Məsələ№1.
Heyvandarlıq fermasının işçiləri içməli suyu bilavasitə fermada olan şaxta quyusundan götürürlər. Suyun analizinin nəticələləri aşağıdakı kimi olmuşdur.
Rəngi- rəngsiz, iyi-yox, bulanıqlığı-0.8 mq/l, oksidləşməsi-6.8 mq/l, dəmir-0.3 mq/l, ammonyak-0.5 mq/l, nitritlər-0.02 mq/l, nitratlar-75 mq/l, koli-indeks-250 mq/l. Zərərsizləşdirmə məqsədi ilə tərkibində aktiv xlorun miqdarı 30% olan xlorlu əhəngdən və paslanmayan metaldan olan 200 litrlik həcmi olan çəndən istifadə etmək olar.
Normativ sənədlər: “ГОСТ 2874-82 İçməli su”, “İçməli su ambarlarının və ya çənlərinin təmizlənməsi, yuyulması və dezinfeksiyası”na dair Metodiki təlimat (Azərbaycan Respublikası Baş Dövlət sanitariya həkiminin müavini tərəfindən 22.08.2011-ci il tarixdə təsdiq olunmuş).
Aşağıdakı suallara cavab verin:
-
Quyu suyun hansı göstəricilərinə görə normativlərin tələblərinə uyğun deyil?
-
Su ilə hansı xəstəliklər keçə bilər?
-
Mərkəzləşdirilməmiş su təchizatında hansı zərərsizləşdirilmə üsullarından istifadə etmək olar?
Ədəbiyyat: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1.
Məsələ№2.
Mart ayında aparılan tibbi baxışlar zamanı metalkonstruksiya zavodunun müayinə olunmuş fəhlələrinin 30%-i diş ətində qanaxmanın artdığından şikayətlənmişlər.
Baxış zamanı: şişkinləşmiş və yumşalmış diş əti. Azca masaj edildikdə diş ətinin selikli qişasından qan əmələ gəlir. Qan təzyiqinin ölçülməsi zamanı manjetin sıxıldığı nahiyədə nöqtəli qansızmalar müşahidə edilir.
(Normativ sənədlər: “Müxtəlif əhali qrupları üçün qida maddələrinə və enerjiyə olan fizioloji tələbat normaları”-№5786-91, “Hazır qidanın C vitaminləşdirilməsi, qidalanma rasionunun vitamin keyfiyyəti, kütləvi istifadə edilən vitaminli məhsullarda vitaminlərin miqdarı və sənaye müəssislərində vitamin preparatlarının verilməsi üzərində nəzarət sahəsində sanitariya-epidemioloji xidmətin işinə dair təlimat”-№997-72).
Aşağıdakı suallara cavab verin.
1. Belə simptomlar hansı vitaminlər çatışmazlığından ola bilər?
2. Hipovitaminozların hansı formaları var?
3. Tərkibində vitamin C-nin miqdarı yüksək olan hansı bitkiləri bilirsiniz?
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30. 04. 2010 - cu il tarixli 25 № - li əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya - epidemioloji qaydalar və normativlər”.
Məsələ№3.
Uşaq bağçasında nahar zamanı uşaqlara badımcan kürüsü verilmişdir. Badımcan kürüsü rayon mərkəzində olan konserv zavodunun istehsalıdır. Yemək qəbulundan 7 saat sonra uşaqların ikisində qusma, qarında ağrı, zəiflik, udmanın çətinləşməsi, göz bəbəklərinin qeyri-bərabər böyüməsi əlamətləri olmuşdur. Daha sonra göz qapaqlarının düşməsi, səsin xırıltılı olması, tın-tın danışıq əlamətləri üzə çıxmışdır. Bədən hərarəti normal olmuş, lakin taxikardiya müşahidə edilmişdir. Uşaqlara nevropatoloq tərəfindən poliomielit və difteriya polinevriti diaqnozu qoyulmuş, uşaqlar nevroloji şöbəyə qospitalizə edilmişlər. Lazimi müalicə almalarına baxmayaraq, 1 sutkadan sonra uşaqlar ölmüşdür. Həmin uşaq bağçasından 12-48 saatdan sonra daha 5 uşaq analoji əlamətlərlə həkimə müraciət etmiş, uşaqlara qida zəhərlənməsi diaqnozu qoyulmuş və məlum olmuşdur ki, həmin uşaqlar da əvvəlki 2 uşaqla birlikdə eyni bankadan badımcan kürüsü ilə qidalanmışlar.
Normativ sənəd: “Qida zəhərlənməsi zamanı sanitariya-epidemioloji xidmət idarələrində tədqiqat, qeydiyyat və laboratoriya müayinələrinin aparılması qaydalarına dair məlumat” (1135-73№-li)
Suallar:
1. Bu əlamətlər hansı xəstəliyə mənsubdur?
2. Hansı əsas qrup qida zəhərlənmələri mövcuddur?
3. Qida zəhərlənməsi diaqnozu qoyulmuş xəstə barədə müalicə həkimi tərəfindən Gigiyena və Epidemiologiya Mərkəzinə hansı məlumat verilməlidir?
Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков М., 2008
Dostları ilə paylaş: |