (1 saat ərzində) endirilməlidir
preparatların parenteral yeridilməsi tələb edilir.
AT normal rəqəmlərə (140/90 mm c.s.) qədər və sürətlə endirilməməlidir
Ağırlaşmış krizi olan xəstələrin AT səviyyəsi ciddi nəzarətdə saxlanılmalıdır. Bu məqsədlə onlar intensiv terapiya şöbəsinə yerləşdirilməlidirlər.
Ağırlaşmış krizlərdə AT-nin endirilməsi mərhələləri aşağıdakı kimi olmalıdır:

- 30-120 dəq ərzində AT 15-25% endirilir;
- 2-6 saat ərzində AT səviyyəsi 160/100 mm c. s.-dək endirilir;
- Daha sonra peroral preparatlar qəbul edilir

Yüklə 61,48 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin