Proqram mühəndisliyi üzrə tədris standartları
Hal-hazırda informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislərin hazırlanması bütün
dünyada prioritet sahələrdən biri kimi qiymətləndirilir. Müasir proqram təminatını işləmək və
müşayiət etmək üçün bu sahənin mütəxəssisləri proqramlaşdırmanın ən müasir texnologiyaları ilə
işləmək qabiliyyətinə malik olmalıdırlar [22].
Proqram mühəndisliyinin tədrisi elə təşkil edilməlidir ki, təşkilatçılıq qabiliyyəti,
idarəetmə bacarığı olan və rəqabətədavamlı istənilən sinif proqram sistemlərini yarada bilən
mütəxəssislər hazırlamaq mümkün olsun. Qabaqcıl proqram sənayesinə malik olan ölkələrin
universitetlərində proqram mühəndisliyinin və informatikanın tədrisi üçün aşağıda göstərilən
tədris standartlarından istifadə edilir:
1. Computing Curriculum (hesablama texnikası üzrə kurrikulum) layihəsi çərçivəsində
IEEE və ACM proqram mühəndisliyinin universitetlərdə tədrisinə dair tövsiyyələrdən
ibarət olan SE2014 (Software Engineering 2014: Curriculum Guidelines for
Undergraduate Degree Programs in Software Engineering – Proqram mühəndisliyi
2014: bakalavrlar üçün proqram mühəndisliyi sahəsi üzrə tədris proqramı) sənədini
işləmişlər. SE2014 universitet və kolleclərin proqram mühəndisliyi üzrə tədris etməli
olduqları bilikləri ayrılıqları ilə təsvir edir, tədrisin ümumi prinsiplərini göstərir. Bu
sənəddə tədris planlarının nümunələri də verilmişdir [23];
2. Proqram Mühəndisliyinin Koordinasiya Komitəsi (Software Engineering Coordinating
Committee) tərəfindən proqram mühəndisliyi üzrə biliklər toplusu – SWEEBOK (Software
Engineering Body of Knowledge) işlənilmişdir. 2013-cü ildə işlənilmiş son versiyası 15 bilik
sahəsini əhatə edir, SWEEBOK V3 ISO/IEC TR 19759:2005 standartına əsaslanır və uzun
illər işləmiş peşəkar mütəxəssislərin bilikləri əsasında hazırlanmışdır [24];
3. 2009-cu ildə Sistem Mühəndisliyi üzrə Beynəlxalq Şura – INCOSE (International
Council on Systems Engineering), IEEE, ACM və başqalarının iştirakı ilə proqram
mühəndisliyi üzrə magistr hazırlığı üçün kurrikulum GSwE2009 (Graduate Software
Engineering 2009) işlənilmişdir [25];
4. ACM, IEEE və IEEE Computer Society (IEEE kompüter cəmiyyəti) iştirakı ilə
Dostları ilə paylaş: |