İnformasiya kommunikasiya texnologiyaları (İKT) məhsulları və xidmətləri iqtisadi cəhətdən
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə kommersiya, sənaye və məişət sahələrində geniş
yayılmışdır. Həyatın bütün sahələrində kompüterləşmiş qurğulardan istifadə edilməsi nəticəsində
bütün dünya proqram sistemləri və onlarla əlaqəli xidmətlərin təsiri altına düşmüşdür.
İKT məhsul və xidmətlərinin çeşidləri artmışdır və getdikcə daha da genişlənir (elektron tibb
sistemləri, trafikin idarə edilməsi sistemləri, informasiya sistemləri, bulud xidmətləri, əşyaların
interneti və s.). İstifadəçinin maraqlarını qorumaq üçün proqram təminatında olan səhvlər və
boşluqlar nəticəsində yarana biləcək bütün növ riskləri minimallaşdırmaq lazımdır. Bu işdə
proqram mühəndislərinin üzərinə daha böyük vəzifələr düşür. Proqram təminatını işləyənlər və
sistem mühəndisləri etibarlı və təhlükəsiz sistemlər yaratmaqla biznes, sənaye və bütün cəmiyyət
Hal-hazırda proqram təminatının işlənilməsi sahəsində bilik və təcrübələrin həcmi
əhəmiyyətli dərəcədə artmışdır. Bunlardan standartların işlənilməsi zamanı əsas vasitə kimi
istifadə edilir. Proqram mühəndisliyinin standartları proqram təminatının keyfiyyətinin idarə
edilməsində mühüm rol oynayır, məhsulun və ya prosesin lazımi atributlarını müəyyənləşdirir.
İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 83–95
86
www.jpis.az
Keyfiyyətin idarə edilməsi üzrə plan;
Validasiya və verifikasiya planı və s.
Bu standartların tətbiqinin aşağıda göstərilən üstünlükləri var:
Ən yaxşı təcrübəni inkapsulyasiya edir;
Keçmiş səhvlərin təkrarlanmasının qarşısını alır;
Konkret bir mühitdə keyfiyyətin nə demək olduğunu müəyyənləşdirmək üçün əsas verir;
Təşkilatın keyfiyyəti anlayışını müəyyən edir;
Layihənin davamlılığını təmin edir (yeni heyət proqram təminatının işlənilməsini davam
etdirə bilir) və s.
Proqram mühəndisliyi standartları tədqiqatlar nəticəsində işlənilmiş və müəssisələrdə qəbul
edilmiş qabaqcıl metod və nəzəriyyələrin inteqrasiyası, nizamlanması və optimallaşdırılması
nəticəsində işlənilir, təkmilləşdirilir və fəaliyyət dairəsi genişləndirilir. Son bir neçə il ərzində
keyfiyyətli proqram təminatının işlənilməsi üçün onun həyat dövrü proseslərini dəstəkləyən və
tənzimləyən bir çox beynəlxalq standartlar yaradılmışdır. Proqram təminatının təkamülündə
beynəlxalq standartların rolu böyükdür. Onlar proqram məhsullarının istehsalına çəkilən xərclərin
azaldılması, proqram məhsullarının keyfiyyətinə nəzarət və onlarla əlaqəli olan xidmətlərin
keyfiyyətinin artırılması üçün tətbiq edilir [10].
Proqram mühəndisliyinin müasir standartları əsasən aşağıdakı istifadəçilərin tələblərinə
cavab vermək üçün yaradılmışdır:
Biznes, sənaye, hərbi, dövlət sektorları və istifadəçi bazarı üçün proqram sistemlərini
işləyən böyük şirkətlər bu standartlardan istifadə etməklə beynəlxalq bazarlarda öz
mövqelərini gücləndirirlər;
Korporativ informasiya sistemlərinin sahibləri və istifadəçilərinə bu standartlar xərclərin
azaldılması, İT xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, azad rəqabət, risklərin və
qeyri-müəyyənliklərin azaldılması imkanı verir;
Proqram sistemlərinin yaradılması üçün metod və vasitələri işləyənlərə bu standartlar
xüsusiləşmiş və lisenziyalı metod və vasitələrdən açıq və sərbəst yayılan proqram
məhsullarının və xidmətlərin yaradılmasına keçid üçün köməklik edir;
Təhsil müəssisələrinə proqram təminatının yaradılması üçün metod və vasitələrin
öyrədilməsi üçün lazımi tövsiyyələr bu standartlarda verilmişdir.
Əvvəllər proqram təminatının istehsalı üçün standartları müəssisələr özləri işləyirdilər. Hal-
hazırda müəssisələr proqram təminatının işlənilməsi zamanı beynəlxalq təşkilatların dərc etdiyi
standartlardan istifadə etməyə üstünlük verirlər. Bu standartlar:
1. Proqram sənayesinin əsası olan proqram təminatının həyat dövrünün ümumi strukturunu
təyin edir və yeni terminləri formalaşdırırlar;
2. Proqram məhsullarının istehsalı, təyinatına görə tətbiqi, müşayiət edilməsi, tətbiqinin
dayandırılması zamanı istifadə edilən proses, fəaliyyət növü və məsələləri təyin edirlər;
3. Proqram komplekslərinin həyat dövrü proseslərinin idarə edilməsi və inkişaf etdirilməsi
zamanı istifadə ediləcək fəaliyyət növlərinə aid tövsiyələri və normativləri təyin edirlər;
4. Proqram məhsulunun həyat dövrü müddətində istifadəçi, istehsalçı və digər əlaqədar şəxslər
arasında münasibətləri tənzimləyən müəyyən fəaliyyətlər məcmusunu təqdim edirlər.
Proqram mühəndisliyinin standartları əsasən dörd qrupa bölünür:
Proqram mühəndisliyinin əsaslarının standartları (lüğətlər, tezauruslar, biliklər
toplusu və proqram mühəndislərinin sertifikatlaşdırılması);
Proqram sistemlərinin yaradılması üçün standartlar (proqram sistemlərinin həyat
dövrü, onun idarə edilməsi və həyat dövrünün ayrı-ayrı proseslərini əhatə edir);
Proqram sistemi və proseslərin xüsusiyyətlərinin idarə edilməsi və qiymətləndirilməsi
Dostları ilə paylaş: