Atalar deyir atalarsöZÜ Işləyən Bey Hadi 20 200. S ebced Turuz-Tebriz


Her yiğidin gönlünde bir arslan yatar. Herkesin ulaşmak istediği bir amaç vardır. (Bayram Özdemir)



Yüklə 4,91 Mb.
səhifə27/48
tarix06.02.2017
ölçüsü4,91 Mb.
#7807
1   ...   23   24   25   26   27   28   29   30   ...   48
Her yiğidin gönlünde bir arslan yatar. Herkesin ulaşmak istediği bir amaç vardır. (Bayram Özdemir).

Herkes kendi evinde ağadır. Ağa, Baba, büyük kardeş, hatırı sayılır büyük, yönetici, varlıklı kişi. Herkesin kendi evinde ve çevresinde sözü geçer. Her horoz kendi çöplüğünde öter. Herkes kendinin beyidir. (Bayram Özdemir).

Herkesin aklı bir olsa, koyuna çoban bulunmaz. Her iş o işi yapacakyeteneğe sahip kişilerle yapılır. Her kes aynı yetenekte olsaydı, aynı işi yapsaydı, diğer işleri yapacak insan bulunmazdı. (Bayram Özdemir).

hey dos mənə, tutanmırsan əlimdən, ayağımdan qaydırma.

heyvan alısı dışıda, adam alısı içidə.

heyvan ilişə ilişə, insan diləşə diləşə.

heyvan ilişə ilişə, insan dilişə dilişə (diləşə diləşə). {heyvan iyləşə iylşə, adam dilləşə dilləşə bir birin tapar).

heyvan otdan, xoca aşdan doymaz.

heyvan ölər əti qalar, kişi ölər adı qalar.

heyvan saxlasan pişik saxla, özü tutar özü utar.

heyvan, sınarına çəkər. (sınar: tay. nov').

heyvanı buynuzundan, kişini dilindən tutarlar.

heyvanı tükün töküncə gör, qızı gəlin olunca gör, gəlini doğunca gör.

heyvanın dişi, kişinin işi olsun.

heyvanın dişinə bax, kişinin işinə.

hələ çiğsən qalırı çoxlu çağun pişmyivə!.

həm xayasız həm hayasız.

həm suçlu, həm güclü.

həməşə vardı bir ulduz vuraraq göz çağırır, sən çalış gündəkini, gəlməliysə yarınında gələcək.

hən deyibən yoxluğa, qaramsardır varlığa!!. (qaramsardır: bədbin).

hənək hənək, olur dəğənək. (hənək: şuxluq) (şuxluq artsa kötəyə çönür).

həp çevrəsin oğru görən, bir doğru yol bulamaz. (hamını oğru, əğri görən, bir doğru yol bulmamış).

həp yaşıyan ölmüş olur birin gün, bir başlı yok yaşam sürə ölüm çün. (birin gün: günlərin birində).

həp yaşıyan ölmüş olur birin gün, bir başlı yok yaşam sürə ölüm çün. (birin gün: günlərin birində).

hər acı, gülüş gözləmir, hər gülüş, acı.

hər açılmaz qapıya vardı haçar.

hər ağacda bar olmaz, hər gələndən yar olmaz.

hər ağacdan umarıq vardı verə ya yemişin, ya kölgəsin yaki odun.

hər ağacdan, qaşıq olmaz.

hər ağacın barı var, hər yaşıvın dadı var, hər iş yapdın çağı var.

hər ağız bir söz desə söz olar, min ağız bir söz desə sel olar.

hər ağzın öz avızı.

hər axşamın bir danğı, hər könülün bir dəngi. (danğı: səhəri). (dəngi: tayı. tuşu).

hər akşam günün bitişi, yarının başlanqıcıdır.

hər an, hər gün yaşırız, aylar, illər ötür bir an yalnız ölürüz.

hər aracın yaracı var. (yarac: fayda. istifadə).

hər başa papağ tapılar, hər papağa baş yox.

hər başın yazısı başına görədir.

hər başqa işin bir kişisi var.

hər bir çoxun sonu var, çıxmazların yolu var.

hər bir damcı ufaq dəniz, bircə tiniz iki təniz. (tiniz: ruhuz. ruhuq).

hər bir dərdin acısı, tapılmalı açısı.

hər bir doğan yalandan, olan gerçək doğulmuş.

hər bir işdə uğur yok, düşünmədən utuş yok.

hər bir nəyin sonu var, hər bir ərin donu var.

hər bir nəyin sonu var, hər bir tənin soxu var. (soxu: geyim).

hər bir sağın solu var, hər bir nəyin sonu var.

hər bir sözü qoşqarın ox yalıdır yayında, qan yalıdır ürəkdə.

hər bir sözü qoşqarın ox yalıdır yayında, qan yalıdır ürəkdə. (qoşqarın: qoşarın: şairin).

hər bir yalan ikincisin düzənlər.

hər birindən biraz görən az bilməz.

hər boşanmada biri oğular, biri onular. (oğular: sınar). (onular: doğrular. özün bular).

hər bulut içi kitir doluq qussə, varsada arxasında günəş.

hər çağun, hər bir yerin işlək işi, uyqun sözü olsun gərək. (hərgələ ağız açma, adım atma).

hər çilgən baradurur bir əmi, yalnız ölümdurur tapılmaz əmi. (çilgən: çiləgin: dərdin).

hər çimən gülşad olanmaz orda gül, şad olmasa.

hər dadlıya bal demə.

hər darığın, yarığı var.

hər daş baş yarmaz. (birbirinə oxşayışlı nərsələr bir sonuca yol açmaz).

hər dərdə dərmandı qara, bu dərdə dərman arama. (qara: tiryək).

hər dərdin var dərmanı, ölüm dərman sayılsa!.

hər doğru söz söylənməz, söylədiğin yalan olmaz. (doğru sözündə yeri var).

hər doğrunun əğrisi, yox əğrinin doğrusu.

hər doğulan boğulur bir gün. ''doğum boğum'' anında olur, yaşam illər keçir uzun sürür. yaşam yolsa, ölümdü duraq, ölüm eşqinə yaşamaq olmaz, yaşam eşqinə yaşıyaq duraq.

hər dona yamaq olda, hər yamağa don olma.

hər donda gəzən, utanırsa don tapmaz.

hər durumda ya bir deşik ya bir eşik tapılar. (deşik: baca. dəlik). (eşik: qapı).

hər duyanı düz demə.

hər düşən qalxmamış, hər aldanan öğrəşməmiş, hər görən düşünməmiş.

hər el çıxarın daşır.

hər el çıxarın yaşır!.

hər elin bayrağıdır ''dil'' deyəli söz varımız.

hər elin çıxarı gözü önündə, başı üstündədir.

hər elin çıxarına görə yazar yazısı var.

hər elin dil durur göstərgəsi.

hər elin keçmişi yer altıda, olduğu əlində üzündədir. (indi olanlar keçmişi yapmamışlar).

hər elin öz dəlisi.

hər elin vardı başı, bizdədə el daşdı başı.

hər elin yazısı başına görədir.

hər evin dəlisi var, hər dəli bir evdədir.

hər evin qapısı var, hər işin aracı.

hər əğri, yayın (kaman) deyir, hər yetən yarın.

hər əğridən yay çıxmaz.

hər əsənə yel demə, hər axana sel.

hər əyri, yayın deyir, hər yetən yarın.

hər əyridən yay çıxmaz.

hər gecənin gör sonun, sökük bağrı dan çağı. (yoldaşın tanı, axşamın danı). (axşamın danı: axşamın səhəri).

hər gecənin gör sonun, sökük bağrı dan çağı. (yoldaşın tanı, axşamın danı). (axşamın danı: axşamın səhəri).

hər gerçək keçməz, andın yeri var, adın gücü.

hər gələ götə baş uzatma. (yadağ: natanış).

hər gələn yar olamaz sevgi sənə, dolanan baş çatacaq sevgisinə.

hər gələnə can demə, hər görənə, yan demə (yan demək: qoğmaq).

hər gələnə xoş demə.

hər gələnə qaş qoymaq. (qaş qoymaq: qarşı çıxmaq).

hər gələnə yakınma, hər keçənə sarılma.

hər gələnə yol vermə, yellə suya bel vermə.

hər gələnin sözünə inan, çünki sən bilmədiyin şeyləri sənə öyrədə bilər.

hər gələylə danışma, əlsizlərə basınma. (əlsizlərə: acizlərə).

hər gərəyin gərəci var. (gərəci: gərəkli ayqıtı) (soyuq təndir kündəsinə küt deyər. (soyuq təndirə yoğur (xəmir) yapışmaz).

hər gizin, gəzi var açlımağa. (gecə boylu düşən, irtə doğur). (dalıda alar, burunda doğar).

hər gözəl işin ardında gözəl bir kişi yatmış.

hər gün başlır yenidən, alqıl soluq dərindən, danışmaqıl irindən, başla yeni günündən. (irindən: ertədən. keçmişdən).

hər günün başqa, yeni bir uşaq, yetərki yeni gözlə bax.

hər günün gecəsi var, hər gecənin, günüzü.

hər xoca öz bildiyin oxur.

hər xoruz, öz küllüyündə ötər.

hər imə qaçan tazı, tez yorular.

hər iş gedəcək çaylar axarı!. (sən yapdığın yap, yapın yapılacaq). (sən qıldın qıl, olan olacaq). (yaşamda tələsib darıxmaq gərəkməz. könlü dinlə, başla qılın. (başla: ağıllla) (evrəni sürən çalqın, çılqın yazqıdır: dünyanı çevirən dinamik fatalismdir).

hər işə könül gərək, igid xoşu at yaraq. (könül: maraq. əlaqə).

hər işin eşi var. (: püf. yol. fənn). (xoruz banı, atdırmaz danı).

hər işivi çək ilə, görən desin ha böylə. (çək: həd). (alan əllər aldıqların bilirlər, verən əldə verdiklərin bilməli).

hər işləyən, kiş deyir. hər doğan ana deyir.

hər kəs bildiyini, dəgirman döydüyünü.

hər kəs bildiyini, dəğirman döndüyün düşünür.

hər kəs əkdiyin bicmiş.

hər kəsdən bildiyin al, dəğirmandan döydüyün.

hər kəsən hər neynər, özü özünə eylər.

hər kəsik can ağrıdar.

hər kəsin (kişi) kəndi çörəyinə köz eşər.

hər kəsin bir dərdi, hər dərdin bir acısı, hər acının min açısı var. (açısı: ilacı. dərmanı).

hər kəsin tanrısı özünə oxşur.

hər kəsin, kəsi var, hər nəyin bəsi (hər kimsənin, (birbirindən) fərqi var, hər nəyin çəki, həddi var).

hər ki aşqa uyar, kilimin suya bıraxar.

hər kim bildiklərin dərmiş gülün, yığmış külün.

hər kim bildiyin oxur.

hər kim danışdı, vergilən qulax, yaxcısın tut, qolayın burax.

hər kim eşitdiyin özüycə deyir. (özüycə: kəndi sanıyla. öz zənnicə) (deyir: yorur).

hər kim gerçəyini istədiyi kimi yaradır, sevdiyi kimi bəzir.

hər kim gəlmiş kәndi ömrün yaşamış. {yol yola çatır, yoluğ uzur. (yoluğ: səfər)}. (evrən sonsuz baş quyruğu yığılmaz, boş bir güdül tutmaqilə tıxılmaz). (kəndi başın kəndi yolun tutqılan, ömür bitər səndən qalan iz olur). (yolçular bitər, yolçuluq sürər).

hər kim ki yanmaya bu günəş oduna, bir quzda yatar qar tək, sayvana gələnməz ol.

hər kim öz dərdinə ağlır, unutma, kimsə sənə yanmaz.

hər kim öz yükünü ağır görür.

hər kim sevgidən pay alıb, buluq ona calanıb. (buluq: ürfan).

hər kim tanrısın öz gözilə görür.

hər kim üçün üç kimlik, ortadaki, içindəki, sandığı.

hər kimə hər nəyə bir bağlı nəyin varsa gedər, yalınız amacın olmuşki səninlə ölənədək duracaq.

hər kimi oğru san, ta malın oğrudan sakın salasın. (sakın salasan: gizli saxlayasın).

hər kimilə döğüşsən belə döğüş, yalnız kəndi özünlə barış.

hər kimilə gəzirsən, o dondada görnüsən.

hər kimin başına görə ağzı açılar.

hər kimin dünyası düşüncəsi qədərdir. (hərnə olsa anlağın, olda olar qavramın). (düşünə bildiyin, dünyavı qurur). .

hər kimin sərbəsligi biligi dəkdir (candır).

hər kimin varı umayı, yetər arasın doğru yiyəsi. (umayı: baxtı. tale'i. iqbalı). (gəzən tapdı olan yiyəsin).

hər kimindirsə yara basma duzu.

hər kiminin özünə, tansu gəldər gözünə. (hər kiminin: hər kiminki). (dansu: tansu: huru).

hər kiminki zünə, ay görünər özünə.

hər kimisə eykuluqa üz qoya, kəndi düşər istəməzdən düz yola. (eykuluqa: yaxşılığa).

hər kimsədə yox çıxar, dəğişməyə öğrəşmək, dəğişməyi bacarmaq, dəğişməyə inanmaq.

hər kimsənin itən yarısı eşikdə durur içində yatır, arırsa kəndi özün, sonunda tapır.

hər kimsənin itən yarısı eşikdə durur içində yatır, arırsa kəndi özün, sonunda tapır.

hər kimsənin özünkü, ay görünür üzüngü. (üzüngü: üzü. surəti).

hər kişi kəndi çörəyinə köz eşər.

hər kölgənin ışığı var, hər ışıq kölgə tanımaz. (ışıq: 1. nur. 2. güc).

hər köngülün yarası olan sözü var, barası olan yeri var, qarası olan oyu var, sarası olan biri var. (yarası: açılası. çara axdarılası). (barası: varası). (qarası: açıqlanaması). (sarası: sarılası).

hər köngülün yarası, yolun varası, ağın qarası, doğrunun barası, çayın sarası, dərdin darası var. (darası: darısı. davası).

hər könül bir qaladır, hər sinə sınmaz sınğar, sevgi yurdunda elin öz adına baylığı var. (sınğar: səngər. sınan, gizlənən yer. qorunqa) (baylığı var: bəyligi var. devləti var. bayrağı var).

hər könül kəndi yolun, hər qadın kəndi qolun seçmədə, könül qollara kəsişir, yollar könüllərə çəkilir.

hər küllüyün, öz xoruzu.

hər qadına baş vuran, bir qadına nisgilli, bir qadınla olana, hər bir qadın nisgilli.

hər qapı min yola açılır, hər yola min qapı.

hər qaranın ağı var, hər ağın qarası.

hər qaşıyan yaratmaz, hər qaşınan yaranmaz.

hər qavış, bir avış sonu, hər avış, bir qavış donu. (hər ayrılıq, bir vəslətin sonudur, hər vəslət, bir ayrılığın örtüyüdür.

hər qazanda hər çeşitin aş pişər.

hər qızıla köz demə.

hər qızın ər qayğısı, ulu elin öz qayğısı.

hər qoyun öz qıçından asılır. (hər kim öz davranışının sorumlusudur).

hər qulpun öz açarı var.

hər quşun əti yenməz. (quş var əti yeyilir, quş var ət yedrilir).

hər quşun əti yeyilməz. (hərkəsdən, hər nə gözlənilənməz).

hər quşun öz yuvası, hər başın öz çuxası (bəxdi).

hər malanın sapı var, hər yalanın quyruğu.

hər millətin çıxarı dövlətinə görədi.

hər necə istəyirsən görün, istəgin kimi ol!.

hər nə alır bir boya, yalnız səsdir boyanmaz. (qaranquda qardaş səsi tanınar).

hər nə alır bir boya, yalnız səsdir boyanmaz. (qaranquda qardaş səsi tanınar).

hər nə bir az doğrudur, -yox deyirsiz, -doğrusuz!.

hər nə bitir sonuna yetir, bir gün gəlir bir gün gedir.

hər nə çağiylə bitər, olmuş olanlar itər.

hər nə desən bulunur, sevgidə uc sunulmaz, çoxda gəzib dolaşma, eşq uca ulunmaz, sonsuz yolu sonulmaz.

hər nə edər özünə edər, külü də gözünə edər.

hər nə əksən ol gögər. (gögər: gövərər. ösər. ösüyər. ucalar).

hər nə gəncləşir yaşır.

hər nə indidən başlır, keçmişi daşlır, qırıq körpü dünündür, körpü üstü günündür, quraq körpü yarına.

hər nə istəklə olsa, ölüm istəyi dolunca.

hər nə istəklə olur, istəksiz olanda ölür.

hər nə işə sən girişsən, iç özündən veriş sən.

hər nə işə sən girişsən, iç özündən veriş sən.

hər nə iyi ?. inanma!, hər nə olsa iyi yönün unutma.

hər nə keçsə unututlur, çalış nə olduğun, nə yapdığın unutma.

hər nə kökünə dönür.

hər nə qılan yorulmuş, yalnız sevən yorulmaz.

hər nə salsan aşıva, oda çıxar qaşığan. {qazanda olsa, çomuçqa çıxar. (çomuçqa: çömçəgə. çəmçəgə)}.

hər nə üzülməsə, düzələr.

hər nə vardı ondadı. -hava duman, qırmızı tuman, neyləsin çoban.

hər nə varından qoxar, soğanlıq ətir qoxmaz. (hər nə içindən qoxar, soğanlıq ətir qoxmaz). (qoxar: iy, is verər).

hər nə varsa bir kərəlik yaranır, unutmazsan üst üstə qalanır. (keçmişə, ötmüşə dayanma).

hər nə yaxşılığa doğru. (iyi diləkdə bulunmaq).

hər nə yedin dadındır, hər nə verdin adındır, hərnə qaldı yadındı.

hər nə yolunda deyil, gülün dərməyə eğil, yarın gözləməz olur, ərsiz dişilər doğur.

hər nədə olsada tüm gözəlliklər, yox ölümdə damcısı inan.

hər nədə varsa bir dəğər bil gülüm, təkcə seviş sevgidi bilməz dəğər.

hər nədən doyulur aşqdan başqa, könül baş çevrilir aşqdan aşqa.

hər nəinsə payı var, sev sevişin çağı.

hər nəyə gülmək kişi başına qalmasın açar.

hər nəyə qapılırsan kor elər. (kor elər: korlar). (ıraq duran ortanı seçər).

hər nəyə oxşayan, heç nəyə oxşamaz.

hər nəyə öğrəşilir, dərdlərə, ağrılara öğrəşmədən at!.

hər nəyə sən cumursun, başqasından umursun. (içindəki varlığın dışarıda kölgəsini göz arar).

hər nəyə soxsan gərəyi, vurub qırar kələyi. (kələk: civar. çevrə. çəpər. hisar). (''gərək'' sözü kişi qılığına uymaz).

hər nəyi içivə atma, hər nəyi içinə atan çöplüyə dönər.

hər nəyi itirsən itir, yetərki kəndivi itirmiyəsən.

hər nəyilə kövsünmə, hər yel ilə övsünmə. (hər nədən küsmə, hər yel ilə əsinmə).

hər nəyin adı var!. hər nəyi adı ilə çağır! gizlətmək, yalanlamaqla əkitiş olmaz. (əkitiş olmaz: əkitmək olmaz: tərbiyət edmək olmaz).

hər nəyin axlımı var. (axlım: yol. qılığ. püf).

hər nəyin artığı, artığ.

hər nəyin başı varsa, dibidə var.

hər nəyin butu var!. (hər nəyi dolu, güclü yeri var).

hər nəyin çağı var, hər qaranın ağı var. (qışı keçin, yazı keçit, yayda durur sırada).

hər nəyin çağı, ürəyin yağı. (ürəyin yağı: ürəyin gücü). (könüldə yağ qalmasa hər nəyə hər bir çağun dözəməz).

hər nəyin çalası var. (hər nəyin bədəli var).

hər nəyin gözəli olur, ölümdən sıvay, ölümü öyən, ölüm carcısı, usu quylab, öcün yaycısı.

hər nəyin olumu var, hər olumun, ölümü. (olduğun durum, çoxda darıxdırıb sevindirməsin, olarda keçər). (hər nəyin sonu var, yazılı biçili donu var).

hər nəyin önəmin (dəğərin) gördüyü işdən gör. (gördüyü işdən: yapdığı sonucdan).

hər nəyin sonu var, biçiməmiş donu var.

hər nəyin sonu var, valığın sonu yoxluqdur. sonsuzluğu kişi beyni anlaya bilməz.

hər nəyin utuzan, tapar!, kimliyin utuzan, batar!.

hər nəyin varlığın, olduğunda gör.

hər nəyin yenğisi, yaxşısı. (barçanın yenğisi, yaxşısı).

hər nəyivi qapatsan, düşüncəvi qapatma.

hər nisgilin sonu var, hər işgilin yolu var. (nisgilin: həsrətin).

hər öpüş ürəkdən, hər seviş könüldən deyil. (seviş: məhəbbət. eşq).

hər parlayan altum iməz bilirsin?.

hər parlayan olmaz ki qızıl.

hər saqqallını ata sanma. (görnüşə aldanma).

hər sevən çatmır, hər çatan sevmir.

hər sevginin iyəsi, hər çiçəyin iyisi.

hər sevginin kəndi yeri var, ikisi bir yerdə olu dar.

hər soluğun öz çırağı var, hər könülün öz dincliyi. (dincliyi: huzuru).

hər solunan soluqda, ölüm artıq yaxlaşır.

hər söyəni, yov demə.

hər sürən sürəcin sürür, evirən öz yolun yürür. (evirən: evigən: evrən. çevrən. ozun. acun. aşun. dünya). (sürəcin: öz devrəsin, möhlətin). (yaşam olayla doludur, səndə çalış, özün üçün bir olay ol).

hər şey yumurtadan başlar. (hər şey təmiz seçmə yumurtadan başlayır).

hər topraq suvarılmaz, hər kişiyə yaxlıq yavlıq (yaxcılıq pislik) qılınmaz.

hər törəkin öz yolu, hər işin öz yeri var. (törək: sənət. hünər).

hər türlü yaşanır yaşam, umutsuz qalana çaşam.

hər ulayan istəyinə ulaşmaz. (uluşmaz).

hər umudun öz qapısı, min qapısı var. umutlar yığılsa bir qapıya dar gəlir.

hər uzunda belə sonunda unudulur.

hər üzün özü var, hər özün üzü.

hər vermək itirmək deyil, hər almaq utmaq deyil.

hər vermək itirmək deyil, hər almaq utmaq.

hər yana doğrayan, yolundan qalıb gedər. (hər yana doğrayan: yol dəğişib gedən). (yolundan: amacından).

hər yanda olan heç yanda deyil.

hər yarağı düzəlmişdi, qalmışdı saqqal darağı.

hər yaşamın ölüm gəlir ardıca, yaşamda var qoxar acı ölümdən.

hər yaşıllıq yaşamlığın simgəsi, hər qaranlıq ölümlügün imgəsi. (imgəsi: kölgəsi. işarəsi). (al - saruluq gün varlığın bəlgürür).

hər yaşında öz dərdi var, çağ ötərdə dərd dəğişməz.

hər yazının, var yazısı!.

hər yenilik dənәnsin, heçbir dənək yanılmazsın oluşmur.

hər yerin öz batmanı.

hər yuxunun bir sonu, min ağrının bir donu.

hərdən dolur nisgil içimə, çatmır əlim başqa seçimə.

hərkəsə oxşayanlar kimsəyə oxşamazlar.

hərkəsin ağlı bir olsa köyə çoban bulunmazdı.

hərkim gedir aşına, baxmır nələr gəlir başına.

hərkimin qazanı qapalı qaynar. (heçkimin içindəki, gərəkdiyi kimi, çinindən bəlirməz).

hərnə bilikdən asılı, bilik yoxsa gorun qazılı. (yolun bilsən od pırıldar daşından, barıt doğar qarından).

hərnə çıxdı önə, yamandır demə, çatmadı gücün inama, yalandı demə. (önə çıxana yamandı demə, inanmadın, yalandı demə). (inama: inanmağa).

hərnə çıxır önə, yaman demə, çatmadı güc, yalan demə. (önə çıxana yamandı demə, inanmadın, yalandı demə).

hərnə enində sonunda gerçək yolunu bulur.

hərnə qurusada suyuna çəkər. (suyuna: zatına, xuyuna).

hərnə qurusada, suyuna (zatına, xuyuna) çəkər.

hərnə olsa anlağın, olda olar qavramın. (düşünə bildiyin, dünyavı qurur). . (hər kimin dünyası düşüncəsi qədərdir).

hərnə sənlə başlar, səninlə bitər, sevilmək umut sevmədən bətər.

hərnədən öğrəşmək olar, hər kimə öğrətmək olmaz.

hərnəyi, qurdasında gör. (qurda: sistim). (hərnəyi işlədiyi sistimin içində yoxla, gör).

hərnә istәsәn, çatırsa çağı, əl çatar ona.

həyəcanlanmaq: qomunmaq. qabınmaq. qabarlanmaq. dalqalanmaq. çapınmaq. çabalanmaq. qamcınmaq. bulqanmaq. qalqupmaq. qapıqmaq. qondalmaq. dalqanmaq.

higgə tutma içində, tez çürüdüb pasladar. (higgə tutma içində: öc saxlama içində).

hinə girməz çıxış yolun bəlgilət.

hinə girsən ağzı var. (hinə: ninə).

hirs gələr göz qaralar, his gedər üz qaralar. (hirs gələr göz qızarar, his gedər üz qızarar).

hirs qocaldar, qorxu öldürür, güvənc qaldırır, inanac yaraldır.

hirsin utan sancımaz.

hırsız qap baca tanımaz. (hırsıza qap baca olmaz).

hırsıza, qap baca olmaz.

hirsli kişi, yuxudada saqqalın əsdirir (çeynir).

his gələr göz qaralar, his gedər üz qaralar.

hızlı sağan, tez keçər, tezcə qızan tez sönər. (sağan: sağanaq). (iti gələn, itib gedər).

hoca deyir, dinmə qanma düşünmə, dincə yaşın vur başa.

Ho-ho var dağa qaldırar, ho-ho var dağdan endirər. (Araz Gunduz).

hopsa qorxu, bu tezliyə qopulmaz.

hovan kişi əlindəkin unutmuş, ıraqdakın gözləyər. (hovan: başı boş. axmaq).

hovan qonağ ev yiyəsin ağırlar. (hovan: axmaq).

hovan olub olma qurdun qoldaşı, qurd tanımaz qarındaşı yoldaşı. (hovan: beyni boş. axmaq). (qoldaşı: köməyi).

hovan olub olma qurdun qoldaşı, qurd tanımaz qarındaşı yoldaşı. (hovan: beyni boş. axmaq). (qoldaşı: köməyi).

hovan sürər devranı, uslu oyun aylanı. (hovan: axmaq). (oyun aylanı: fikrin əsiri).

hovan, söz açışından bəlli, quş uçuşundan. (havan: hovan: axmaq). (axmaq, sözləsə, söyləsə, sözündən tanınar).

hovanlar alqışından qaç. (hovanlar: axmaqlar).

hovanlar dalaşmadan yanba yana oturmaz!. (hovanlar: axmaqlar).

hovanlar nə bağışlar, nə unudar. (hovan: axmaq).

hovanlarla yar olma, almalıvı alarlar, qalmaz qara yaxarlar, yaxcı günün nisgilin, yanuğ könlə qalarlar. (hovanlarla: axmaqlarla).

hovanlıq kişinin birinci düşmanıdır. (hovanlıq: axmaqlıq).

hovla yazılmış yaşam, tez qırılan cam üsdə, sevən atar sevənin, bir quruca söz üsdə. (hovla: buğla. buxarla).

höl çubuqla toxunur səbət, quru çubuq nəyinə gərək. (höl: şeh).

höl təzək, quru təzək, hər kimə gəlir gəzək. (höl: öl. yaş).

hörgən incikdən üzülür, kişi ürəkdən. (incikdən: işgə yerindən).

hövlük belə hövülgər, tut öğündə pişər. (hövlük: tələsən). (öğündə: çağında).

huşuvu oyaq tut, quşuvu yok.

hünər ən böyük yalandır ki, gərçəyə yaxınladır.

hünərli ər xar olmaz, qaykişiyə zar olmaz. (xar: < xor. kor).

hünərli iğid ölməz.

hürə bilmir itləri başa salır.

hürəgən it ısramaz. (ısramaz: qapmaz).

hürəgən it, çağrılmamış qonaq gətirər. (hürməyin bilməyən, kəndə qonaq gətirər).

hürən itin sözü var, iki əlin sesi var.



hürməyin bilməyən, kəndə qonaq gətirər.

hürməz it olmaz, sökməz dan olmaz.

Hürriyet olmayan yerde cuma namazı kılınmaz. Sütçü İmam. Osmanlı Devleti 1918de Mondros Ateşkes antlaşması ile fiilen yıkıldı. Ülkemiz işgal edilmeye başladı. Maraş 'da Fransızlar tarafından işgal edildi. Bu sırada Maraş'da küçük bir camide hem imamlık yapan, hemde süt satan bir imam vardı. Cuma günü halk caminin önüne namaz kılmak için toplandıkları sırada, yerli bir Ermeni kızın kışkırtmasıyla direkteki Türk bayrağı indirilir yerine Fransız bayrağı çekilir. Bunu gören Sütçü imam halka dönerek, Hürriyet olmayan yerde cuma namazı kılınmaz der, Halkı savaşa çağırır. Halk silahlarak Fransızlarla mücadeleye başlar. Maraş kendi imkanları ile fransız işgalinden kurtulur. Türkiye Büyük Millet Meclisi tarafından kahraman ünvanı verilir. Kahramanmaraş olur. (Bayram Özdemir).

xala evinə dadanan, ər evinə dayanmaz.

xala evinə öğrəşən ər evində qalmaz, min qapıdan pay uman bir qapıdan doymaz.

xalça dövülər tozu çıxar, un ələnər çöpü çıxar. altun ərir özü çıxar.

xam dəridi, açılar.

xan başı köprü bolsa, atlab öt. (əgər xanın qafası köprü olursa üzərindən sıçrayıb gec. çünkü o kimi bir köprüye güvən olmaz).

xan dilərsə açar, dilərsə qapar.

xan düşünəndə, el borca düşər.

xan evi kömürsüz olsada, kömürlüksüz olmaz.

xan evinə quyruq bular bars gəli, bizimkinə kor it gedir, har gəli.

xan evinin darlığı, qara alaçımın genligi. (dar olsunda, zor olmasın).

xanım betin yaşırar, sözün dağdan aşırar. (betin yaşırar: üzün tutar, örtər).

xanım qızın kəsməsi, axşam əsin əsməsi. (kəsmə: birçək. . pərçəm). (qızın: duşizə) (kəsmə: birçək. . pərçəm). (əsin: nəsim).

xanın sözü, sözlərin xanı deyil. (şahın sözü, sözlərin şahı deyil).

xanlar evi gen olsun, dar görünər biləmə, kəndi evim dar olsun, gen yaşanır biləmə. (xan evinin darlığı, qara alaçımın genligi). (dar olsunda, zor olmasın).

xara doydu, torba doymadı.

xarab olsun o topraqki, məni özündə batırıb, itirir.

xarabadan tüstü çıxmaz.

xarabalığdan qaçan, abad ev tikməmiş.

xaral doydu, torba doymadı.

xatuna quşanma, qayırğa (yada) işənmə.

xeyir bir qopar, şər onu min qovar. (qopar: üz göstərər).

xeyir dilə qonşuna, xeyir gəlsin başına.

xeyir gəldi, şər gedər.

xeyirsiz bulut, dənizə səpələr.

xəbərçi yalançı olar, yalançı xəbərçi.

xəbəri çatmayan yerdə, hər şey xəbərsiz olar.

xəmir tez gələndə arvad diyər ərim məni çox istir.

xəmir yetişəndə qabarır.

xənçəri iki yol sıyırma, bir sözü iki yol buyurma.

xərə xor baxan at bilməz. (xərə: eşəkə).

xərmən dövmək, keçiyə iş olmaz.

xərmən yel ilə, düyün (toy) el ilə.

xərmən yel ilə, düyün el ilə. (əl ilə).

xəsdə dərd əlində, həkim para dərdində.

xəsdə olan, sağlığına yaxınır.

xəsdə olub xoşluğu güdməkdənsə, xoş olub xəsdələnmək yeydi.

xəsdəlik atlı gəlib, piyada gedər.

xəsdəyi buza, aşığı sözə yollama.

xəsdiyəm demə, can doyar, satıram demə, el duyar.

xəsisdən qışda buz, yayda köz almaq çətin.

xəsisin özü tox olar, gözü ac.

xəstəlik atlı gəlir piyada gedir.

xəstəni buza, aşığı sözə yollama.

xəstiyəm demə, can doyar, satıram demə, el duyar.

xəznəyə sıçan, səqqəldə yığar.

xəznəyə sıçar, səqqəldə yığar.

xınası boyadan, suyu kovadan düşmüş.

xırmanı tovday qıl. (xırman: xərmən: bölüşmə çağı. üləş). (tovday: tavday. tovunda. tavında. isti isti). (verdiyin payı böldüyün malı yubatma).

xoca bildiyin oxur, çuxa bildiyin toxur. (çuxa: çulxaçı).

xoca çox olunca, qoyun haram gəbərər. (xoca çox olsa qoyun haram gəbərir).

xoca çox olunca, qoyun haram gəbərər. (xoca çox olsa qoyun haram gəbərir).

xoca dediyin, tox evin ac pişiyidi.

xoca deyər. -dediyimi gör, gördügümü yox.

xoca deyər. -degimi yap, yapdığım at. (sözümə bax, işimə yox).

xoca diridəndə dartar, ölüdəndə.

xoca evindən aş, kor gözündən yaş çıxmaz.

xoca qocanı bəyənməz, qoca xocanı, bəyim hər ikisini.

xoca qocanı bəyənməz, qoca xocanı, seyid heç birini.

xoca olan yerdə, aca baxan olmaz.

xoca osdursa uydusu sıçar. (uydusu: şayıdı. peyrövü).

xoca ölər sarığı qalar, qaraçı ölər körüyü qalar.

xoca özü edər, hamıya 'eləmə' deyər.

xoca vardır, dilin tıx, usda vardır, əlin tıx.

xoca yalan deyər özüdə inanar.

xoca yalan diyər, özüdə inanar.

xoca yalnız yolu göstərir, çirağ (şagird) ancaq, öz ayaqiylə yerir.

xoca yalnız yolu göstərir, şayıd öz ayağıyla yerir.

xocadan paşa, taxtadan maşa olmaz.

xocan eşşək olsada, 'hoş' demə.

xocanın çörəyin, ilanın ayağın, qarışqanın gözünü kimsə görməyib.

xocanın dedigin yapın, etdigin değil.

xocanınki "vay" ilə, baxşınınki (aşıq) "hay" ilə.

xocası çox olan yerin, toxlusu çox olmaz (yox olar).

xocaya versən süyər, verməsə söyər. (süyər: sevər).

xoruz banı, atdırmaz danı. .

xoruz başı kəsilir, tükü günə sərilir.

xoruz çox olan yerdə, yuxuya qalan az olur.

xoruz çox olan yerin səhəri tez açılar.

xoruzu çox olan köyün irtini irkin doğur. (irtini: sabahı). (irkin: tezin).

xoruzun gözü küllühdə qalır, buğdalıqda olsa belə.

xoruzun yumurtlasa, sən kırıxmısan, xoruz?.

xoruzunan danışmaqdansa, cücəylə oturmaq yeğdir.

xoş gördüyün, umduğun olsun.

xoş günlərin sonu varmış, həp gülüşün pozuşu.

xoş günün görən, pis günün izləyib qaçar.

xoş günün nisgili düşsün səni məndən açana.

xoşgörülük aldanmağın başlanqıcı, yıxılmağın özüdür. (xoşgörülük: ağımsarlıq. yaramsarlıq. optimislik). (könül istər, baş ölçər).

xoşgörüşlük qapıq yolları açar, korgörüşlük açıq yolları qapar. (xoşgörüşlük: optimislik). (korgörüşlük: pesimislik).

xoşluğu çox olan qudurqan olur, xəsdəliyə düşən küsəgən.

xoşluq bacadan (pəncərədən) girər, dərd qapıdan.

xumar gözlər kimdən sana xumaru.

xumarımız çü yazıldı (açıldı), dur indi ayağ (badə) gətir, keçən günlərdəkin bu gündə, yadə gətir, xumar ikən dolu verirdin arağı bizə, xumarımız yazıldı çün, ayağ (badə) ziyadə gətir.

xuysuz eşşəklə yüksək dağ çıxılmaz.

iç baylığı bir gömüc, heç bir para alanmaz. (baylığı: zənginliyi. hakimiyyəti). (gömüc: gənc).

iç baylığı bir gömüc, heç parayla alınmaz. (iç baylığı: mə'nəvi zənginlik).

iç dona girməz, don içə.

iç gizlərim açar dil, könül nisgilim tökər dil.

iç gözəlliyi içdə qalır, dış gözəlliyinin öz yer var.

iç gözilə kişilər artıq gözəl görünər. (kişilər: adamlar).



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin