Standartların profilləri
Proqram mühəndisliyi sahəsində standartlaşmanın vəziyyəti və inkişafı aşağıda göstərilən
xüsusiyyətlərlə xarakterizə olunur və profili yaradarkən və tətbiq edərkən bunları nəzərə almaq
lazımdır [15]:
Mövcud çoxsaylı beynəlxalq və milli standartlar mürəkkəb sistemlərin, proqram
vasitələrinin və onların komponentlərinin işlənilməsi və tətbiqi proseslərinin
standartlaşdırılmasına qoyulan tələbləri tam əhatə etmir;
Beynəlxalq və milli standartların işlənilmə, razılaşdırılma və təsdiq edilmə müddətinin uzun
olması (3-5 il) bu sənədlərin tələb və təkliflərinin mürəkkəb sistemlərin yaradılma
texnologiyaları və təcrübəsinin cari tələblərindən geridə qalmasına gətirir;
Paylanmış proqram vasitələrinin yaradılmasının və inkişafının daha mürəkkəb və yaradıcı
proseslərini (sistemli analiz, layihələndirmə, komponentlərin inteqrasiyası, sınaq və
sertifikatlaşdırma) formallaşdırmaq və eyni bir sistemə gətirmək çətin olduğundan onları
demək olar ki, standartların tələb və təkliflərinə uyğunlaşdırmaq olmur;
Standartlaşmalı olan obyektlər və proseslər mürəkkəbləşdikcə standartın təkliflərində nəzərə
alınan şərtlərə daha çox ehtiyac yaranır və onların müəyyən layihədə düzgün istifadə
edilməsi üçün konkretləşdirilməsi və adaptasiya edilməsi lazım olur;
Yüksək səviyyəli standartların işlənilməsi və nəşr edilməsində gecikmələr və proqram
mühəndisliyi sahəsində müasir obyekt və proseslərin eyni sistemə gətirilməsi və
reqlamentləşdirilməsinə olan tələblər sahələr, idarələr və şirkətlər səviyyəsində çoxlu sayda
normativ və metodik sənədlərin yaranmasına və tətbiqinə gətirir.
Proqram təminatının yaradılmasında standartların profilini tətbiq edərkən bəzi hallarda milli
standartlardan və normativ sənədlərdən istifadə edilməli olur. Bu onunla əlaqədar olur ki, beynəlxalq
standartlarda bəzi məsələlər göstərilməyib və ya sistemin yaradılmasında milli xüsusiyyətlərin
nəzərə alınması vacibdir. Standartları tətbiq edərkən bəzi standartlarda boşluqlar aşkar edilir və
onlarda göstərilən tələblərin əlavə edilməsi və ya təkmilləşdirilməsi lazım gəlir. Standartlarda
göstərilməyən, lakin sistemin komponentlərinin qurulması və qarşılıqlı əlaqəsi zamanı vacib olan
bəzi funksiyalar idarə və müəssisələrin normativ sənədləri vasitəsilə təyin edilə bilər.
Dostları ilə paylaş: |