etiopatogenez Arterial qan təzyiqini əmələ gətirən faktorlar, dəqiqəlik həcm (cardiac output) və damar müqavimətidir.
Hipertenziyanı əmələ gətirən səbəb nə olursa olsun, bu iki faktordan biri ya da hər ikisinde artış olmalıdır.
Dəqiqəlik həcmi - vurğu həcmi (stroke volum) və ürək döyüntülərin hasili müəyyən edir.
Damar müqavimətini isə - damarın diametri, damar divarının quruluşu ve damar saya əzələlərinin tonusu kimi faktorlar müəyyənləşdirir.
Vurğu həcminə ön yük, son yük ve ürəyin yığılma gücü təsir edərkən, damar saya əzələlərinin tonusunu isə nevroloji, humoral, miogenik ve lokal damar faktorları təyin edir.
Hipertenziyanın etiologiyasında ən önəmli faktorlardan biri genetik faktorlardır.
Hipertenziya ailəvi bir xüsusiyyət göstərir. Epidemioloji tədqiqatlar genetik faktorların hipertenziyanın əmələ gəlməsində %30-60 kimi önəmli dərəcədə rol oynadığı göstərmişdir.
Bir neçə genin təsir etdiyi tədqiqatçılar tərəfindən söylənilir.
Hipertenziya etilogiyasinda digər amillərdən hipernatriemiya
Duz istifadəsi yüksək olan əhali arasında hipertenziyanın çox rast gəlməsi, duz istifadəsinin azaldılması zamanı arterial təzyiq rəqəmlərində enmənin olması hipertenziyanın etiologiyasında duz faktorunun olmasını ortaya qoyur.
Günlük 1.15 gr’dan daha az natrium istifadə edən topluluqlarda hipertenziya azdır yaxud yoxdur və bu zaman yaşla əlaqədar olaraq artması gözlənilən qan təzyiqində də artış görülmür.
Bildiyimizə görə, həddən çox natrium qəbul edilməsi maye həcmini və ön yükü artırır və bu yolla dəqiqəlik həcm artmış olur.Nəticədə qan təzyiqi artmış olur. Lakin natriumun yüksək qan təzyiqin etiologiyasındakı rolunu bununla sərhədləndirmək olmaz.
Normal insanlarda qan təzyiqi yüksəldiyində böyrəklərdən natrium və suyun atılması artar, maye həcmi azalar və təzyiq normala qayıdar (təzyiq natriurezi).
Bu mexanizmdə hər hansı maneə olarsa qan təzyiqi yüksələ bilər.Natriumun çoxluğu həmçinin damar reaktivliyinə də təsir edərək arterial təzyiqi yüksəldə bilər.