Article · January 020 doi: 10. 25045/jpis v11. 07 Citations reads 462 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix10.02.2022
ölçüsü0,66 Mb.
#52339
1   2   3   4   5   6   7   8   9   ...   16
PROQRAM MUHNDISLIYI STANDARTLARININ ANALIZI

Standartların tətbiq sahələri 

İnformasiya kommunikasiya texnologiyaları (İKT) məhsulları və xidmətləri iqtisadi cəhətdən 

inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  kommersiya,  sənaye  və  məişət  sahələrində  geniş 

yayılmışdır.  Həyatın  bütün  sahələrində  kompüterləşmiş  qurğulardan  istifadə  edilməsi  nəticəsində 

bütün dünya proqram sistemləri və onlarla əlaqəli xidmətlərin təsiri altına düşmüşdür. 

İKT məhsul və xidmətlərinin çeşidləri artmışdır və getdikcə daha da genişlənir (elektron tibb 

sistemləri,  trafikin idarə edilməsi sistemləri,  informasiya sistemləri,  bulud  xidmətləri, əşyaların 

interneti  və  s.).  İstifadəçinin  maraqlarını  qorumaq  üçün  proqram  təminatında  olan  səhvlər  və 

boşluqlar  nəticəsində  yarana  biləcək  bütün  növ  riskləri  minimallaşdırmaq  lazımdır.  Bu  işdə 

proqram mühəndislərinin üzərinə daha böyük vəzifələr düşür. Proqram təminatını işləyənlər və 

sistem mühəndisləri etibarlı və təhlükəsiz sistemlər yaratmaqla biznes, sənaye və bütün cəmiyyət 

üçün etibarlı xidmətin göstərilməsini təmin etməlidirlər.  

Hal-hazırda  proqram  təminatının  işlənilməsi  sahəsində  bilik  və  təcrübələrin  həcmi 

əhəmiyyətli  dərəcədə  artmışdır.  Bunlardan  standartların  işlənilməsi  zamanı  əsas  vasitə  kimi 

istifadə  edilir.  Proqram  mühəndisliyinin  standartları  proqram  təminatının  keyfiyyətinin  idarə 

edilməsində mühüm rol oynayır, məhsulun və  ya prosesin  lazımi  atributlarını müəyyənləşdirir. 

Proqram mühəndisliyində standartlar aşağıda göstərilən məsələləri əhatə edir: 

  Terminologiya; 

  Ümumi tövsiyələr; 

  Fəaliyyət prinsipləri

  Təcrübədə tətbiq etmək üçün tövsiyələr; 

  İşlənilmə alətləri və metodlarına aid tövsiyələr




İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 83–95 

 

86 



www.jpis.az 

  Keyfiyyətin idarə edilməsi üzrə plan; 

  Validasiya və verifikasiya planı və s. 

 Bu standartların tətbiqinin aşağıda göstərilən üstünlükləri var: 

  Ən yaxşı təcrübəni inkapsulyasiya edir

  Keçmiş səhvlərin təkrarlanmasının qarşısını alır; 

  Konkret bir mühitdə keyfiyyətin nə demək olduğunu müəyyənləşdirmək üçün əsas verir; 

  Təşkilatın keyfiyyəti anlayışını müəyyən edir; 

  Layihənin davamlılığını təmin edir (yeni heyət proqram təminatının işlənilməsini davam 

etdirə bilir) və s. 

Proqram mühəndisliyi standartları tədqiqatlar nəticəsində işlənilmiş və müəssisələrdə qəbul 

edilmiş  qabaqcıl  metod  və  nəzəriyyələrin  inteqrasiyası,  nizamlanması  və  optimallaşdırılması 

nəticəsində  işlənilir,  təkmilləşdirilir  və  fəaliyyət  dairəsi  genişləndirilir.  Son  bir  neçə  il  ərzində 

keyfiyyətli  proqram  təminatının  işlənilməsi  üçün onun həyat  dövrü proseslərini dəstəkləyən və 

tənzimləyən  bir  çox  beynəlxalq  standartlar  yaradılmışdır.  Proqram  təminatının  təkamülündə 

beynəlxalq standartların rolu böyükdür. Onlar proqram məhsullarının istehsalına çəkilən xərclərin 

azaldılması,  proqram  məhsullarının  keyfiyyətinə  nəzarət  və  onlarla  əlaqəli  olan  xidmətlərin 

keyfiyyətinin artırılması üçün tətbiq edilir [10].  

Proqram  mühəndisliyinin  müasir  standartları  əsasən  aşağıdakı  istifadəçilərin  tələblərinə 

cavab vermək üçün yaradılmışdır:  

  Biznes, sənaye, hərbi, dövlət sektorları və istifadəçi bazarı üçün proqram sistemlərini 

işləyən  böyük  şirkətlər  bu  standartlardan  istifadə  etməklə  beynəlxalq  bazarlarda  öz 

mövqelərini gücləndirirlər;  

  Korporativ informasiya sistemlərinin sahibləri və istifadəçilərinə bu standartlar xərclərin 

azaldılması, İT xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, azad rəqabət, risklərin və 

qeyri-müəyyənliklərin azaldılması imkanı verir; 

  Proqram sistemlərinin yaradılması üçün metod və vasitələri işləyənlərə bu standartlar 

xüsusiləşmiş  və  lisenziyalı  metod  və  vasitələrdən  açıq  və  sərbəst  yayılan  proqram 

məhsullarının və xidmətlərin yaradılmasına keçid üçün köməklik edir

  Təhsil  müəssisələrinə  proqram  təminatının  yaradılması  üçün  metod  və  vasitələrin 

öyrədilməsi üçün lazımi tövsiyyələr bu standartlarda verilmişdir. 

Əvvəllər proqram təminatının istehsalı üçün standartları müəssisələr özləri işləyirdilər. Hal-

hazırda müəssisələr proqram təminatının işlənilməsi zamanı beynəlxalq təşkilatların dərc etdiyi 

standartlardan istifadə etməyə üstünlük verirlər. Bu standartlar:  

1.  Proqram sənayesinin əsası olan proqram təminatının həyat dövrünün ümumi strukturunu 

təyin edir və yeni terminləri formalaşdırırlar; 

2.  Proqram  məhsullarının  istehsalı,  təyinatına  görə  tətbiqi,  müşayiət  edilməsi,  tətbiqinin 

dayandırılması zamanı istifadə edilən proses, fəaliyyət növü və məsələləri təyin edirlər

3.  Proqram komplekslərinin həyat dövrü proseslərinin idarə edilməsi və inkişaf etdirilməsi 

zamanı istifadə ediləcək fəaliyyət növlərinə aid tövsiyələri və normativləri təyin edirlər;  

4.  Proqram məhsulunun həyat dövrü müddətində istifadəçi, istehsalçı və digər əlaqədar şəxslər 

arasında münasibətləri tənzimləyən müəyyən fəaliyyətlər məcmusunu təqdim edirlər.  

Proqram mühəndisliyinin standartları əsasən dörd qrupa bölünür: 

  Proqram  mühəndisliyinin  əsaslarının  standartları  (lüğətlər,  tezauruslar,  biliklər 

toplusu və proqram mühəndislərinin sertifikatlaşdırılması); 

  Proqram  sistemlərinin  yaradılması  üçün  standartlar  (proqram  sistemlərinin  həyat 

dövrü, onun idarə edilməsi və həyat dövrünün ayrı-ayrı proseslərini əhatə edir);  

  Proqram sistemi və proseslərin xüsusiyyətlərinin idarə edilməsi və qiymətləndirilməsi 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin