I 13.2 Başlıca olaraq ürəyin və böyrəyin zədələnməsi ilə gedən, (durğunluq) ürək çatışmazlığı və böyrək çatışmazlığı ilə müşayiət olunan hipertoniya xəstəliyi
I 13.9 Başlıca olaraq ürəyin və böyrəyin zədələnməsi ilə gedən dəqiqləşdirilməmiş hipertoniya xəstəliyi
İlk dəfə aşkar olunan arterial hipertenziya Bakıda 46 % təşkil edir.
Kardiovaskulyar xəstəlik riski 115/75 mm Hg’dan etibarən, qan təzyiqində hər 20/10 mm Hg artış ile 2 dəfə artır.
55 yaşına qədər normotenziv olan şəxsdə həyat boyu hipertenziya əmələ gəlmə riski %90’dır.
Arterial hipertenziyanın yayılmasında 1/3 qanunu var.Bütün hipertoniklərin 1/3də A/T ilk dəfə aşkar olunur.Öz xəstəliyini bilənlərin 1/3 müalicə alır.Müalicə alanların 1/3 də müalicə adekvat olur.
Hipertenziya, birincili (primer, idiopatik, essensial) ve ikincili (sekonder) olarak ikiye ayrılır.
Birincili hipertenziya %95 ,
İkincili hipertenziya %5 təşkil edir və bunun çox hissəsi böyrək səbəblidir
Hipertenziya uzun illər əlamətsiz və ya fəsadsız olaraq davam edə bilər. Bu zaman tək əlamət arterial qan təzyiqinin yüksək olmasıdır.
Ciddi fəsadlar uzun illər sonra da ortaya çıxa bilər.
Əlamətsiz müddətdə xəstəyə müalicəni mənimsətmək çətin olur.
Bu səbəblə yüksək qan təzyiqinin müalicəsində xəstənin müalicəyə uyumluluğu çox önəmlidir.