Açar sözlər: proqram mühəndisliyi, standartlar, keyfiyyətin idarə olunması, standartların
profilləri, tədris standartları.
Giriş
Kompüterlərin inkişaf tarixi ərzində proqram təminatının istehsal prosesi əhəmiyyətli
dərəcədə dəyişmişdir. Proqramlaşdırma insandan yaradıcı düşüncə, xüsusi məharət tələb edən
intellektual fəaliyyət növündən kütləvi istehsala qədər inkişaf edərək proqram təminatının istehsalı
sənayesinə çevrilmişdir.
Müasir proqram komplekslərinin mürəkkəbliyi, ölçüləri və yerinə yetirdikləri funksiyaların
məsuliyyəti sürətlə artır, onlar nəqliyyat, maliyyə, təhsil, səhiyyə, hüquqi, hərbi, biznes
sektorlarında və digər sahələrdə tətbiq edilir. Proqram təminatının funksiyalarının, ölçüsünün və
qiymətinin artması ilə yanaşı, proqram mühəndisliyini dəstəkləyən metodlar, modellər, alətlər,
metrikalar da inkişaf edir. Sifarişçilərin və istifadəçilərin proqram təminatının keyfiyyətinə və
istifadəsinin təhlükəsizliyinə olan tələbləri də durmadan artır. Üçüncü minilliyin başlanğıcında
informasiya təhlükəsizliyi öz əhəmiyyətinə görə milli təhlükəsizlik sistemində önə çıxır. Belə ki,
artıq informasiya bəşəriyyətin ən qiymətli resursuna çevrilib və elmdə, təhsildə, idarəetmədə,
iqtisadiyyatda, biznesdə, cəmiyyətdə bütün mütərəqqi yeniliklər, əhəmiyyətli hadisələr
informasiya və bilik istehsalı ilə bağlıdır. İnformasiya cəmiyyətində insan fəaliyyətinin bütün
sferaları informasiya fəzasına daşınır, informasiya prosesləri sosial, siyasi, hüquqi, iqtisadi,
psixoloji, kulturoloji və digər münasibətləri də əhatə edir [1]. İnformasiya təhlükəsizliyini təmin
etməyin yollarından biri də proqram təminatının işlənilməsi zamanı onun normativ bazasının
İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 83–95
84
www.jpis.az
reqlamentləşdirilməsi və standartlaşdırılmasından ibarətdir.
Proqram sənayesinin sürətlə inkişaf etməsi proqram təminatının işlənilmə prosesinin daha
da dinamik və innovativ olmasını tələb edir. Lakin proqram sistemlərinin texniki tapşırıqlarında
və həyata keçirilmiş layihələrin sənədlərində proqram təminatının keyfiyyəti anlayışı, əhəmiyyəti,
onların hansı xarakteristikalarla təsvir olunması, necə ölçülməsi və tətbiq edilən yeniliklər
göstərilmir. Proqram təminatının göstəricilərinin müqavilədə, texniki tapşırıqda və ya
spesifikasiyalarda əks olunmuş tələblərlə necə müqayisə edilməli olması haqqında məlumatlar
kifayət qədər formalaşdırılmır və ya bu haqda ümumiyyətlə danışılmır. Məhz bu səbəbdən
proqram təminatının işlənilməsi zamanı standartların tətbiqinə olan tələbat getdikcə artır [2]..
Hal-hazırda proqram komplekslərinin işlənilməsi, tətbiq edilməsi, istismarı və
təkmilləşdirilməsi üçün proseslərin, texnologiyaların, metod və vasitələrin reqlamentləşdirilməsi
və standartlaşdırılması aktual məsələlərdən biridir. Dünya və yerli təcrübədən istifadə etmədən
kompüter texnologiyalarının və proqram təminatının inkişafı mümkün deyil.
Dostları ilə paylaş: |