qiymətləndirilməsi, həyat dövrü proseslərinin kamillik dərəcəsənin qiymətləndirilməsi,
İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 83–95
www.jpis.az
87
Proqram sistemi və proseslərin təsvir edilməsi üçün standartlar (sənədləşmələrdə
istifadə edilən dillər (əsasən UML), açıq paylanmış emal modelinin tətbiqi, müəssisənin
arxitekturunun təyin edilməsi).
Əvvəllər proqram mühəndisliyinin standartları əsasən sənədlərin tərtib edilməsi, terminoloji
lüğətlər və s. bu tipli normativ sənədlərdən ibarət idi. Hal-hazırda bu standartlar proqram təminatının
bütün həyat dövrünü əhatə edir və müxtəlif şəkildə klassifikasiya edilir.
ISO
və digər beynəlxalq
standartlar bir-biri ilə terminologiya, struktur və semantika baxımından uzlaşdırılır
[11]
.
Şəkil 1-də İSO standartlarının proqram təminatının həyat dövrü mərhələlərində tətbiqi və onların
digər standartlarla qarşılıqlı əlaqəsi verilmişdir [12]. Bu standartlardan əksəriyyəti Amerika Milli
Standartlar İnstitutu (American National Standards Institute - ANSI) tərəfindən də qəbul edilir. ANSI-
də proqram mühəndisliyi üzrə standartlar şəkil 2-də olduğu kimi klassifikasiya edilmişdir [13].
Proqram mühəndisliyinin standartlarının hərtərəfli öyrənilməsi və tətbiq edilməsi əsas
problemlərdən biridir. Müxtəlif tipli böyük proqram komplekslərinin yaradılması üzrə dünya
təcrübəsini özündə birləşdirən standartların tətbiq edilməsi proqram məhsullarının qiymətinin,
əmək tutumunun, işlənilmə müddətinin əhəmiyyətli dərəcədə azalmasına, texniki-iqtisadi
göstəricilərinin yaxşılaşdırılmasına, mütəxəssislərin əmək məhsuldarlığının və yaradılan
məhsulun keyfiyyətinin artmasına gətirir.
Böyük proqram sistemlərinin həyat dövrü standartlarda proseslər, mərhələlər, fərdi işlər və
əməliyyatlar dəsti şəklində onların yerinə yetiriləcəyi ardıcıllıqla verilir. Burada tələblərin
təhlilindən başlayaraq proqram təminatının istismardan çıxarılmasına qədər bütün həyat dövrü
reqlamentləşdirilir. Bunun nəticəsində də proqram təminatının keyfiyyəti haqda qabaqcadan fikir
söyləmək və onu idarə etmək mümkün olur. Layihələrin ölçüləri artdıqca proqram təminatının
tətbiqinin keyfiyyəti və təhlükəsizliyi məsələlərinə qoyulan tələblər də artır.
Digər sənaye istehsalı sahələrində olduğu kimi proqram mühəndisliyində də proqram
təminatının yaranma texnologiyaları təkmilləşdirilir, standartların tətbiqinin tamlığı və
düzgünlüyünə olan tələblər artır.
Proqram mühəndisliyi üzrə yüzlərlə sistemləşdirilmiş beynəlxalq standartlar mövcuddur.
Hər hansı bir proqram layihəsinin işlənilməsi zamanı həmin layihənin təyinatından asılı olaraq
proqram təminatının həyat dövrünü əhatə edən bir neçə standart seçilə bilər.
Mürəkkəb sistemlərin yaradılması və müşayiət edilməsi zamanı sistemin konkret
funksiyalarının səmərəli şəkildə reallaşdırılması üçün bir neçə baza standartlarından və normativ
sənədlərdən istifadə edilməsi tələb olunur. Bu funksiyaların reqlamentləşdirilməsi üçün müəyyən
sinif layihələrə, proses və komponentlərə tətbiq ediləcək baza standartları konkretləşdirilməlidir.
Bu səbəbdən “standartların profili” anlayışı yarandı [14].
Dostları ilə paylaş: