Proqram mühəndisliyi üzrə standartları işləyən təşkilatlar
Standartlaşdırma məhsullar üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən
fəaliyyətdir. Adətən standartlar müxtəlif milli və beynəlxalq qurumlar, peşə cəmiyyətləri və ya
sənaye təşkilatları tərəfindən təsdiqlənir. Standartlar əsasən aşağıdakı kimi klassifikasiya edilir:
Beynəlxalq standartlar;
Milli standartlar;
Təşkilati standartlar;
Layihənin standartları.
Proqram mühəndisliyi üzrə standartlar aşağıda göstərilən təşkilatlar tərəfindən işlənilir:
Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat – International Organization for
Standartization (ISO). Bütün fəaliyyət sahələrində, o cümlədən, İT sahəsində standartları
işləyib hazırlayır [2];
Beynəlxalq Elektrotexnika Komissiyası – International Electrotechnical Commission
(IEC). Elektrik, elektron və qarışıq texnologiyalar sahəsində standartlar işləyir. Bu
standartlardan çoxu ISO ilə müştərək işlənilir [3];
Dostları ilə paylaş: |