Müasir dövrdə ISO və IEC təşkilatları tərəfindən Sistemlər və proqram məhsulu – keyfiyyətə
Proqram təminatının keyfiyyəti üzrə mövcud standartlar digər sistemlərin keyfiyyət
zamanı ciddi problemlərdən biridir və hələ də həllini tapmamışdır. Adətən, keyfiyyətli proqram
təminatı dedikdə, istifadəçilərin tələblərinə cavab verən proqramı qəbul edirlər. Lakin eyni
proqram təminatı üçün istifadəçilərin tələbləri müxtəlif ola bilər. Digər bir yanaşmada keyfiyyətli
proqram təminatı proqram kodunda səhvlərin sayının az olmasıdır. Lakin təcrübədə səhvləri də
Proqram təminatının keyfiyyətini daxili və xarici atributlarla xarakterizə etmək olar.
Keyfiyyətin xarici xarakteristikaları proqram təminatının icrası zamanı qiymətləndirilə bilən,
daxili xarakteristikaları isə proqram təminatının daxili xüsusiyyətlərinin yoxlanılması nəticəsində
İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 83–95
90
www.jpis.az
qiymətləndirilən atributlardır. Onlar müvafiq olaraq “ağ qutu” və “qara qutu” sınaq metodları ilə
yoxlanıla bilər [18]. Standartda arxitektur, komponentlərdən təkrar istifadə edilməsi, kodlaşdırma
stili, mətnin tamlığı, resurslardan istifadənin səmərəliliyi və s. vacib daxili xarakteristikalar nəzərə
alınmalıdır və proqram təminatı üçün istisnalar göstərilməlidir. Bundan əlavə, proqram
təminatının keyfiyyəti onun işlənilmə mərhələlərinə müvafiq olaraq tərkib hissələrinə bölünə bilər.
Məsələn, dizaynın, icra olunmanın, sınağın və xidmətin keyfiyyəti. Bir standart bütün bu
göstərilənləri əhatə edə bilmir və bu problemləri aradan qaldırmaq üçün standartlar ailəsi işlənilir.
SQuaRE standartlar seriyası ISO/IEC 9126–1–4:2001–2004 və ISO/IEC 14598–1–6:1998–
2001 standartlar seriyasını əvəz etməyə yönəlmişdir.
SQuaRE standartlar seriyasının əsas üstünlükləri aşağıdakılardır:
Proqram məhsullarının keyfiyyətinin ölçülməsi və qiymətləndirilməsi üzrə təlimatların
koordinasiyası;
Proqram məhsulunun keyfiyyətinə olan tələblərin spesifikasiyası üzrə təlimatların
mövcudluğu.
SQuaRE standartlar seriyası aşağıdakı qruplara bölünmüşdür [19]:
ISO/IEC 2500n – keyfiyyəti idarəetmə qrupu (Quality Management Division). Verilmiş
qrupdan olan standartlar SQuaRE seriyasının yerdə qalan standartlarında istifadə olunan
ümumi modellər, terminlər və tərifləri təyin edir. Bu standartlar qrupu həmçinin SQuaRE
seriyasının standartlarının istifadəsi üzrə təlimatı da özündə saxlayır;
ISO/IEC 2501n – keyfiyyət modeli qrupu (Quality Model Division). Verilmiş qrupun
standartlarında kompüter sistemləri və proqram məhsulları, istifadə zamanı keyfiyyət və
verilənlərin keyfiyyəti üçün ətraflı keyfiyyət modelləri təqdim olunmuşdur. Verilmiş
standartlar qrupu həmçinin göstərilmiş keyfiyyət modellərinin istifadəsi üzrə praktiki
təlimatı da özündə saxlayır;
ISO/IEC 2502n – keyfiyyətin ölçülməsi qrupu (Quality Measurement Division). Verilmiş
qrupun standartları proqram məhsulunun keyfiyyətinin ölçülməsinin etalon modeli,
keyfiyyət ölçülərinin riyazi tərifi və onların istifadəsi üzrə praktiki təlimatı özündə
saxlayır. Proqram məhsulları və sistemlərinin daxili və xarici keyfiyyət ölçülərinə,
həmçinin istifadə zamanı keyfiyyət ölçülərinə misallar göstərilir. Bu ölçülərin əsası olan
keyfiyyət ölçüləri təyin edilmiş və təqdim olunmuşdur;
ISO/IEC 2503n – keyfiyyətə olan tələblər qrupu (Quality Requirements Division).
Verilmiş qrupun standartları keyfiyyət modelləri və ölçülərinə əsaslanaraq keyfiyyətə
olan tələbləri təyin etməyə kömək edir. Keyfiyyətə olan bu tələblər işlənilib
hazırlanmaqda olan proqram məhsulunun keyfiyyətinə olan tələblərin aşkara çıxarılması
prosesində və ya qiymətləndirmə prosesi üçün giriş verilənləri kimi istifadə oluna bilər;
ISO/IEC 2504n – keyfiyyətin qiymətləndirilməsi qrupu (Quality Evaluation Division).
Verilmiş qrupun standartları proqram məhsulunun qiymətləndiricilər, sifarişçilər və ya
inkişafetdiricilər tərəfindən qiymətləndirilməsi üzrə tələblər, tövsiyələr və təlimatları
özündə saxlayır. Burada həmçinin ölçülərin qiymətləndirmə modulu şəklində
sənədləşməsi qaydaları göstərilmişdir;
ISO/IEC 25050 – 25099 – genişlənmə qrupu (Extension division). Verilmiş qrupun
standartları hazır kommersiya proqram məhsullarının keyfiyyətinə olan tələbləri
(Commercial Off-The-Shelf Software – COTS) və dayanıqlıq üzrə hesabatlar üçün
ümumi sənaye formalarını özündə saxlayır.
Dostları ilə paylaş: