Arterial hipertenziya Ə.Əliyev adına Azdhti Kardiologiya kafedrası


Renin-Angiotenzin-Aldesteron Sistemi (RAAS)



Yüklə 61,48 Kb.
səhifə5/18
tarix19.12.2023
ölçüsü61,48 Kb.
#184728
1   2   3   4   5   6   7   8   9   ...   18
Arterial-hipertenziya

Renin-Angiotenzin-Aldesteron Sistemi (RAAS):

  • Renin, yukstaglomerulyar (YG) hüceyrələrdən prorenin olaraq sintez olunur.Bu hüceyrələr Henle’nin çıxan ilgəyində macula densa hüceyrələrinə və glomerulun mərkəzindəki mezangiyal hüceyrələrə yaxındırlar və burada YG aparatı əmələ gətirir.Böyrək qan damarlarına aktiv renin ifraz edir. Prorenin böyrəkdənkənar toxumalar tərəfindən ifraz olunsa da reninə çevrilə bilməzlər.Bu səbəblə plazmada renin səviyyəsi böyrəklər tərəfindən təyin olunur.

Renin qaraciyərdən ifraz olunan angiotenzinogeni Angiotenzin I -ə çevirir. Angiotenzin -1 angiotenzinçevirici ferment vasitəsilə Angiotenzin -2 yə çevrilir.AÇF damar genişləndirici olan bradikinini isə inaktivasiya edir. AÇF bütün orqanların damar yatağında və xüsusilə ağciyər damar yatağında bol olur. Angiotenzin-2 böyrəküstü vəzi korteksindən aldesteron ifraz etdirən və periferik damar müqavimətini artıran güclü bir damar daraldıcıdır.
Renin ifraz olunmasına təsir edən 3 faktor vardır:
1. Macula densaya gələn natriumun azalması,
2. Glomerul afferent arteriollardakı təzyiqin azalması,
3. 1 simpatik aktivasiya.

ÜMUMİ ÜRƏK-DAMAR RİSKLƏRİ

Bütün xəstələr təkcə AH-nin dərəcələrinə görə deyil, həm də

  • müxtəlif risk amillərinin olmasına,
  • hədəf orqanlarnın subklinik zədələnməsinə və yanaşı xəstəliklərin mövcudluğuna görə və
  • bunlardan asılı olan ümumi ÜD riskinin olmasına görə
  • müxtəlif siniflərə bölünürlər


Ümumi risk dedikdə, 10 il ərzində mütləq olaraq ÜD patologiyasının (ÜİX, Mİ, insult, qəfləti ürək ölümü, laylanan aorta anevrizmi və s.) baş vermə ehtimalı nəzərdə tutur
Ümumi ÜD riskinin aşağı, orta, yüksək və çox yüksək dərəcəli kateqoriyalara bölünür.
“Əlavə risk” orta götürülən ÜD ağırlaşmaları və ölüm riskinə əlavə olan risk deməkdir

Risk amilləri

  • Sistolik və diastolik AT-nin səviyyəsi
  • Nəbz təzyiqinin səviyyəsi (yaşlılarda)
  • Yaş amili (K55 yaş; Q65 yaş)
  • Tütünçəkmə
  • Dislipidemiya
  • Acqarına qan plazmasında qlükozanın 5,6-6,9 mmol/l (102-125 mq/dl) çox olması
  • Qlükozaya qarşı tolerantlığın pozulması
  • Abdominal piylənmə
  • Ailə anamnezində erkən ÜD xəstəlikləri


Yüklə 61,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin