Proqram mühəndisliyi üzrə standartlarda çox kiçik müəssisələr (Very small enterprises -
VSE) adı ilə standartlar qrupu verilmişdir. Çox kiçik müəssisələrə 25 nəfərədək insanın iştirak
etdiyi təşkilat, şöbə və layihələr aid edilir. Məsələn Avropada 92,2% şirkətlərin 1-9, 6,5%
şirkətlərin 10-49 əməkdaşı var. ABŞ-da 95% şirkətlərin 10 və daha az, Kanadada Monreal
İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 83–95
www.jpis.az
91
bölgəsində 80% şirkətlərin 25 və ya az, 50% şirkətlərin 10 və ya daha az, İrlandiyada 66%
şirkətlərin 20-dən az əməkdaşı var [20]
ISO standartları əsasən iri proqram layihələri və şirkətlər üçün nəzərdə tutulmuşdu və çox
kiçik müəssisələrin tələblərinə cavab vermirdi. Bu müəssisələrə kömək etmək üçün ISO 12207 və
ISO 15289 standartları əsasında ISO / IEC 29110 standartlar qrupu işlənildi. 2005-ildə professor
Laport ISO 29110 standartlarının redaktoru təyin edildi. Bu standartlara böyük maraq
yarandığından onu bir çox dillərə (çex, fransız, alman, yapon, portuqal, ispan) tərcümə etdilər.
Braziliya, Yaponiya və Peruda isə ISO 29110 milli standart kimi qəbul edildi [21].
Dostları ilə paylaş: