Article · January 020 doi: 10. 25045/jpis v11. 07 Citations reads 462 author: Some of the authors of this publication are also working on these related projects


Computing Curricula 2013: Computer Science



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix10.02.2022
ölçüsü0,66 Mb.
#52339
1   ...   8   9   10   11   12   13   14   15   16
PROQRAM MUHNDISLIYI STANDARTLARININ ANALIZI

Computing Curricula 2013: Computer Science (Hesablama texnikası üzrə kurrikulum 

2013: Kompüter elmləri) informatika və proqram mühəndisliyi üzrə tədris standartının 

son versiyası işlənilmişdir [26]. 

Standartlaşmanın tədrisi 

Proqram vasitələrinin keyfiyyətinin təmin edilməsi problemini səmərəli şəkildə həll etmək 

məqsədilə proqram təminatının həyat dövrünün bütün mərhələləri üçün mövcud olan keyfiyyətin 

təmin edilməsi üzrə standartların tətbiqi vacib məsələlərdəndir. Mövcud beynəlxalq standartların 

klassifikasiyasından  da  (şəkil  1,2)  göründüyü  kimi  bu  standartlar  həyat  dövrünün  bütün 

mərhələlərini əhatə edir və hər mərhələ üzrə bir qrup standartlar mövcuddur. Proqram təminatını 

təyinatından asılı olaraq onun istehsalı üçün hansı standartın seçiləcəyi proqram mühəndislərinin

layihə rəhbərlərinin üzərinə düşür və bu işdə onların peşəkarlığı vacib rol oynayır 

[27].

 

2000-ci  illərin  əvvəllərindən  başlayaraq  bir  çox  dövlətlərdə  standartlaşmanın  tədrisinə 




İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 83–95 

 

92 



www.jpis.az 

başlanılmışdır. Standartlaşmanın tədrisi standartlar, onların tətbiqi və inkişafı haqda məlumatlılığı 

artırır. Standartlaşma ilə əlaqədar yarana biləcək problemlərin öyrədilməsi tələbələrin daha yaxşı 

mütəxəssis kimi yetişməsinə təkan verir. 

[28]-də  müəlliflər  standartlaşdırma  sahəsində  tədrisin  dünya  təcrübəsini  araşdırmışlar.  Bu 

məqalədə  21  dövlətin  118  tədris  proqramı  üzrə  empirik  verilənləri  əsasında  təhlil  aparılmışdır.10 

dövlətdə (Yaponiya, Koreya,  Filippin,  Tailand,  Türkiyə,  Böyük  Britaniya  və  s.)  bu ibtidai  və orta 

təhsildə,  27  dövlətdə  (Çin,  Fransa,  İndoneziya,  Koreya,  Yaponiya  və  s.)  isə  ali  təhsil  səviyyəsində 

tədris olunur. İbtidai və orta siniflərdə standartlaşma üzrə tədris proqramlarının məqsədi standartlaşma 

və  onun  tətbiqinin  vacibliyi  haqda  məlumat  verməkdən,  ali  təhsil  sahəsində  isə  xüsusi  biliklərin, 

standartlaşma  nəzəriyyəsinin  öyrədilməsi  və  tətbiq  edilməsindən  ibarətdir.  Tədris  materialları 

məzmununa  görə  6  modulda  qruplaşdırılmışdır:  Modul  1.  Gündəlik  misallar;  Modul  2.  Faktiki 

məlumatlar;  Modul  3. Akademik nəzəriyyə;  Modul 4. Tematik  araşdırmalar; Modul 5. Vərdişlərin 

toplanması; Modul 6. Xüsusi standartlar. Bu modullarda 3 tədris istiqaməti müəyyən edilmişdir: 

 

aşağı siniflər üçün (modul 1 və 2);  



 ali məktəblər üçün (modul 3 və 4);  

 təcrübəli işçilər üçün (modul 5 və 6). 



Bütün səviyyələrdə tələbələr qrup şəklində təcrübi məşğələlərə üstünlük verirlər.  

Hal-hazırda  standartlaşdırmanın  tədrisinə  tələbat  artır.  Məsələn,  İndoneziyada  milli 

standartlaşdırma orqanı ilə əməkdaşlıq edən universitetlərin sayı 2007-ci ildən 2012-ci ilədək 0-

dan 23-ə yüksəlmişdir. Lakin bütün bunlara baxmayaraq standartlaşmanın tədrisinə hər ölkənin öz 

yanaşması var və vahid struktura malik tədris proqramı yoxdur [29].  

Nəticə 

Qlobal  iqtisadiyyat  şəraitində  proqram  mühəndisləri  proqram  təminatının  həyat  dövrü 

proseslərinin işlənilməsi üçün vahid standartlar dəstindən istifadəyə dair razılığa gəlməlidirlər. Bu 

gün İKT-nin sürətli yüksəlişi və geniş tətbiqi sosial-iqtisadi inkişafın prioritet məsələlərindəndir və 

onun həllində standartlaşdırmanın rolu böyükdür. Bu baxımdan telekommunikasiya və informasiya 

texnologiyaları  sahəsində  optimallıq,  şəffaflıq,  səmərəlilik  və  məqsədəuyğunluq  prinsiplərinə 

əsaslanan standartların işlənib hazırlanması və inkişaf etdirilməsi zərurətə çevrilməkdədir.  

Proqram təminatının işlənilmə prosesində yeni metodların yaranması və sürətlə artması yeni 

standartların  işlənilməsini  zəruri  edir.  Proqram  təminatının  işlənilmə  prosesi  çox  mürəkkəb 

olduğundan proqram mühəndisliyində yeni, daha faydalı və əsaslandırılmış proseslərin və qabaqcıl 

metodların tapılması və inteqrasiyası da digər mühəndis sistemlərinə nəzərən uzun çəkir. Proqram 

sənayesinin  sürətli  inkişafı  standartların  və  metodologiyaların  sürətlə  təkamülünü  tələb  edir. 

Proqram mühəndisliyi üzrə standartlar durmadan inkişaf etdirilir, dövri şəkildə nəzərdən keçirilir 

və lazım gəldikdə yenilənir. Bu standartların bəziləri 5 ildən bir, bəziləri isə ciddi dəyişikliklərə 

ehtiyac olduqda yenilənir.  

Deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, keyfiyyətli və rəqabətədavamlı 

proqram  təminatının  işlənilməsi  üçün  proqram  təminatını  işləyən  mütəxəssislər  standartlaşma 

sahəsində aşağıdakı biliklərə yiyələnməlidir: 

 

Proqram mühəndisliyi standartlarının vacibliyi və onun inkişaf tendensiyaları; 



  Proqram  təminatının  keyfiyyətinin  idarə  edilməsi  və  sertifikatlaşdırılması  proseslərinin 

standartları;  

  Proqram təminatının işlənilməsi üçün standartlar;  



  Proqram  təminatının  sənədləşdirilməsi,  tələblərin  müəyyən  edilməsi,  risklərin 

qiymətləndirilməsi, sınaq, müşayiət etmə üçün standartlar

  Proqram  təminatının  işlənilməsi  və  tətbiq  edilməsi  zamanı  istifadə  edilən  alətlər  və 



metodların standartları; 

 



Köməkçi ( qaydalar, lüğətlər və s.) standartlar.  


İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 83–95 

 

www.jpis.az 



93 

Bu biliklərin əldə edilməsi üçün isə aşağıda verilən tədbirlərin həyata keçirilməsi aktual və 

vacib problemlərdən biridir:  

1.  Azərbaycanda da proqram  mühəndisliyi  üzrə beynəlxalq  standartlar əsasında proqram 

təminatının  həyat  dövrünü  əhatə  edən  milli  standartlar  və  tədris  standartları 

işlənilməlidir; 

2.  Azərbaycanda əsasən çox kiçik müəssəsisələrin olduğunu nəzərə alaraq ISO / IEC 29110 

standartı  milli  standart  kimi  qəbul  edilməli  və  ya  onun  əsasında  milli  standart 

işlənilməlidir; 

3.  Dünya  təcrübəsinə  əsaslanaraq  Azərbaycanda  da  ali  təhsil  müəssisələrində 

standartlaşmanın tədrisinə başlanılmalıdır. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin